AQGF, Azərbaycan Qol Güləşi Federasiyası

AQGF,      Azərbaycan Qol Güləşi Federasiyası Azərbaycan Qol Güləşi Federasiyası

22/07/2026
30/06/2026

Azərbaycan Qol Güləşi Federasiyası İronmaxx-Azərbaycanın təşkilatçılığı ilə 2026-cı il iyul ayının 25-i və 26-sında Qol güləşi üzrə rəsmi Respublika çempionatı yarışı keçirəcək.

Bu yarışda bütün idmançılar iştirak edə bilərlər. Heç kəsə heç bir məhdudiyyət qoyulmur.

Çempionatın qalibləri daha sonra keçiriləcək seçim turunda iştirak etdikdən sonra, Dünya Armrestlinq Federasiyası tərəfindən keçirilən, Dünya Antidopinq Komitəsi tərəfindən tanınan rəsmi dünya çempionatına vəsiqə qazanacaq və ölkəmizi bu mötəbər yarışda təmsil edəcəklər.

Ölkə çempionatı uşaqlar (14-15 yaş), yeniyetmələr (16-18 yaş), gənclər (19-23 yaş), kişilər (23 yaşdan yuxarı), qadınlar və əlil idmançılar arasında, 45 kiloqramdan başlayan çəki dərəcələrində keçiriləcək.

Qaliblərə diplom və medallar təqdim ediləcək. Hər iki qolda birimci yeri tutan idmançılara İronMaxx idman qidaları hədiyyə olunacaq.

Çəki və qeydiyyat iyulun 25-ində səhər saat 9-dan 11-ə qədər keçiriləcək.

Yarışda iştirak etmək üçün ödəniş haqqı 20 manatdır.

Qeydiyyatdan keçən bütün idmançılara Azərbaycan Qol Güləşi Federasiyasının xüsusi sifariş olunmuş idman köynəkləri təqdim olunacaq.

Yarış paytaxtın Sabunçu rayonunda yerləşən Bakı Gənclik Evində təşkil olunacaq.
Ünvan: Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsi 40/89.
Sabunçu rayonu Heydər Əliyev adına istirahət parkında.

Əlaqə nömrələri: (077) 557-32-32; (077) 597 -32-32.

Bütün idmançıları yalnız Dünya və Avropa Armrestlinq Federasiyaları tərəfindən keçirilən rəsmi dünya və Avropa çempionatlarında iştirak etməyə çağırırıq.

Məqsədimiz Allaha, Vətənə, xalqa və dövlətə sədaqətlə xidmət etmək, sağlam və vətənpərər gənclik formalaşdırmaqdır.

Respublika çempionatı ilə bağlı bütün məlumatları Azərbaycan Qol Güləşi Federasiyasının rəsmi feysbuk, instaqram, yutub və tik-tok səhifələrindən əldə edə bilərsiz.

15/06/2026

Azərbaycan Qol Güləşi Federasiyasının rəsmi Avropa Çempionatı bu səviyyədə keçirilir.Gəlin saxta yarışlara yox deyək!

25/05/2026

"Qol Güləşi İdman Klubu" MMC (AQGF) Almaniyanın "İronMaxx Nutrition GmbH" şirkətinin Azərbaycanda yeganə rəsmi distribüteridir.

20/05/2026

Qol güləşi üzrə Milli yığma komandamız Vətənə döndü.

AQGF prezidenti Cəsarət Əhmədovun çıxışı:

Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən Qol güləşi üzrə 35-ci rəsmi Avropa çempionatı Azərbaycan Qol Güləşi Federasiyasının idmançıları üçün uğurlu oldu. Mənim rəhbərliyimlə yarışa qatılan milli yığma komandamız yüksək nəticələr əldə etdi. Belə ki, 34 ölkədən 1200 idmançının iştirak etdiyi Avropa çempionatında qol güləşçilərimizdən Rafiq Fətəliyev 1 qızıl və bir gümüş, Səfər Hüseynov 1 qızıl, Nicat Rəşidov 1 qızıl, Zöhrab Məhsimov və Atabəy Fərzəli isə hərəyə 1 gümüş və 1 bürünc medal qazanıblar. Hesab edirəm ki, tərkibində 9 idmançının yer aldığı yığma komandamızın 3 qızıl, 3 gümüş və 2 bürünc olmaqla ümumilikdə 8 medal əldə etməsi yüksək hazırlıq səviyyəsinin göstəricısıdır. Mayın 14-də milli komanda Bakıya qayıdıb. Azərbaycan Qol Güləşi Federasiyasının fəaliyyəti hər zaman vətənpərvər və sağlam gəncliyin formalaşmasına xidmət edib və bundan sonra da edəcək. Bizim qazandığımız bütün uğur və nailiyyətlər Vətənimizin uğurudur, xalqımızın uğurudur, dövlətimizin uğurudur! Və biz bununla fəxr edirik!

