Beyləqan UGİŞM

Beyləqan UGİŞM

Share

Beyləqan Uşaq Gənclər İdman Şahmat Məktəbinin facebook səhifəsi

Vugar Gashimov Memorial 2025 14/12/2025
Photos from Beyləqan UGİŞM's post 10/12/2025

"Vugar Gashimov Memorial 2025" super turnirini izləmək üçün Xankəndi şəhərinə səfər etmiş məktəbimizin məşqçi-müəllimləri İlkin Əhmədov, Aqşin Quliyev, şahmatçı şagirdlərimiz Elturan Behbudov, Tuncay Rüstəmov və İsmayıl Mirzəzadə turnirin bütün iştirakçıları ilə xatirə şəkilləri çəkdirmək imkanı olmuşdur.

♟”Vugar Gashimov Memorial 2025”
🗓 8-12 December, 2025
📍Khankendi, Azerbaijan
🏛️Khankendi Congress Center

Photos from Beyləqan UGİŞM's post 10/11/2025

8 Noyabr - Zəfər Gününə həsr olunmuş şahmat üzrə komandalar arası Beyləqan rayon turnirinin iştirakçıları (08.11.2025)

Photos from Beyləqan UGİŞM's post 10/11/2025

8 Noyabr 2025-ci il tarixdə Beyləqan Şahmat Məktəbinin yarış zalında Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Beyləqan Rayon Komitəsi və Beyləqan Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatıçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş şahmat üzrə komandalar arası Beyləqan rayon turniri keçirildi. Açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Şəhid İlqar İsmaylovun övladı, turnirin ən gənc iştirakçılarından olan Sara İsmayılzadə alqış sədaları ilə səhnəyə dəvət edildi. Vətən müharibəsində canından keçmiş şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi. Tədbirə dəvət olunmuş Mil-Muğan Regional Təhsil İdarəsi Beyləqan Rayon Təhsil Sektorunun müdiri Elvin Abbasov məktəbimizdə mütəmadi təşkil olunan turnirlərdən razılığını bildirdi. Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Beyləqan Rayon Komitəsinin sədri Tahir Həsənov da öz növbəsində turnirin iştirakçılarına uğurlar arzuladı və bu cür turnirlərin Respublika yarışlarında rayonumuzu təmsil edən şahmatçı şagirdlərin inkişafına olan müsbət təsirindən danışdı. Beyləqan Uşaq Gənclər İdman Şahmat Məktəbinin direktoru Misir Xudaverdiyev Beyləqan Təhsil Sektorunun məktəbimizin şahmatçı şagirdlərinə olan diqqəti üçün təşəkkürünü bildirdi və məktəbimizdə bu tip turnirlərin davamlı keçiriləciyini bildirdi. Komandaların heyətlərinin müəyyənləşəcəyi püşkatma mərasimini keçirmək üçün dəvət olunan 2014-2023-cü illər ərzində məktəbimizin şagirdləri olmuş Emil Əhmədli, Ayxan Əlizadə və Turan Bəndəliyev üçün xüsusi hazırlanmış "Məktəbimizin Məzunu" adlı plaketlər təqdim edildi. Açılış mərasimindən sonra turnirin püşkatma mərasimində Emil Əhmədli, Ayxan Əlizadə və Turan Bəndəliyev sırası ilə iştirakçıların adlarını rəngli kürəciklərdən çıxardılar və beləcə komandaların heyətləri müəyyənləşdi. Daha sonra “qonq səsi” ilə turnirin ilk turuna start verildi.

24/09/2025

Allah Rəhmət eləsin!

Azərbaycan şahmatına ağır itki üz verib. Uzun illər Quba şahmat məktəbinə rəhbərlik edən, şahmatın inkişafı naminə müxtəlif layihələr reallaşdıran, beynəlxalq dərəcəli hakim Qüdrət İsmayılov vəfat edib.

Azərbaycan Şahmat Federasiyası mərhuma Allahdan rəhmət diləyir, ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Photos from Beyləqan UGİŞM's post 29/08/2025

Beynəlxalq Qrossmeyster Namiq Quliyevin Beyləqanın şahmatçı şagirdləri ilə seans oyunundan rəngli görüntülər.

Photos from Beyləqan Rayon İcra Hakimiyyəti's post 28/08/2025
Photos from Beyləqan UGİŞM's post 23/08/2025

Beyləqan rayon şahmat komandası 3-cü yeri tutdu. 4-14 avqust 2025-ci il tarixlərində Balakən Olimpiya İdman Kompleksində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığıyla yeniyetmələr arasında Respublika Şahmat Olimpiadası keçirilib. Beyləqan şahmat komandası turnirdə uğurlu çıxış edərək komanda hesabında 3-cü yeri tutmuşdur.

Sara Kərimzadə - 16 yaş qızlar 1-ci yer.
Tuncay Rüstəmov - 12 yaş oğlanlar 2-ci yer.
İsmayıl Mirzəzadə -12 yaş oğlanlar 3-cü yer.

