Buzovna İdman Zalı MMC

Buzovna İdman Zalı MMC

Share

Buzovna İdman Zalı MMC Xəzər rayonu, Buzovna qəzəbəsində yerləşir.

Hal-hazırda taekvondo, cüdo, badminton, ciu-citsu, futbol idman növləri üzrə peşəkar məşqçilər tərfindən məşqlər aparılır.

12/01/2023

🥋
22 yanvar 2023 tarixində Buzovna İdman Zalında Alpman Taekvondo Klubunun daxili birinciliyi keçiriləcəkdir.

Buzovna sakinlərindən taekvondo sevərlər yarışı izləməyə gələ bilərlər.

Son qeydiyyat tarixi: 20.01.2023

Bütün iştirakçılara uğurlar arzulayırıq!
______________________________________

tkd
idman.zali

25/11/2022

• Noyabrın 25-də Buzovna İdman Zalı MMC-nin direktoru Zahid Nadirov qəbul keçirib.

▪︎ Buzovna İdman Zalının cüdo üzrə məşqçi-müəllimi Məmməd Əliyev və onun fəal tələbələri ilə görüş keçirilmişdir.

▪︎ Görüşdə məşqçi Məmməd Əliyev cüdoçuların uğurlu fəaliyyəti və onların nailiyyətləri haqqında geniş məlumat vermişdir.

▪︎ Buzovna İdman Zalı MMC-nin direktoru Zahid Nadirov cüdo idman növü üzrə əldə etdiyi yüksək nailiyyətlərə görə idmançıları Fəxri-Fərmanla mükafatlandırmışdır.

Photos from Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi's post 25/11/2022
Photos from Buzovna İdman Zalı MMC's post 25/11/2022

Noyabrın 25-də gənclər və idman naziri Fərid Qayıbov nazirliyin strukturuna daxil olan olimpiya idman komplekslərinin, digər idman qurğularının və uşaq-gənclər idman məktəblərinin (UGİM) rəhbərləri ilə görüşüb. Görüşün məqsədi barədə danışan nazir bildirib ki, paytaxtda və eləcə də bölgələrdə idman qurğularının, olimpiya idman komplekslərinin, həmçinin UGİM-lərin fəaliyyətinin daha səmərəli təşkil edilməsi qarşıda duran əsas məqsəddir. Bunun üçün də onların bir-biri ilə əlaqəli fəaliyyəti təmin edilməli, kadr məsələləri diqqət mərkəzində saxlanılmalıdır.

Sosial media, marketinq sahəsində səmərəli fəaliyyətin təşkil edilməsi; idman qurğularında olan avadanlıqların qorunub saxlanması və onlara vaxtlı-vaxtında düzgün texniki qulluqların göstərilməsi; hovuzların il ərzində səmərəli fəaliyyətinin təmin edilməsi və digər məsələlər birgə olunub, komplekslərin hazırkı fəaliyyəti və vəziyyətləri barədə hesabat dinlənilib. Həmçinin Olimpiya Komplekslərinin mehmanxana fəaliyyətlərinin müasir standartara uyğun qurulması yönündə görülən işlər barədə məlumat verilib.

Görüşdə nazirliyin strukturunda olan UGİM-lərin vəziyyəti barədə də hesabat təqdim olunub. Kompleks direktorları və UGİM rəhbərlərini narahat edən məsələləri dinləyən nazir Fərid Qayıbov bu sahədə müvafiq tövsiyələr verib.

Görüşdə nazir müavini Mariana Vasileva, İdman şöbəsinin müdiri Elnur Məmmədov və nazirliyin digər əməkdaşları da iştirak ediblər.

09/11/2022

🇦🇿 9 Noyabr Azərbaycan Dövlət Bayrağı Günüdür!

17 noyabr 2009-cu ildə Prezident İlham Əliyev hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı günü kimi qeyd olunacağı haqqında sərəncam imzalayıb. Sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq indiki dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib.

08/11/2022

6 noyabr 2022-ci il tarixlərində "Buzovna İdman zalı" MMC-nin təşkilatçılığı ilə "8 Noyabr - Zəfər günü"-nə həsr olunmuş taekvondo üzrə uşaqlar,yeniyetmələr və gənclər arasında keçirilən "Alpman Taekvondo klubu"-nun klublararası yoldaşlıq görüşü baş tutmuşdur. Yarışa paytaxtımızda və regionlarımızda fəaliyyət göstərən - Alpman, Cəsur, Atlet, "Modern" İdman Məktəbi, Müşfiqabad, Abşeron, Şirvan, Gəncə, Göygöl, Şuşa və Ağsu taekvondo komandalarından ümumilikdə təxminən 250 idmançı qatılmışdır.

Yarış əvvəlcə dövlət himnimizin səsləndirilməsi və şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.
"Buzovna İdman zalı" MMC-nin direktoru və eyni zamanda "Alpman Taekvondo Klubu"-nun direktoru Zahid Nadirov çıxışında yarışın keçirilməsinin əsas mahiyyəti barədə söz açmış, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi üçün belə yarışların keçirilməsinin önəmini vurğulamış, şanlı zəfər tariximizi bizlərə yaşadan əsgərlərimizin şücaətlərindən, qəhrəmanlıqlarından söz açmışdır. İdmançılara uğurlar arzulayan Zahid Nadirov yarışı açıq elan etmişdir.

