ALP ƏRƏN - Qədim Türk Döyüş Mədəniyyəti Mərkəzi

ALP ƏRƏN - Qədim Türk Döyüş Mədəniyyəti Mərkəzi

Share

Məqsədimiz, Azərbaycan gənclərində qədim türk döyüş mədəniyyətinə maraq yaratmaqdır.

Photos from ALP ƏRƏN - Qədim Türk Döyüş Mədəniyyəti Mərkəzi's post 31/01/2026

Nadir şah Əfşarın ordusunda istifadə edilən kiçik və yüngül toplar zənburək adlanırdı .
Zənburəkçilər dəstəsi Nadir şahın topçu qüvvələrinin mühüm tərkib hissəsini təşkil edirdi və bu topların imkanlarından məharətlə istifadə edilməsi onların əhəmiyyətini xeyli artırırdı. Zənburəklərin silahlanmaya qəbul edilməsi də səfəvilər dövrünə aiddir. Tədqiqatçıların qənaətinə görə, hələ Şah Abbas dövründə bu toplardan istifadə edilməyə başlanmış və onun ilk strukturları yaradılmışdı. Amma səfəvilər qoşunlarında bu topların malik olduğu bütün imkanları reallaşdırmaq mümkün olmamışdı. Nadir şahın qoşunlarının tərkibində isə zənburəklərdən daha geniş və daha səmərəli istifadə olunması onların gərəkliliyini təsdiqlədi . Bunun nəticəsi kimi, müstəqil zənburəkçi strukturları formalaşdırıldı. Həmin strukturların təşkili də Nadir şahın öz qoşunlarının formalaşdırılmasına gətirdiyi yeniliklərdən biri idi.
Qısa xüsusiyyətləri
• Daşıyıcı: Dəvə
• Silah növü: Kiçik kalibrli, dönən lüləli (swivel gun tipli) yüngül top
• Heyət: Adətən 1–2 nəfər
• Taktiki üstünlük:
• Sürətli hərəkət və qəfil hücum
• Atəşdən sonra tez mövqe dəyişmək
• Süvari və piyada dəstələrinə psixoloji və taktiki təsir.

Photos from ALP ƏRƏN - Qədim Türk Döyüş Mədəniyyəti Mərkəzi's post 25/01/2026

Jokey Əli Tağıyevin taleyi

Əsgərliyini çəkib Bakıya qayıdan Əli cıdırda qələbələrdən doymur. Ömrü at üstündə keçən cəsur kişinin 1500-dən çox qələbəsi olub. Azərbaycan ümumittifaq yarışlarında 50-ə yaxın qələbə qazanır. Onun 40-ı Əlinin payına düşür.

Şıxəli Qurbanovun təşəbbüsü ilə 1967-ci ildə Azərbaycanda ilk dəfə dövlət səviyyəsində Novruz bayramı keçirilir və ilk dəfə bayram məşəlini İçərişəhərdə at belində alovlandıran da Əli olur.

2005-ci ilə - rəhmətə gedənə qədər at ustası kimi fəaliyyətini davam etdirir Əli Tağıyev...

Zaman 50-ci illərdə Avropanı necə fəth etmişdisə, 2012-ci ildə kraliçanın hakimiyyətə gəlməsinin 60 illiyi münasibətilə Əli kişinin nəvələrini Londona dəvət edirlər.

Ruslara dərs verən qoca

1989-cu ildə 59 yaşlı Əli kişi Konfet adlı atı ilə Gürcüstana yarışa yollanır.

Bütün SSRİ-də olduğu kimi, Gürcüstanda da hamı onun hörmətini saxlayır.

Yarış başlamamışdan qabaq Rusiyanın ən güclü jokeylərindən biri, Konfeti göstərib deyir ki, bunu kim minəcək?

Qıraqda var-gəl edən Əli kişini göstərirlər.

Rus özünü saxlaya bilmir, gülür və deyir:

- Bu qocamı?

Əli kişi eyhamı başa düşür və bir azdan qonağa yaxınlaşır:

- Familiyan nədi sənin?

- Varona (qarğa - red.).

- Mən səni Varabeyə (sərçə - red.) döndərim, sən də bax.

Elə həmin yarışı da yaşı 60-ı haqlamış Əli Tağıyev udur və ruslara unutmayacaqları bir dərs verir.

Bu il Əli Tağıyevin 85 illiyi ilə bağlı yubiley yarışı olacaq. “Pulemyot”, “Timur”, “Konfet”, “Səməndər” kimi məşhur atlar yetişdirmiş Əli Tağıyevi - o usta jokeyi ehtiramla yad edir, Allahdan ona rəhmət diləyirik.