Photos from Beyləqan UGİŞM's post 31/05/2025

28 May - Müstəqillik Gününə həsr olunmuş şahmat üzrə komandalar arası Beyləqan rayon turnirindən maraqlı fotosessiya.

Photos from Beyləqan UGİŞM's post 31/05/2025

28 May 2025-ci il tarixdə Beyləqan Şahmat Məktəbinin yarış zalında 28 May - Müstəqillik Gününə həsr olunmuş şahmat üzrə komandalar arası Beyləqan rayon turniri keçirildi. Açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları və Vətən yolunda canından keçmiş şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi. Tədbirə dəvət olunmuş Mil-Muğan Regional Təhsil İdarəsi Beyləqan Rayon Təhsil Sektorunun müdiri Elvin Abbasov məktəbimizdə mütəmadi təşkil olunan turnirlərdən razılığını bildirdi. Tədbirə dəvət olunmuş bir digər qonaq Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Beyləqan Rayon Komitəsinin sədri Tahir Həsənov da öz növbəsində turnirin iştirakçılarına uğurlar arzuladı və bu tip turnirlərin Respublika yarışlarında rayonumuzu təmsil edən şahmatçı şagirdlərin inkişafına olan müsbət təsirindən danışdı. Komandaların heyətlərinin müəyyənləşəcəyi püşkatma mərasiminə dəvət olunan 2013-2024-cü illər ərzində məktəbimizin şagirdləri olmuş Kamal Kərimov və Mehrac Rzazadə üçün xüsusi hazırlanmış "Məktəbimizin Məzunu" adlı plaketləri şagirdlərə Beyləqan Rayon Təhsil Sektorunun müdiri Elvin Abbasov təqdim etdi. 2022-ci ildə 6 yaşlı qızlar kateqoriyasında Azərbaycan Çempionu olmuş Leyla Gəraylı da səhnəyə dəvət edildi. Onun 3 il öncə qazandığı uğurun Beyləqan Şahmat Məktəbi üçün nə qədər dəyərli olduğundan bəhs edildi və şahmatçı şagirdlərdən Leyla üçün alqış rica edildi. Açılış mərasimindən sonra turnirin püşkatma mərasimində Kamal Kərimov və Mehrac Rzazadə sırası ilə iştirakçıların və komandaların adlarını torbalardan çıxardılar və beləcə komandaların heyətləri müəyyənləşdi. Daha sonra turnirə start verildi.

Photos from Beyləqan UGİŞM's post 17/05/2025

16 may 2025-ci il tarixdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Beyləqan Rayon Komitəsi və Mil-Muğan Regional Təhsil İdarəsi Beyləqan Rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə "Zəkaların Mübarizəsi Olimpiadası"nın final mərhələsində uğurlu çıxış edərək rayonumuza qayıtmış Beyləqan Şahmat Komandasının təltif edilmə mərasimi keçirilmişdir. Tədbirdə çıxış edən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Beyləqan Rayon Komitəsinin sədri Tahir Həsənov komandamızın üzvlərini ayrı-ayrı təbrik edərək məktəbimizin şahmat komandasının gələcək turnirlərdə daha da yüksək yerlər uğrunda mübarizə aparacağına inandığını bildirdi. Mil-Muğan Regional Təhsil İdarəsi Beyləqan Rayon Təhsil Sektorunun müdiri Elvin Abbasov "Zəkaların Mübarizəsi Olimpiadası"nın final mərhələsində mükafatçılar sırasına düşməyin necə çətin olduğunu, chess.com, lichess.org, youtube.com kimi platformalardan canlı yayımlanan oyunları həyəcanla izlədiyini və qazanılmış bu uğurun Beyləqan rayonu üçün qürurverici olduğunu bildirdi. Respublika 5-cisi olmuş Beyləqan Şahmat Komandasının üzvləri və məşqçi-müəllimlər xüsusi hazırlanmış diplom və hədiyyələrlə təltif edildi. Sonda çıxış edən Beyləqan Uşaq Gənclər İdman Şahmat Məktəbinin direktoru Misir Xudaverdiyev Beyləqan Rayon Təhsil Sektorunun şahmatçı şagirdlərə olan diqqətindən razılığını bildirdi.

Photos from Beyləqan UGİŞM's post 15/05/2025

Beyləqan Şahmat Komandası Respublika 5-cisi oldu. 15 may 2025-ci il tarixində Bakı şəhəri Heydər Əliyev mərkəzində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə "Zəkaların Mübarizəsi Olimpiadası"nın final mərhələsi keçirilmişdir. Şahmat yarışında müxtəlif regionlardan hər birində 5 şahmatçı olmaqla 18 komanda üzrə 90 şahmatçı mübarizə aparmışdır. Turnirdə uğurlu çıxış edən Beyləqan Şahmat Komandası ümumi turnir üzrə 5-ci yeri tutmuşdur. Qızların 1-ci lövhəsində mübarizə aparan Sara Kərimzadə isə 7 oyundan 7 xal toplayaraq maksimum nəticə göstərmiş və öz lövhəsində 1-ci yeri tutmuşdur.

Qeyd: Lövhələ üzrə bütün oyunlar youtube.com, chess.com və lichess.org platformalarında canlı yayımlanmışdır.

Youtube link:
https://www.youtube.com/live/UGtWg1Ai8XY?si=QcqciOoxjgnA_sJr

Chess.com link:
https://www.chess.com/events/2025-battle-of-intellects/games?fbclid=IwY2xjawKS0jJleHRuA2FlbQIxMQABHve54hik98_1KwH8jwy4fAKSF73LtHUJZAKk5PWhGz2LRl8BHTtH7yc2hpXa_aem_s_GRSP0PBLodFYpXdKG1fQ&sfnsn=wa

Lichess link: https://lichess.org/broadcast/the-republican-stage-of-the-chess-olympiad-of-the-battle-of-the-minds/round-7/tMH2T1zk?sfnsn=wa

Want your business to be the top-listed Gym/sports Facility in Beylagan?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Beylagan
AZ1200

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00