07/05/2026

Qol güləşi üzrə Milli yığma komandanın üzvləri Avropa çempionatı öncəsi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdilər

Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədovun rəhbərliyi ilə Qol güləşi üzrə milli yığma komandanın üzvləri və məşqçiləri Fəxri Xiyabanda olublar. Məqsəd idmançılarımızın Budapeşt şəhərində keçiriləcək 35-ci rəsmi Avropa çempionatında iştirak etmək üçün may ayının 9-da Macarıstana edəcəkləri səfərdən öncə Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etməkdir. Qeyd edək ki, 11 nəfərdən ibarət heyətin Avropa çempionatında iştirakı üçün tələb olunan bütün vəsait, o cümlədən aviabiletlərin alınmasına, otel və transfer məsrəflərinə, qidalanmaya, idman formalarına, idman qida əlavələrinə və digər məqsədlərə çəkilən məsrəflər bütünlüklə Cəsarət Əhmədovun şəxsi vəsaitləri hesabına ödənilib.
İdmançılara etdiyi müraciətində Cəsarət Əhmədov bunları deyib: “Ulu Öndər bu dövləti bizlər üçün qurub yaratdı, bizlərə miras qoydu. Buna görə də kimliyindən asılı olmayaraq Vətənini, xalqını və dövlətini sevən hər bir insan öz həyatının mənasını gecə-gündüz çalışmaqda, Vətəninə, xalqına və dövlətinə sədaqətlə xidmət etməkdə görməlidir. Xüsusilə mən bunu idman sahəsində çalışan rəhbər şəxslərə də şamil etmək istərdim. Bu gün hər bir qeyri-olimpiya idman federasiyası ilk növbədə öz idman növünü inkişaf etdirmək, idmançıları yeni nailiyyətlərə ruhlandırmaq üçün var gücü ilə çalışmalıdır. Bilirsiniz ki, mənim təsis etdiyim və prezidenti olduğum Azərbaycan Qol Güləşi Federasiyası artıq 18 ildir ki, bir ailə kimi mövcuddur. Bu ailə dünyanın 101 ölkəsindən milli federasiyaların qeydiyyatdan keçdiyi Dünya Armrestlinq Federasiyasının fəal və nüfuzlu üzvüdür və bu ailə hər zaman öz Vətəninə, xalqına və dövlətinə sədaqətlə xidmət göstərir. Bu gün mən 10 nəfər idmançını öz vəsaitlərim hesabına rəsmi Avropa çempionatına aparıramsa, düşünürəm ki, növbəti illərdə iqtisadiyyatımız daha da gücləndikcə bu rəqəm daha da artacaq, Avropa və dünya çempionatlarında ölkəmizi daha çox idmançı ilə təmsil edəcəyik. Qeyd edim ki, bu Avropa çempionatında iştirak edən idmançılardan birinin, Nihad Əmiraslanovun xərclərini onun atası qarşılayır və mən söz vermişəm ki, Nihadın yüksək nəticə göstərəcəyi təqdirdə, onu dünya çempionatına artıq mən özüm öz vəsaitlərim hesabına aparacağam. Çünki maddiyyat, güclü iqtisadiyyat mənə yalnız bunun üçün - Vətənimə, xalqıma, dövlətimə və idmançılarımıza ləyaqətlə xidmət edə bilmək üçün lazımdır. Mən bundan fərəhlənirəm və bu xidməti özümə namus borcu, şərəf borcu bilirəm. İnanıram ki, idmançılarımız da bu Avropa çempionatında uğurlara imza atacaqlar və bizim uğurlarımız artdıqca, dövlətimiz də vaxtı gələndə nailiyyətlərimizi layiqincə qiymətləndirəcək. Mən üzümü bütün idmançılara tutub deyirəm ki, onlar yalnız Dünya Antidopinq Agentliyi (WADA) və Dünya Armrestlinq Federasiyası (WAF) tərəfindən tanınan rəsmi yarışlarda iştirak etsinlər. Əziz dostlar, mən bir daha bildirmək istəyirəm ki, Azərbaycan Qol Güləşi Federasiyası böyük bir ailədir və bütün idmançılar mənim üçün dost, qardaş və doğma insanlardır. Ailə isə hər zaman birlikdə olmalıdır. Çünki bizim gücümüz də birliyimizdədir.”
Qeyd edək ki, Qol güləşi üzrə 35-ci rəsmi Avropa çempionatında ölkəmizi aşağıdakı idmançılar təmsil edəcəklər:

1.Qurbanov Kamram (məşqçi-idmançı) +110 kq;
2.Məhsimov Zöhrab (məşqçi-idmançı) 80 kq;
3.İsmayılov Elşən (mşqçi-idmançı) 100 kq;
4.Əmiraslanov Nihad (idmançı) 55 kq;
5.Fərzəli Atabəy (idmançı) 55 kq;
6.Fətəliyev Rafiq (idmançı) 55 kq;
7.Qurbanlı Musa (idmançı) 50 kq;
8.Hüseynov Səfər (idmançı) 50 kq;
9.Rəşidov Nicat (idmançı) 55 kq;
10.Şahgəldiyev Təsəllim (idmançı) 90 kq.

Bütün idmançılarımıza uğurlar diləyirik!

29/04/2026

Ulu Öndərimizi sonsuz ehtiramla anırıq. Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədov.

20/04/2026

Azərbaycan Qol Güləşi Federasiyası görkəmli alim-oftalmoloq, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsini sonsuz ehtiramla yad edir. Hörmətlə, Cəsarət Əhmədov.

Address

Elşən Suleymanov, 246
Baku
FEDERASIYAADINDANSUIISTIFADƏHALLARIILƏRASTLAŞDIQDABUNOMREILEELAQESAXLAYINWHATSAP

Opening Hours

Monday 09:00 - 23:00
Tuesday 09:00 - 23:00
Wednesday 09:00 - 23:00
Thursday 09:00 - 23:00
Friday 09:00 - 23:00
Saturday 09:00 - 23:00

Telephone

+994502415152

Website

Alerts

Be the first to know and let us send you an email when AQGF, Azərbaycan Qol Güləşi Federasiyası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to AQGF, Azərbaycan Qol Güləşi Federasiyası:

Shortcuts

Share

Category