01/08/2026
Azərbaycan Muaytay Federasiyasının idmançılarından Avropa Muaytay Liqasında (İFMA) (EMF)növbəti uğur
Türkiyənin Balıkəsir bölgəsində keçirilən Elit Avropa Muaytay Liqasında Azərbaycan Muaytay Federasiyasının idmançıları ölkəmizi uğurla təmsil ediblər.
Federasiyanın idmançıları İskəndərov İskəndər və Səlahəddin Qocazadə yarış boyunca əzm, iradə və yüksək döyüş ruhu nümayiş etdiriblər. Səlahəddin Qocazadə 75 kq çəki dərəcəsində uğurlu çıxışı ilə finala vəsiqə qazanaraq Avropa Liqasının final mərhələsində iştirak etmək hüququ əldə edib.
Hər iki idmançımızı göstərdikləri əzmkar mübarizəyə görə ürəkdən təbrik edir, final mərhələsində Səlahəddin Qocazadəyə uğurlar arzulayırıq.
Bu uğurun qazanılmasında məşqçilərimiz Fəxri Əliyev və Şəhriyar İsayevin də böyük əməyi və zəhməti olmuşdur. İdmançılarımızın hazırlığında göstərdikləri fədakar fəaliyyətə görə onlara da dərin təşəkkürümüzü bildiririk.
Bu nəticə Azərbaycan Muaytay Federasiyasının Prezidenti Araz Musayevin rəhbərliyi altında əldə olunan növbəti uğurlardan biridir. İnanırıq ki, federasiyamız bundan sonra da beynəlxalq arenalarda yeni nailiyyətlərə imza atacaq.
Azərbaycan Muaytay Federasiyası olaraq hər zaman idmançılarımızın yanında olmağa, onların inkişafına dəstək verməyə və ölkəmizi beynəlxalq arenalarda ən yüksək səviyyədə təmsil etmələri üçün var gücümüzlə çalışmağa davam edəcəyik.
Azərbaycan bayrağını beynəlxalq yarışlarda qürurla dalğalandırmaq və Vətənimizi layiqincə təmsil etmək bizim üçün ən böyük şərəf və məsuliyyətdir.
25/07/2026
🏆 Möhtəşəm qələbə!
Azərbaycan Muaytay Milli yığma komandasının üzvü Məhəmməd Abbaszadə Çinin Tunli şəhərində keçirilən Kunlun Fight seriyasında Çin təmsilçisini ikinci raundda möhtəşəm nokautla məğlub edərək çempion adına layiq görüldü.
Bu möhtəşəm uğur Məhəmməd Abbaszadənin yüksək hazırlığının, əzmkarlığının və Azərbaycan Muaytay məktəbinin gücünün növbəti təsdiqidir.Fedarasiya Prezidentimiz Araz Musayevə ALLAH dan şəfa diləyirik bu qələbə Bütün Muaytayçılarındır
Məhəmməd Abbaszadəni ürəkdən təbrik edir, ona qarşıdakı beynəlxalq yarışlarda da yeni qələbələr və uğurlar arzulayırıq! 🇦🇿🥊
23/07/2026
🇦🇿 Azərbaycan Muaytay Federasiyasının(İFMA) Milli Yığma Komandasının üzvləri İslam Oyunlarının bürünc medalçısı Səlahəddin Qocazadə və Avropa çempionatının bürünc medalçısı İskəndər İskəndərov IFMA və EMF-in bayrağı altında keçiriləcək Avropa Muaytay Liqasına rəsmi dəvət alıblar və bu nüfuzlu yarışda ölkəmizi layiqincə təmsil edəcəklər.
Azərbaycan Muaytay Federasiyası adından idmançılarımıza uğurlar arzulayır, hər iki döyüşçümüzə qələbələr, zədəsiz çıxış və Azərbaycan bayrağını zirvələrdə dalğalandırmağı arzu edirik.
İnanırıq ki, onlar öz peşəkarlıqları, əzmkarlıqları və döyüş ruhları ilə ölkəmizi ən yüksək səviyyədə təmsil edəcəklər.
Uğurlar, Səlahəddin Qocazadə və İskəndər İskəndərov! Azərbaycan sizinlədir! 🇦🇿🥊
Members of the Azerbaijan Muaythai National Team, Salahaddin Gocazade and Iskandar Iskandarov, have officially received invitations to compete in the European Muaythai League held under the auspices of IFMA and EMF. They will proudly represent Azerbaijan at this prestigious event.
