11/08/2026
Oyun başa çatdı 🇦🇿
U16 qızlardan ibarət milli komandamız FIBA U16 Qadınlararası Avropa Çempionatının B divizionunda qrup mərhələsinin son oyununda İsveç yığmasına 30:64 hesabı ilə məğlub olub.
Millimiz B qrupunu 3-cü pillədə başa vuraraq mübarizəni təsnifat mərhələsində davam etdirəcək.
Növbəti rəqibimiz qrup mərhələsi tam başa çatdıqdan sonra müəyyənləşəcək.
11/08/2026
🌊 Sea Breeze üçün plan bəllidir! 😎
🏀 İki gün. Güclü rəqiblər. 3x3 həyəcanı.
🇦🇿 Azərbaycan millisi və Neftçi SOCAR mübarizəyə hazırlaşır — qruplar və oyun cədvəli artıq bəllidir! ⚡️
📅 15–16 avqust
📺 İdman TV və FIBA 3x3 YouTube
🎟️ Giriş sərbəstdir.
3x3WSSeaBreeze
11/08/2026
📸 FIBA U16 Qadınlararası Avropa Çempionatı, B divizionu
🇸🇰 Slovakiya 🆚 Azərbaycan 🇦🇿
11/08/2026
Qrup mərhələsində son oyun! 🇦🇿⚡️
U16 qızlardan ibarət milli komandamız FIBA U16 Qadınlararası Avropa Çempionatının B divizionunda qrup mərhələsinin son oyununda İsveç yığması ilə qarşılaşacaq.
Qarşılaşma yarımfinal uğrunda mübarizə baxımından mühüm əhəmiyyət daşıyır 💪🏀
📅 11 avqust | ⏰ 21:00
📍 Pieştani, Slovakiya
📺 Canlı yayım: FIBA YouTube
Qızlarımıza uğurlar! 🇦🇿
10/08/2026
Oyun başa çatdı 🇦🇿
U16 qızlardan ibarət milli komandamız FIBA U16 Qadınlararası Avropa Çempionatının B divizionunda ilk oyununda ev sahibi Slovakiya yığmasına 50:59 hesabı ilə məğlub olub.
Millimiz üçüncü perioddan sonra 45:42 hesabı ilə öndə olsa da, son periodda üstünlüyünü qoruya bilməyib.
📊 Komanda statistikası:
50 xal • 42 ribaund • 8 məhsuldar ötürmə • 10 topalma • 1 blok
🏀 Fərqlənən oyunçularımız:
⭐ Viktoriya Ulyanova — 17 xal, 4 ribaund, 4 topalma
🔥 Zeynep Zeytingöz — 10 xal
💪 Günel Məmmədli — 9 xal, 6 ribaund, 13 effektivlik xalı
🎯 Aylin Əkbərzadə — 7 məhsuldar ötürmə, 4 ribaund, 2 topalma
📌 Növbəti oyun:
🇦🇿 Azərbaycan 🆚 İsveç 🇸🇪
📅 11 avqust | ⏰ 21:00
Qızlarımıza növbəti oyunda uğurlar! 🇦🇿💪
10/08/2026
OYUN GÜNÜ! 🇦🇿⚡️
U16 qızlardan ibarət milli komandamız FIBA U16 Qadınlararası Avropa Çempionatının B divizionunda mübarizəyə başlayır! 🏀
İlk qarşılaşmada ev sahibi Slovakiya millisi ilə üz-üzə gələcəyik 🇸🇰
📅 10 avqust | ⏰ 21:00
📍 Pieştani, Slovakiya
📺 Canlı yayım: FIBA YouTube
Qızlarımıza uğurlar! 🇦🇿💪
09/08/2026
🇦🇿 U16 millimiz Avropa Çempionatına bu heyətlə çıxır! 🏀🔥
FIBA U16 Qadınlararası Avropa Çempionatının B divizionunda ölkəmizi təmsil edəcək U16 qızlardan ibarət milli komandamızın oyunçu və məşqçi heyəti.
Millimiz sabah turnirdə ilk oyununa çıxacaq.
⚔️ İlk oyun:
🇸🇰 Slovakiya 🆚 Azərbaycan 🇦🇿
📅 10 avqust | ⏰ 21:00
Qızlarımıza və məşqçi heyətimizə uğurlar! 🇦🇿💪
09/08/2026
Media Day: done ✅📸
Next stop — game day! 🇦🇿🔥
U16 qızlardan ibarət milli komandamız sabah Avropa Çempionatında mübarizəyə başlayır.
09/08/2026
📸 Turnirin final akkordu — ardıcıl 3-cü qələbə! 🇦🇿🔥
FIBA U18 Qadınlararası Avropa Çempionatı, B divizionu
🇦🇿 Azərbaycan 77:48 Norveç 🇳🇴
09/08/2026
Double-double ilə MVP! ⭐
Polina Şukina Norveçlə oyunda 25 xal, 22 ribaund və 43 effektivlik xalı toplayaraq qarşılaşmanın MVP-si olub.