Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci, Heyder Əliyev pr. 207, Göyçay.

Photos from Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci's post 08/06/2026

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin texniki əməkdaşları tərəfindən müəssisənin ərazisində iməclik aksiyası keçirilib. Aksiyada səkilər ağardılıb, ot biçilib, ətraf tullantılardan təmizlənib. Məqsədimiz tələbələrimiz üçün daha yaşıl, təmiz və müasir standartlara uyğun təhsil mühiti yaratmaqdır. Əməyi keçən hər kəsə təşəkkür edirik. Təbiəti qoruyaq, gələcəyimizi yaşıl quraq!

Photos from Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci's post 08/06/2026

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində valideynlərin iştirakı ilə "Açıq qapı" günü təşkil edilmişdir. Tədbirdə valideynləri maraqlandıran suallar cavablandırıldıqdan sonra imtahan prosesi canlı izlənmiş, müşahidələr aparılmışdır. Bütün tələbələrimizə imtahanlarda uğurlar arzulayırıq.

04/06/2026

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində 8 İyun saat 9 da “Açıq qapı” günü keçiriləcək.
Hörmətli valideynlər və təhsilimizə maraq göstərən hər bir kəs,
Sizi Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində yaz imtahan sessiyası ilə bağlı keçiriləcək “Açıq qapı” gününə dəvət edirik. Açıq qapıda iştirak etməklə övladlarınızın imtahan prosesini canlı izləyə bilərsiniz.