On behalf of the Azerbaijan Muaythai Federation, we wish both athletes the very best of luck, strong performances, and victory in their upcoming bouts.
We are confident that they will represent our country with honor, determination, and true Muaythai spirit.
Good luck, Salahaddin Gocazade and Iskandar Iskandarov! Bring victory home for Azerbaijan!
23/05/2026
Azərbaycan Muaytay-Tayboks Federasiyasının növbəti ümumi yığıncağı keçirilib.
"Unikal" xəbər verir ki, yığıncağa eyni zamanda onlayn şəkildə ictimai birliyin rəsmi üzvləri qoşulub.
Yığıncağın gündəliyində duran əsas məsələlərdən biri federasiyada struktur dəyişikliklərinin həyata keçirilməsi olub. Müzakirələr zamanı federasiyanın gələcək fəaliyyəti, inkişaf istiqamətləri və idarəetmə strukturu ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
İclas çərçivəsində Araz Musayevin yenidən federasiya prezidenti seçilməsi məsələsi səsverməyə çıxarılıb. Ümumi yığıncaq iştirakçılarının böyük əksəriyyətinin dəstəyi ilə Araz Musayev 23 may 2026-cı il tarixindən etibarən Azərbaycan Muaytay-Tayboks Federasiyasının prezidenti seçilib.
Eyni zamanda struktur dəyişiklikləri ilə bağlı məsələlərin müzakirəsi zamanı İdarə Heyətinin üzvü Azər Həsənsoy idarə heyətinin üzvlüyündən kənarlaşdırılıb, onun yerinə Şəhriyar İsayev seçilib.
Yığıncaqda həmçinin, ictimai birliyin Nəzarət-Təftiş Komissiyasının yaradılması barədə qərar qəbul olunub. Komissiyanın üzvləri Aras Pirməmmədov, Kamil Həsənov və Xəyyam Həsənov seçiliblər.
Federasiyanın inkişafında göstərdiyi xidmətləri yüksək qiymətləndirərək Araz Musayevə və yeni formalaşmış idarəetmə heyətinə qarşıdakı fəaliyyət dövründə uğurlar, möhkəm iradə və böyük nailiyyətlər arzulayırıq.
19/04/2026
“Azərbaycan Muaytay Tayboks Federasiyası” İctimai Birliyi və Qadın İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə 18 aprel 2026-cı il tarixində “İdmançılarla İctimai Müzakirə” adlı geniş ictimai görüş keçirilmişdir.
Tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlamış, ardından Dövlət Himni səsləndirilmişdir.
Görüşdə şəhid anaları, alimlər, yazıçı və şairlər, eləcə də müxtəlif ictimaiyyət nümayəndələri iştirak etmişdir. Tədbir çərçivəsində Azərbaycan Muaytay Tayboks Fedarasiyası ictimai birliyin Prezidenti Araz Musayev çıxış edərək idmanın inkişafı, gənclərin düzgün istiqamətləndirilməsi və beynəlxalq arenada uğurların artırılması ilə bağlı fikirlərini bölüşmüşdür.
Eyni zamanda, görüş zamanı idmanın cəmiyyətin inkişafındakı rolu, gənclərin sağlam həyat tərzinə yönləndirilməsi və vətənpərvərlik ruhunun gücləndirilməsi mövzularında geniş fikir mübadiləsi aparılmışdır.
Tədbirin əsas məqsədi idmançılarla ictimaiyyət arasında əlaqələrin gücləndirilməsi, onların qarşılaşdığı məsələlərin müzakirəsi və bu istiqamətdə birgə fəaliyyət imkanlarının genişləndirilməsi olmuşdur.
Hörmətlə,
Təşkilat Komitəsi
27/03/2026
45 kilogram çəki dərəcəsində Mübarizə aparan Tamerlan Dəmirli növbəti döyüşündə Türkiyəli Rəqibinə qalib gələrək finala yüksəlim.
26/03/2026
EMF açıq kuboku 2026 (Antalya) İlham Çıraqov 45 kiloqram çəki dərəcəsində Türkiyəli rəqibinə qalib gələrək yarımfinala vəsiqə qazanıb onun yarımfinaldakı rəqibi Kırğızıstanlı idmançı olacaq