Bərdə Olimpiya İdman Kompleksi

Bərdə Olimpiya İdman Kompleksi

Share

Bərdə Olimpiya İdman Kompleksi Azərbaycanda dünya standartlarına cavab verən ilk Olimpiya Komplekslərindən biridir.

Photos from Bərdə Olimpiya İdman Kompleksi's post 06/03/2024

Bərdədə "İdman həftəsi" çərçivəsində ağacəkmə aksiyası keçirilib.
Qarabağ Regional Gənclər və İdman İdarəsinin Bərdə rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə “5 Mart- Bədən Tərbiyəsi və İdman Günü” münasibətilə 29 fevral 2024-cü il tarixdə Bərdə Olimpiya İdman Kompleksində ağacəkmə aksiyası keçirilmişdir.
Aksiyada Qarabağ Regional Gənclər və İdman İdarəsinin Bərdə rayonu üzrə gənclər və idman sektorunun və Olimpiya İdman Kompleksinin kollektivi olmaqla ümumilikdə 12 nəfər iştirak edib.
Aksiyada ərazi təmizlənərək yeni gül tingləri əkilmişdir.

Photos from Bərdə Olimpiya İdman Kompleksi's post 15/02/2023

Bərdə rayon sakinlərinin Türk soydaşlarına yardımı

Qardaş Türkiyə Respublikasında baş vermiş zəlzələdən əziyyət çəkənlərə dəstək məqsədilə Bərdə RİH-in təşəbbüsü ilə yardım aksiyası başladılmışdır.

Humanitar kompaniyada edilən yardımları qəbul etmək, çeşidləyib yola salmaq üçün rayon gənclərindən, könüllülərdən, idmançılardan və qeyri-hökümət təşkilatları nümayəndələrindən ibarət qərargah yaradılıb.

Toplanan iki yük maşını həcmində humanitar yardım qardaş ölkəyə yola salınmaq məqsədilə Gəncə şəhərində yerləşən Türkiyə konsulluğu tərəfindən təyin olunmuş məntəqəyə çatdırılmışdır.
Humanitar yardımların içində yataq, geyim əşyaları, generator, qızdırıcı və digər zəruri avadanlıqlar və quru qida məhsulları xüsusi yer alır.
Bərdə əhalisinin türkiyəli soydaşlarımıza humanitar yardımı davam etməkdədir.


09/02/2023

Əziz Bərdə sakinləri!
Türkiyədə baş verən zəlzələdən əziyyət çəkənlərə dəstək məqsədilə “Qardaş Köməyi” platforması yaradılıb. Rayon ictimaiyyəti olaraq biz də kompaniyaya qoşulur və rayon sakinlərini kompaniyada aktiv iştiraka dəvət edirik.
Aşağıda qeyd olunan zəruri məhsulları
aidiyyatı üzrə məntəqəyə təhvil verməklə siz də öz dəstəyinizi göstərə bilərsiniz.


Photos from Bərdə Olimpiya İdman Kompleksi's post 27/01/2023

22 yanvar 2022-ci il tarixdə Bərdə Olimpiya İdman Kompleksində Bərdə Rayon Gənclər və İdman İdarəsinin və Azərbaycan Uşu Federasiyasının birgə təşkilatçılığı ilə Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş uşu idman növü üzrə "Dəmir Yumruq 10" Bərdə açıq birinciliyi keçirilmişdir.
Turnir 2005-2006, 2007-2008, 2009-2010, 2011-2012, 2013-2014 , 2015-2016 təvəllüdlü idmançılar arasında keçirilmişdir. Turnirdə 12 rayondan 150-dək idmançı mübarizə aparmış,
qalib gəlmiş idmançılar Bərdə Rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Uşu Federasiyası tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunmuşdur.

Photos from Bərdə Olimpiya İdman Kompleksi's post 27/12/2022

24-26 dekabr 2022-ci il tarixlərdə
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə ölkənin 30 olimpiya idman kompleksində həyata keçirilən “Birlikdə üzək”
layihəsi Bərdədə uğurla icra edilmişdir.
Bərdə Olimpiya İdman Kompleksində müxtəlif yaş kateqoriyası üzrə yeniyetmə və gənclər arasında üzgüçülük yarışı keçirilmiş, yarışın qalibləri OİK-in diplomları ilə mükafatlandırımışdır.

Photos from Bərdə Olimpiya İdman Kompleksi's post 24/12/2022

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə keçirilən “ Birlikdə Üzək ” tədbirindən .

Photos from Bərdə Olimpiya İdman Kompleksi's post 26/09/2022

Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş Güləş üzrə Bərdə rayon açıq birinciliyi.

Photos from Bərdə Olimpiya İdman Kompleksi's post 22/08/2022

Azərbaycan Respublikasının və Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunları çərçivəsində ölkəmizi təmsil edən idmançılarla görüşüb.

Photos from Bərdə Olimpiya İdman Kompleksi's post 03/07/2022

Bərdə Olimpiya İdman Kompleksində keçirilmiş kütləvilik xarakteri daşıyan tədbir.

Photos from Bərdə Olimpiya İdman Kompleksi's post 28/06/2022

26 iyun 2022-ci il tarixdə Bərdə Olimpiya İdman Kompleksində sərbəst güləş idman növü üzrə nümunəvi çıxışlar nümayiş etdirilmişdir.

Photos from Bərdə Olimpiya İdman Kompleksi's post 20/06/2022

19 iyun 2022-ci il tarixdə Bərdə Olimpiya İdman Kompleksində Karate idman növü üzrə nümunəvi çıxışlar nümayiş etdirilmişdir.

Photos from Bərdə Olimpiya İdman Kompleksi's post 06/06/2022

Əziz İdmansevərlər!
Bərdə Olimpiya İdman Kompleksinin Üzgüçülük bölməsi (üzgüçülük hovuzu) yenidən fəaliyyətə başlamışdır.
Üzgüçülük dərsləri sertifikatlı məşqçi tərəfindən həyata keçirilir.
Üzməyi bacaran şəxslər təlimatlara uyğun olaraq hovuzdan sərbəst formada (məşqçisiz) istifadə edə bilərlər.
İş saatı : 09:00-22:00

Want your business to be the top-listed Gym/sports Facility in Barda?

Click here to claim your Sponsored Listing.

Location

Category

Address


Bakı Küçəsi, 71
Barda