FCB AZE

FCB AZE

Share

FC Barcelonanın Azərbaycandakı rəsmi fan-klubunun səhifəsi.

14/08/2026

Frenkie de Jong: "Hiss edirəm ki, ətrafımda çoxlu səs-küy, çoxlu yalan xəbərlər və bu kimi şeylər var və bu məni narahat edir. ​Məhz buna görə də bu gün buradayam ki, bəzi məqamlara aydınlıq gətirim. Çoxlu dəqiq olmayan şeylər yazılır və mən görürəm ki, bunlar mənim imicimə ziyan vurur, eləcə də bəzi insanların mənə baxış bucağına təsir edir. Məsələn, Gerard Romero. Bütün bunlara başlayan o oldu və dedi ki, mən ötən mövsüm Çempionlar Liqasında Atletico'ya qarşı oynamaqdan imtina etmişəm. Bu, yalandır. Belə bir şey baş verməyib. Sonra isə o, məşqçi ilə münasibətlərimin çox p*s olduğunu söylədi. Bu, tamamilə uydurmadır. Həmçinin hesab edirəm ki, biz elə bir dövrdə yaşayırıq ki, bir çox jurnalist üçün xəbərin həqiqətən düzgün olduğundan əmin olmaqdan daha çox onu dərhal yaymaq önəmlidir. Artıq bu məsələyə göz yummayacağam. Bir daha Gerard Romero'nun adını çəkəcəyəm, çünki o başa düşməlidir ki, əgər o, dəqiq olmayan şeylər danışırsa, mən də çıxıb onların yalan olduğunu deyəcəyəm.

Mən yeddi ildir ki, klubdayam. Barça'da oynamaq həmişə mənim arzum olub və burada hələ həyata keçirməli olduğum arzularım var. Biz böyük hədəflərimizə doğru irəliləməyə davam edirik. Zədələrdən canım çox sıxılır. Bu, məni həqiqətən əsəbiləşdirir. Bu, məni çox məyus edir, çünki ən çox sevdiyim şey futbol oynamaqdır, xüsusən də Barça və milli komanda üçün. Dünya çempionatı zamanı məşqdə kimsə üstümə yıxıldı və dizimdə kiçik bir problem oldu. Biz müayinələrdən keçdik və onlar kiçik bir problemin olduğunu göstərdi. Hər kəs bunu bilirdi. Mənə dedilər ki, oynamağa davam edə bilərəm, bəzi narahatlıqlar və bir qədər ağrı olacaq, amma oynamağa davam edə bilərəm və vəziyyət daha da p*sləşə bilməz. Dünya çempionatından sonra bir test etdik və o göstərdi ki, zədə artıq ABŞ-da müayinədən keçdiyim vaxtdakından daha ciddi idi. Bu, çox ağır oldu, çünki mən bunu gözləmirdim və heç kim də gözləmirdi". [fcb]

14/08/2026

🚨 Barcelona Julián Álvarez transferi baş tutmayacağı təqdirdə, Sporting Lisbon'un hücumçusu Luis Suarez'i də variantlar arasında nəzərdən keçirir.

Sporting'in əsas oyunçusu olduğu üçün bu transfer asan deyil, lakin o, Barça'nın siyahısındadır.

Barcelona yalnız gələn həftədən etibarən, əgər Julián ilə bağlı razılaşma baş tutmasa Suarez'ə və ya digər variantlara baxa bilər. [fabrizio romano]

14/08/2026

🚨🔵🔴 Barcelona Rodri üçün Manchester City'yə üçüncü təkliflə geri dönür.

50 milyon və 60 milyon avroluq paketlərin hər ikisi rədd edildikdən sonra, klublararası birbaşa danışıqlar son təklif olunan 60 milyon avro ilə tələb olunan 80 milyon avro arasında bir məbləğdə davam edəcək.

