Tofig Sadikhov

Tofig Sadikhov

Share

Peşəkar təlimçi və ekspert Tofiq Sadıxovun rəsmi səhifəsi. / Official Page of Coach and exp

2007-2011-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında İPA fakültəsində bakalavr təhsilini alıb.
2008-2009-cu illərdə Vətəndaş Cəmiyyətində Debat İB-nin Respublika Məktəbli Debatları proqramının koordinatoru, 2009-2010-cu illərdə Respublika Tələbə Debatları proqramının koordinatoru olub.
2008-2010-cu illərdə "Sağlam Düşüncə" Gənclər təşkilatının idarə heyəti üzvü, 2010-2012-ci illərdə həmin

Photos from Tofig Sadikhov's post 23/06/2025

Bugün "ZİRVƏ" idarəçilik marafonun "Gerçəklər ilə xəyallar arasında iş həyatı panoraması" mövzusunda görüşümüz oldu.

Təlimdə gerçək iş dünyasının çətinlikləri ilə idealist xəyalların necə uzlaşdırıla biləcəyindən danışıldı. Təlimçimiz Başak Abdulla həyat və karyera yolunda öz “zirvəsini” axtaranlar üçün öz təcrübəsini paylaşdı.

18/10/2024

Bir fincan çayın xatirəsi.

Bəzi şəkillərin özünəməxsus ruhu olur. Sanki şəkil çəkilən an hər kəs müsbət enerjisini tarixə həkk etmək istəyir. Günlər, aylar, illər keçsə də şəkildəki enerji, ruh və aura dəyişilməz qalır.

Bu şəkli çəkməzdən öncə İstanbul və Ankaradan olan dəyərli müəllimlərlə sosial şəbəkə asılılığı və hər etdiyimizi paylaşamaq istəyimizi müzakirə edirdik. Söhbət bitəndə dedim ki, olar instagram üçün bir şəkil çəkim? :) və həmin andakı gülüşü təsəvvür edə bilirsiz yəqin :)

27 iyun 2024, Praqa, Çexiya

Photos from Tofig Sadikhov's post 29/09/2024

Yeni tədris ilində universitet tələbələri üçün təlimləri Mingəçevirdən başladıq. Mingəçevir Dövlət Universiteti nin dəvəti ilə sentyabrın 27-də universitetin bir qrup tələbəsi ilə "Effektiv ünsiyyət" haqqında danışdıq. Tələbələrin sualları və öyrənmək istəyi görüşü daha da maraqlı və interaktiv elədi.

Təşkilatçılıq üçün MDU Təcrübə və Karyera İnkişafı Mərkəzi nə təşəkkür edirəm.

📌 Ətraflı: https://mdu.edu.az/tlm_27-09-24/

25/09/2024

Daha bir "Atalar Məktəbi"nin sonuna gəldik. 4-cü ildir ki həyata keçirdiyimiz layihənin bu il üçün nəzərdə tutulan regiondakı görüşləri başa çatdı.

10 həftə ərzində 6 fərqli region 30 görüş və 10.000 km-dən çox gedilən yol.

Quba, Sabirabad, Lənkəran, İsmayıllı, Mingəçevir və Bərdədən olan 200-ə yaxın gənc ata və ata olmağa hazırlaşan gənc ilə sağlam ailə dəyərləri, ailə planlaması, gender və cins anlayışı, gender əsaslı cins seçimi, gender əsaslı ailədaxili zorakılıqlar, ataların uşaq qayğısında rolu, kişi rifahı, ata və övlad münasibətləri, atalıq məzuniyyəti kimi müxtəlif mövzularda müzakirələr apardıq.

Əlavə olaraq iştirakçılar üçün psixoloqla, pediatrla görüş və ekstra kurikular fəaliyyət olan ataları və övladlarının iştirakı ilə komanda oyunları keçirdik. Bu qədər fərqli coğrafi ərazidə fərqli icmalarda təşkil etdiyimiz bu müzakirələr çox maraqlı faktlar, stereotiplər, maraqlı yanaşmalar və ən əsası bugün Azərbaycan ailəsindəki gənc atanın mövqeyini üzə çıxardı.

Təbii ki bütün bunları uğurla həyata keçirmək komandasız mümkün olmazdı. Layihənin uğurunda əsas pay sahibləri regionda olan fasilitatorlarımız, psixoloq və pediatrımız, ofisdən dəstək göstərən texniki komandamız və bu il layihəni bizimlə birlikdə həyata keçirən "Forest School Azərbaycan" və onun böyük ürəkli komandası durur.

Bir də layihənin uğurunun arxasında bizə ardıcıl olaraq etimad göstərib bu layihənin icrasını həvalə edən BMT-nin Əhali Fondu və onun hər zaman dəstək göstərməyə hazır olan əməkdaşları durur.

4 ildir məsuliyyətli atalıq mövzusunda insanların həyatına kiçik toxunuşlar edirik. Nəticəsi bugün gözlə görünməyəcək qədər kiçik olsa da illər sonra bugün əkdiyimiz "şitillər" illər sonra kölgəsində dincələcəyimiz "ağaclar" olacaqlar. Nə xoş ki bu cür faydalı və məsuliyyətli layihədə bizim də payımız var.





az
az

“Atanın uşaqla vaxt keçirməsi təkcə ananın istirahəti üçün deyil” - MÜSAHİBƏ 18/09/2024

“Uşaq ağlayanda, ata gözləyir ki, ana sakitləşdirəcək. Uşaq üstünə nə isə dağıtdı, yenə ananın dəyişdirməsini gözləyir. Uşaq üçün yemək hazırlanması, onunla parka gedib oynamaq... Bütün bunların qadın işi olduğu düşünülür. Valideyn iclasına əsasən analar gedir. Valideyn iclasına atalar da getməlidir, analar da. Tək ana gedirsə, bu, uşaqla bağlı bütün məsuliyyəti qadının üzərinə atmaqdır”.