Daha sonra çıxış edən Xəzər rayonu Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev belə mötəbər yarışların keçirilməsinin zəruriliyindən söz açmış, zəfər gününün ərmağan edilməsində idmançı əsgərlərimizin payının əvəzsiz olduğunu vurğulamışdır.

Açılış mərasimindən sonra İdmançılar fəxri yerlər uğrunda mübarizəyə qoşulmuşdur.

Qalibləri Xəzər rayonu Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev və "Buzovna İdman zalı" MMC-nin direktoru və eyni zamanda "Alpman Taekvondo Klubu"-nun direktoru Zahid Nadirov təltifetmə mərasimində müvafiq diplom medallarla təltif etmişlər.

Hakimlərdən - Xəzər Həsənov, Rəşad Mehdiyev, Elmir Mahmudov və Bəsti Quliyevaya "Fəxri Fərman" təqdim edilmişdir.

Yarışa ev sahibliyi edən Alpman Taekvondo Klubu yarışın sonunda ümumi nəticələrə görə ən yüksək nəticə əldə etmiş komanda rəhbərlərinə kubok və medal təqdim etmişdir.

Belə ki, Abşeron Taekvondo komandası 1-ci, Gəncə Taekvondo Komandası 2-ci, Cəsur Taekvondo Klubu və Müşfiqabad Taekvondo komandası isə 3-cü yerdə qərarlaşmışlar.

Photos from Buzovna İdman Zalı MMC's post 08/11/2022

Zəfərin mübarək, Azərbaycan! 2 il öncə bizə bu sevinci yaşadan şanlı ordumuza təşəkkür edir, xalqımızı bu bayram münasibətilə təbrik edirik! Zəfər Gününüz mübarək!

Photos from Buzovna İdman Zalı MMC's post 03/10/2022

1-2 oktyabr 2022-ci il tarixlərində "Buzovna İdman zalı" MMC-nin təşkilatçılığı ilə "27 sentyabr - Anım günü"-nə həsr olunmuş taekvondo üzrə uşaqlar,yeniyetmələr və gənclər arasında keçirilən "Alpman Taekvondo klubu"-nun açıq birinciliyi baş tutmuşdur. Yarışa paytaxtımızda və regionlarımızda fəaliyyət göstərən - Alpman (Zabrat,Maştağa,Savalan və Buzovna filialları), Asiman (Əhmədli,Qarayev,Günəşli filialları), Cəsur, Atilla, Atlet, Bakılı, Abşeron-Zirvə,Cəlilabad, Quba, Qazax taekvondo komandalarından ümumilikdə 200-dən artıq idmançı iştirak qatılmışdır.

Yarış əvvəlcə dövlət himnimizin səsləndirilməsi və şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.
"Buzovna İdman zalı" MMC-nin direktoru və eyni zamanda "Alpman Taekvondo Klubu"-nun direktoru Zahid Nadirov çıxışında yarışın keçirilməsinin əsas mahiyyəti barədə söz açmış, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi üçün belə yarışların keçirilməsinin önəmini vurğulamışdır. İdmançılara uğurlar arzulayan Zahid Nadirov yarışı açıq elan etmişdir.

Yarışın bədii hissəsində Alpman Taekvondo Klubunun idmançıları hazırladıqları öz nümunəvi çıxışları ilə tamaşaçıların diqqətini çəkmişdir.
Fəxri qonaq qismində iştirak edən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının karate üzrə müəllimi, ölkəmizi Türkiyənin "Yetenek Sizsiniz" adlı yarışmasında dəfələrlə layiqincə təmsil edən Elxan Gülmalıyev də bədii hissədə "nunçako" ilə öz məharətini göstərmiş, bədii hissəyə rəng qatmışdır.

Dünya çempionu, V İslam Həmrəyliyi Oyunlarının qalibi Fəridə Əzizova da fəxri qonaq kimi çıxış etmiş, İdmançılara və komandalara uğurlar arzulamışdır.

Açılış mərasimindən sonra İdmançılar fəxri yerlər uğrunda mübarizəyə qoşulmuşdur.
Qaliblər fəxri qonaqlar tərəfindən təltifetmə mərasimində müvafiq diplom medallarla təltif edilmişlər.

İki günlük yarışın sonunda ümumi nəticələrə görə Alpman Taekvondo Klubu 1-ci, Asiman Taekvondo Klubu 2-ci, Cəsur Taekvondo Klubu və Abşeron-Zirvə Taekvondo klubları isə 3-cü yerdə qərarlaşmışlar.
Qalib komandaların baş məşqçilərinə kubok və medallar təqdim olunmuşdur.

08/09/2022

İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin gənclər və idman nazirlərinin V konfransında iştirak edən gənclər və idman naziri Fərid Qayıbov Səudiyyə Ərəbistanı Krallığının idman naziri, şahzadə Əbdüləziz bin Turki Əl-Faysal ilə görüşüb.

Görüş zamanı nazir Fərid Qayıbov konfransın Ciddə şəhərində təşkilindən məmnunluğunu ifadə edərək, ikitərəfli əməkdaşlığın intensivləşdirilməsinin vacibliyini vurğulayıb. Eyni zamanda Azərbaycanın sədrliyi dövründə gənclər və idman sahəsində görülmüş işlər barədə məlumat verib.

Görüş zamanı iki ölkə arasında idman sahəsində əlaqələrin inkişaf perespektivləri müzakirə edilib.

08/09/2022
Want your business to be the top-listed Gym/sports Facility in Buzovna?

Click here to claim your Sponsored Listing.

Location

Address

Mirzəğa Əliyev Küçəsi 51B
Buzovna