18/01/2026

“Təbrizdə qurd-qovdu oyunu” (təxminən 1595–1600), rəssam Banavari tərəfindən çəkilmiş və hazırda Klivelend İncəsənət Muzeyində saxlanılan Moğol miniatürüdür.
Oyunun qaydaları belə idi:
Qurd yaxud qurdlar meydana buraxılırdı və onları at belində olan şəxslər izləməli, diri tutmalı idi. Bu mümkün olmadıqda isə öldürə də bilərdi. Lakin mahiyyət burda qurdu öldürmək və tutmaq deyil idi. Məlumdur ki, qurd digər ovlanan heyvanlardan fərqli olaraq asan təslim olan və küncə sıxılan zaman həyatı ilə asan barışan heyvan deyil, küncə sıxıldıqda geri hücum edən yırtıcıdır. Məhz bu zaman onu ovlamaq istəyən şəxsin cəsarəti ortaya çıxmalı idi. Qurd geri hücum edəndə onunla təkbətək savaşmaq gücünü göstərə bilsin. Bu zaman isə mütləq onda “qurd instinkti” (strateji düşüncə) inkişaf etməli idi. Ovçu qurd kimi düşünməli, çıxış yolu tapmalı və təslim olmamalı idi. Həmçinin yarış zamanı yaranan tozu duman zamanı görmə qabiliyyətinin məhdud olduğu yerdə instinktləri ilə hərəkət etməyi göstərməli idi. Bu zaman məhz qurdu qovan daxilindəki qorxunu məğlub edib, onun qədər sürətli və qəddar ola biləcəyini təsdiqləyirdi. Bu ov zamanı ən peşəkarlar qurda elə yaxınlaşmalı idi ki, onun quyruğuna toxuna bilsin və kəməndlə onu tuta bilsin. Əsas şərt də burda idi, o, atı cilovla deyil, əsasən dizləri və bədən çəkisi ilə idarə etməli idi. Qurd manevr edəndə, o, bədənin ağırlığı ilə adı döndərməli idi. Peşəkar olmayan isə qurdun qəfil manevrinə aldanıb atdan yıxılırdı və o, oyundan çıxarılırdı. Bu ov oyunu bəzən saatlarla davam edir və iştirakçılardan yüksək dözümlülük tələb edirdi. Bu idmanda qalib gəlmək “ən güclü yırtıcıdan daha üstün olmaq” mesajını verirdi.

Prof.Dr. Zaur Aliyev

07/01/2026

Filmlər bədii-sənədli olduğu halda, həmçinin döyüş xoreoqrafiyasında da öz əksini tapmalıdır. Yəni həm sinematik olmalıdır, həm də real.
Çox vaxt bəziləri filmlərdə sadə texnikalardan istifadə etdikdə, elə bilirlər reallığı əks etdirirlər. Əslində isə, bu özü də reallıqdan uzaqdır. Qılınc-qılınc oynamaq və banal döyüşmək reallığı əks etdirmir. Əksinə “loxların” döyüşü yaranır.
Reallığı əks etdirmək, sinematik döyüş xoreoqrafiyasını qurmaq qədər çətindir.

Lakin, çox vax yaradıcı heyət buna hazır olmur. Ona hazır olmaq üçün, işin döyüş xoreoqrafına həvalə olunmasından əlavə, yaradıcı heyət özü də xoreoqraf ilə bərabər hazırlaşmalı, incəlikləri öyrənməli, texnikaların nəzəriyyəsini mənimsəməli və s. zəruri məsələlər üçün geniş vaxt ayırmalıdır. Bu isə iki məsələnin həllindən asılıdır: 1. Şedevr yaratmaq üçün həvəsləri olmalıdır. 2. Həvəslərinə stimul vermək üçün tələb olunan vəsait ayrılmalı və vaxtı-vaxtında verilməlidir.

P.S. Dediklərim Azərbaycana aid deyil. Heç vaxt belə olmayıb, olan da deyil.

P.S. Aylarla heç güzəştli qonorarları almaq olmur, qaldı ki, inkişafdan danışaq.

08/10/2025

08/10/2025
06/10/2025

Müasir rekonstruksiyalar qədim Saka (Skif) döyüşçüsünə inanılmaz təfərrüatlarla can verir!
Persepolis yaxınlığındakı Pasargadae relyeflərindən ilhamlanaraq (təxminən eramızdan əvvəl 550-ci ilə aiddir) bu müasir rekonstruksiya Orta Asiya çöllərində dolaşan amansız, köçəri atlılardan ibarət bir qrup saka döyüşçüsü görünüşünü əks etdirir. Döyüşçünün geyimlərinin ən fərqli elementlərindən biri olan sivri uclu papaq, qədim fars relyeflərində tapılan təsvirlərdən sonra diqqətlə modelləşdirilib və onların 2500 il əvvəl necə görünə biləcəyini göstərir.
Sakalar ox atma və at sürmədə bacarıqları, həmçinin özünəməxsus üslubu və mədəniyyəti ilə tanınırdılar.

Photos from ALP ƏRƏN - Qədim Türk Döyüş Mədəniyyəti Mərkəzi's post 16/09/2025

Döyüş xoreoqrafı yeni tarixi film üçün döyüş qurur 🎬

Photos from ALP ƏRƏN - Qədim Türk Döyüş Mədəniyyəti Mərkəzi's post 15/09/2025

Yeni layihə gəlir 🎬

12/09/2025

Hun imperatoru Atillanın Macarıstan muzeyində saxlanılan baltası.
Üzərində ləkə deyil, qan izləridir 🩸

04/09/2025

“Dünya mənim atımın nalları altında əzildi...”

Avar və ya Peçeneq türk döyüşçüsü.

Want your business to be the top-listed Gym/sports Facility in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Nəcəf Nərimanov 14
Baku
1106