03/06/2026

İyunun 1-də Bakı Ekspo Mərkəzində “Bakı Enerji Həftəsi” çərçivəsində 31-ci Beynəlxalq Xəzər Neft və Qaz sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib. Açılış mərasimində çıxış edən prezident İlham Əliyev Azərbaycanın enerji sektorunun inkişafı və gələcək perspektivlərdən söz açıb. Dövlət başçısı çıxışında Azərbaycanın enerji siyasətinin tarixi köklərindən başlayaraq, ölkənin qlobal enerji təhlükəsizliyində oynadığı rola, iqtisadi inkişaf modelinə, regional əməkdaşlıq təşəbbüslərinə və gələcək hədəflərinə qədər geniş məsələlərə toxundu. Prezident İlham Əliyev çıxışında vurğulayıb ki, vaxtilə yalnız neft və qaz ixracatçısı kimi tanınan Azərbaycan bu gün həm ənənəvi enerji resurslarının etibarlı təchizatçısı, həm də bərpaolunan enerji sahəsində böyük investisiyalar həyata keçirən mühüm tərəfdaş ölkəyə çevrilib. Prezidentin çıxışında xüsusilə enerji siyasətinin ölkənin iqtisadi gücününün, sosial rifahının, hərbi qüdrətinin və beynəlxalq nüfuzunun formalaşmasında oynadığı rol ön plana çəkildi.
Cənab prezident çıxışı əsnasında ölkəmizin əldə etdiyi nailiyyətlərdən bəhs edərkən 30 illik dövrdə baş vermiş hadisələri geniş şəkildə şərh edərək bir sıra mühüm məqamları bir daha xatırladıb. Prezident İlham Əliyev Azərbaycanın 1990-cı illərin əvvəllərində üzləşdiyi ağır vəziyyətlə bugünkü reallıqlar arasında müqayisələr apraraq əldə edilən nailiyyətlərin əsasında Ülü öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və bu gün uğurla davam etdirilən enerji strategiyasının dayandığını bildirdi. Prezidentin nitqində qeyd olundu ki, Azərbaycanın bütün sferalarında dönüş nöqtəsi 1993-cü ildə baş verdi. Enerji sahəsində də ciddi uğurların əsası məhz həmin dövrdə qoyuldu. Dövlət başçısı vurğuladı ki, Ulu Öndərin 1993-cü ilin oktyabrında prezident seçilməsi ölkənin tarixində yeni səhifə açdı. Həmin dövrdə çətin şəraitdə həyata keçirilən islahatlar sözsüz ki, enerji sektoruna da investisiyalar cəlb etmək baxımından böyük siyasi iradə tələb edirdi. Müstəqilliyimizin bərpasının ilk illərində ölkəmizdə ictimai-siyasi durumun gərginliyi Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan ölkələrin tərəddüdlərinə səbəb olmuşdur. Onlar yatıracaqları investisiyaların təhlükəsizliyinə tam əmin deyildilər. Ümummilli Lider Heydər Əliyevin uğurlu və düşünülmüş siyasəti nəticəsində bu tərəddüdlərin aradan qaldırılması təmin edildi. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycanın enerji siyasətinin inkişafı 1994-cü ildə başlandı. 1994-cü il sentyabrın 20-də tarixi kontrakt olan “Əsrin Müqaviləsi”nin imzalanması iqtisadi uğurlarımızın nailiyyətlərinə yol açdı. Bu isə ölkənin transformasiyasında dönüş nöqtəsi oldu.
Eyni zamanda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələr, yeni qaz və bərpa olunan enerji layihələri, nəqliyyat-kommunikasiya marşrutlarının inkişafı, o cümlədən Zəngəzur dəhlizinin perspektivləri çıxışın əsas mövzularından oldu. Prezident İlham Əliyev Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rola toxunaraq ölkənin qlobal enerji təhlükəsizliyinə ardıcıl töhfələr verdiyini qeyd etdi. Günümüzün ən iddialı enerji infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizindən geniş bəhs edən prezident İlham Əliyev vurğuladı ki, bu gün bu layihə sayı artmaqda olan ölkələrin enerji təhlükəsizliyini təmin edir. Avropa enerji bazarını Cənub Qaz Dəhlizi olmadan təsəvvür etmək çətindir. Biz sayı artmaqda olan ölkələri qazla təchiz edirik və bu ölkələrin sayı artıq 16-ya çatıb, hansı ki, onlardan 10-u Avropa İttifaqına üzv olan ölkələrdir. Ölkələrin sayının artacağını əminliklə söyləyən prezident həmçinin vurğuladı ki, boru xətti ilə qazın müxtəlif ölkələrə nəql edilməsi, ərazi və coğrafi parametrlərə baxsanız bizim bu sahədə dünyada birinci olmağımızı görə bilərsiz. Düzgün enerji siyasətimiz bizə Azərbaycandan xaricə sərmayə yatırmağa da imkan verdi. Prezident bərpaolunan enerji və əməkdaşlıq mövzusunda məsələlərə də toxunaraq tərəfdaş ölkələrlə birgə enerji kabellərinin və yaşıl enerji layihələrinin icra olunduğunu da diqqətə çatdırdı. Nəqliyyat-kommunikasiya marşrutları istiqamətində həyata keçirilən layihələr diqqət çəkən dövlət başçısı Azərbaycan dövlətinin dəmir yolu və avtomobil yolu infrastrukturuna qoyduğu sərmayələr sayəsində ölkəmizin yeni nəqliyyat dəhlizləri açmasına və qitələri bir-birilə əlaqələndirməsinə yönəltdi. Dövlət başçısı bildirdi ki, artıq Şərq-Qərb dəhlizi uğurla fəaliyyət göstərir və bu dəhlizin yeni qolu olacaq Zəngəzur dəhlizi də inşa ediləcək.
Prezidentin nitqində bir daha nümayiş olundu ki, Azərbaycanın enerji siyasəti yalnız iqtisadi maraqlara deyil, həm də uğurlu diplomatiyaya, regional əməkdaşlığa və uzunmüddətli strateji baxışa söykənir. Məhz bu amillər ölkəmizi son 30 ildə regionun aparıcı dövlətlərindən birinə, qlobal enerji təhlükəsizliyinin mühüm iştirakçısına çevirib.

Photos from Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci's post 01/06/2026

Bu gündən Göyçay Dövlət İdarəetmə və Texnologiya kollecində yaz imtahan sessiyasına start verilib. İmtahanlarla bağlı imtahan qərərgahı və apelyasiya komissiyası fəaliyyət göstərir. Eyni zamanda imtahanlarla bağlı şikayət və təkliflər üçün onlayn sorğu da təşkil olunub. Yaz imtahan sessiyası iyunun sonunadək davam edəcək. Bütün tələbələrə imtahanlarda uğurlar arzulayırıq.
https://gditk.edu.az

Photos from Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci's post 26/05/2026