Barça hələ də inamlı və optimistdir. [Fabrizio Romano]

13/08/2026

Manchester City rəhbərliyi Rodri'nin mümkün transferi səbəbi ilə sabahkı məşqlərdə iştirak etməməsi üçün icazə verib. [nilsola, sport]

13/08/2026

💰Ferran Torres'in transferi ilə bağlı maliyyə detalları:

Barcelona ispan futbolçu üçün təxminən 47 milyon avro gəlir əldə edəcək. Bu məbləğin 35 milyon avrodan çoxu xalis mənfəət kimi klubun büdcəsinə daxil olacaq, qalan təxminən 11 milyon avro isə zamanla amortizasiya olunacaq.

Klub həmçinin futbolçunun müqaviləsi uzadılacağı təqdirdə Manchester City'yə ödənilməli olan 8 milyon avroluq xərcdən də qənaət edəcək.

Bu ayrılıqdan sonra Barcelona yeni futbolçuları qeydiyyatdan keçirmək üçün Maliyyə fair playında (FFP) ciddi şəkildə yer açmış olacaq.[md]

Əgər Barcelona Ferran Torres'i 55 milyon avro və ya daha baha satsaydı, Manchester City'yə 10 milyon avro ödəməli olacaqdı. [nilsola, santiovalle]

13/08/2026

⏳Əgər Barcelona'nın müəyyən bir məbləğ təklif etdiyi və Manchester City'nin bunu rədd etdiyi, daha sonra başqa bir məbləğ təklif olunub onun da rədd edildiyi barədə xəbərlər görsəniz bu dəqiq deyil.

Bu, şifahi söhbətlər və birbaşa danışıqlardır; belə ki, Barcelona məbləğ təklif edir, Manchester City isə bunun kifayət etmədiyini bildirir.

Yəni bu, rəsmi təkliflərin göndərildiyi və qəbul və ya rədd cavabının gəldiyi ənənəvi danışıqlar prosesi deyil.

Bu, tərəflər arasında fasiləsiz bir dialoqdur, çünki Manchester City Rodri'nin Barcelona'ya keçmək istədiyini anlayır.

Bu axşam Barcelona'nın inamı dünənkindən və iki gün əvvəlkindən daha çoxdur — baxmayaraq ki, onlar onsuz da optimistik və əmin idilər. Mən sizə həmişə deyirdim ki, Barcelona çox əmindir və indi onların inamı bir az da artıb. [Fabrizio Romano]

13/08/2026

Ferran Torres - PSG. Əlavə məlumat ⤵️

Transfer üçün PSG Barça'ya "əlavə bonus ödənişi" etməyəcək. Artıq hər iki klub müqavilələri hazırlayır. Əgər son detallar bu axşam həll olunarsa, Ferran tibbi müayinədən keçmək üçün Parisə yollanacaq. [nil sola, fabrice hawkins, md]

13/08/2026

Barcelona Julian Alvarez'i transfer edə bilməsə, başqa hücumçu almaq üçün böyük xərcə girməyəcək.

Deco və məşqçilər korpusu Anthony Gordon'un mərkəz hücumçusu kimi oynaya biləcəyini düşünür. [carlosmonfort]

13/08/2026

🚨🚨🚨🚨🚨 SON DƏQİQƏ:
Ferran Torres PSG'də! HERE WE GO!

Transfer 50 milyon avro qarşılığında baş tutdu.
Ferran yalnız Parisə gəlmək istəyirdi və bir neçə gün son mərhələdə qaldıqdan sonra transfer tamamlandı. [fabrizio romano]

13/08/2026

Barcelona Rodri transferi üçün City'ə göndərəcək təklifin son detalları üzərində işləyir. Bu dəfəki təklifinin bonuslar daxil təqribən 70 milyon avro olacağı gözlənilir.

Həm Barça həmdə Rodri bu transferdə sakitdir. Oyuncu özü tezliklə Barça'ya keçəcəyini gözləyir.

Bu transfer Ferran Torres'in PSG'ə keçidi həll olduqdan sonra baş tutacaq. [gerardromero]

Want your business to be the top-listed Gym/sports Facility in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Category

Address


Baku