Bu sözləri “Kaspi”yə müsahibəsində Azərbaycan Maarifçilər Assosiasiyasının sədri və "Atalar Məktəbi Məsuliyyətli Atalığa Doğru" layihəsinin koordinatoru Tofiq Sadıxov bildirib. BMT-nin Əhali Fondu (UNFPA) tərəfindən dördüncü ildir keçirilən layihə çərçivəsində müxtəlif atalarla ünsiyyətdə olan T.Sadıxovla elə bu sahədə hazırkı durumla bağlı söhbətləşdik.

“Atanın uşaqla vaxt keçirməsi təkcə ananın istirahəti üçün deyil” - MÜSAHİBƏ Tofiq Sadıxov: “Ananın qayğısı, sevgisinin yeri ayrıdır, amma tanrı məsləhət bilsəydi, uşağı dünyaya tək qadın gətirərdi. Bir yerdə gətirirlərsə, bir yerdə də böyütməlidirlər” “Uşaq ağlayanda, ata gözləyir ki, ana sakitləşdirəcək. Uşaq üstünə nə isə ...

09/01/2024

Əjdaha mövsümü davam edir!

Azərbaycan Maarifçilər Assosiasiyası olaraq sosial layihə yazılışını öyrənmək istəyənlər üçün növbəti "Master Klass"ımız olacaq.

4 saatlıq Master Klassda layihə ilə bağlı hər şeyi A-dan Z-ə qədər izah edəcəm. Bir günlük interaktiv seminarımızda layihə işi ilə bağlı bütün suallarınıza cavab tapmağa çalışacağıq.

Mart ayına qədər "Öz layihəni özün yaz" adlı seminarlarımızda iştirak edən bütün müdavimlərə qrant müsabiqəyə müraciət zamanı texniki və mentor dəstəyi göstəriləcəkdir.

2024-cü ilin ilk layihə seminarı 13 yanvar saat 11:00-16:00 arası Bəsti Bağırova 2a ( statistika dairəsi, Azercell ofisinin yanı) ünvanında yerləşən ofisimizdə olacaq.

Seminar ödənişlidir. Sertifikat, paylama materialı və qəlyanaltılı fasiləmiz olacaq.

Qeydiyyat üçün: wa.me/994514446080 nömrəsinə yazmağınız kifayətdir.

̈sabiqəsi

27/10/2023

28 oktyabr şənbə günü saat 19:00-da Psixoloq Emin Səfərov ilə AKİN Təhsil Proqramı çərçivəsində bu tədris ilinin ilk vebinarını keçirəcəyik.

Vebinarın mövzusu: "Müəlimin psixoemosional ehtiyacları" olacaq. Vebinar ÖDƏNİŞSİZdir və maraqlanan hər kəs qoşula bilər.

Qeydiyyat üçün wa.me/994704416080 votsap nömrəsinə yazmağınız kifayətdir.

AKİN Təhsil Proqramı Azərbaycan Maarifçilər Assosiasiyası tərəfindən təqdim edilir.

11/09/2023

"Böyüklər rəqəmləri çox sevirlər. Onlara yeni bir dostunuz olduğunu söylədikdə, onlar heç vaxt ən vacib şey haqqında soruşmayacaqlar. Heç vaxt deməyəcəklər: "Onun necə səsi var? Hansı oyunları oynamağı xoşlayır? Kəpənək tuturmu?"

Soruşurlar ki, neçə yaşı var, neçə qardaşı var, çəkisi neçədir, atası nə qədər qazanır? Və bundan sonra insanı tanıdıqlarını təsəvvür edirlər.

Böyüklərə: “Mən çəhrayı kərpicdən gözəl bir ev gördüm, pəncərələrində ətirşahlar, damında göyərçinlər var” deyəndə, onlar bu evi təsəvvür edə bilmirlər.

Onlara deməlisən: “Mən yüz min franklıq bir ev gördüm” və sonra qışqırırlar: “Nə gözəldir!” / (C) "Balaca şahzadə" Antuan de Sent-Ekzüperi

Photos from Tofig Sadikhov's post 07/09/2023

"Üzvlük strategiyaları və xidmətlərin inkişafı" mövzusunda təlim / Gələcək üçün Assosiasiyalar Akademiyası / AMFA / 5 Avqust 2023 / Bakı
***********************************************************************
On September 5, 2023, the training of the Associations for the Future Academy on "Membership strategies and services development" is held.

Photos from Tofig Sadikhov's post 07/09/2023

"Layihə nədir, layihələrin yazılması üzrə ilkin anlayışlar" mövzusunda təlim / "Könüllü Gənclər Düşərgəsi" / Azərbaycan Könüllü Gənclər Təşkilatları İttifaqı / 29 Avqust 2023 / Şəki

*****************************************************************
"Project writing skills" training course / "Youth Volunteering Camp" / August 29, 2023 / Sheki

Photos from Tofig Sadikhov's post 02/09/2023

“Gələcəyin Assosiasiyaları Akademiya”-nın “Səmərəli idarəçilik” mövzusunda təlim / 14 İyul 2023 / Bakı
***********************************************************************
Training of the "Associations for the Future Academy" on the topic of "Good governance" / July 14, 2023 / Baku




Want your business to be the top-listed Gym/sports Facility in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


79 Z.Nudiraliyev Str
Baku