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Dağlıq Şirvan regional nümayəndəliyi və Göyçay Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 28 May - Müstəqillik Gününə həsr olunmuş “Müstəqil Düşüncə” adlı “Nə? Harada? Nə zaman?” formatında intellektual yarış keçirilib. 🏆
Yarışda müxtəlif təhsil müəssisələrinin tələbə və şagirdlərindən ibarət 10 komanda öz bilik və bacarıqlarını sınayıb.
Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın yekununda Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin “G.D.İ.T.K” komandası yüksək nəticə göstərərək I yerə layiq görülüb. 👏
Tələbələrimizi əldə etdikləri uğur münasibətilə təbrik edir, onlara gələcək fəaliyyətlərində yeni nailiyyətlər və davamlı uğurlar arzulayırıq! 🎉

Photos from Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci's post 26/05/2026

Mayın 25-də Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib. Dövlət başçısı müşavirədə nitq söyləyərək aqrar sahənin inkişafı ilə bağlı bir sıra vacib tapşırıqlar verib.
Dövlət başçısı çıxışında ilk olaraq ölkədə kənd təsərrüfatının inkişafı istiqamətində görülən işlərə və əldə olunan nəticələrə diqqət çəkib. Prezidentin nitqində qeyd olunub ki, kənd təsərrüfatı sahəsinə daim böyük diqqət göstərilir və bu istiqamətdə həyata keçirilən dövlət siyasəti ölkənin ümumi sosial-iqtisadi inkişafında mühüm rol oynayır. Dövlət başçısının nitqində həmçinin qeyd olunub ki, 2004-cü ildə ilk dəfə prezident seçildikdən sonra irəli sürdüyü əsas təşəbbüslərdən biri regionların sosial inkişafına dair Dövlət Proqramı olmuşdur və onun da tərkib hissəsi kənd təsərrüfatının inkişafı idi. Prezident vurğulayıb ki, 2004-cü ilin əvvəlində qəbul edilmiş birinci beşillik proqram bir çox məsələlərin həll edilməsinə kömək göstərdi, nəticə etibarilə mövcud problemlərin aradan qaldırılmasına, kəndlərin dirçəldilməsinə, əhalinin rifahının yaxşılaşdırılmasına mühüm töhfə vermişdir. Həyata keçirilən tədbirlər nəticəsində son illərdə regional inkişaf proqramları çərçivəsində kənd təsərrüfatının inkişafına ciddi təkan verilib, infrastruktur layihələr həyata keçirilib, su, yol və enerji təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb.
Prezident İlham Əliyev kənd təsərrüfatının inkişafında subsidiya mexanizmləri, güzəştli kreditlər və dövlət dəstəyi istiqamətində bu sahədə nailiyyətlərə də diqqət çəkib. Bildirib ki, bunun nəticəsində pambıqçılıq, fındıqçılıq və digər sahələrdə ciddi artım qeydə alınıb. Dövlət başçısı bununla bərabər əsas çağırış kimi kənd təsərrüfatı istehsalındakı mövcud dinamikanın onu qane etmədiyini də bildirib, həm yerli, həm də xarici investorları bu sahəyə təşviq etməyin vacibliyini vurğulayıb. Dövlət başçısı qeyd edib ki, son illərdə kənd təsərrüfatı istehsalında müşahidə olunan durğunluq yeni Dövlət Proqramının hazırlanmasını zəruri edib. Prezident həmçinin vurğulayıb ki, 2026-2030-cu illəri əhatə edəcək proqram çərçivəsində məhsuldarlığın artırılması, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, müasir suvarma sistemlərinin genişləndirilməsi və kənd təsərrüfatına investisiyaların artırılması əsas prioritetlər olacaq. Prezidentin nitqində kəndlərin inkişafının vacibliyi xüsusi olaraq vurğulanıb. Qeyd olunub ki, “biz elə etməliyik ki, kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlansın.”
Çıxış zamanı heyvandarlıq məhsulları, quşçuluq, balıqçılıq, bitki yağları, çayçılıq, şəkər və digər məhsullar üzrə təminat göstəriciləri açıqlanmış, investorlar idxal olunan məhsulların ölkə daxilində istehsalına töhfə verməyə dəvət edilmişdir.
Eyni zamanda kənd təsərrüfatı texnikası ilə təminat, gübrə istehsalı, fermerlərin maarifləndiriləsi, aqrar sığorta sisteminin təkmilləşdirilməsi isatiqamətində görülən işlərdən də geniş şəkildə bəhs olunub. Dövlət başçısı subsidiyaların çevik mexanizm əsasında tətbiq edilməsinin, bazar tələblərinin nəzərə alınmasının və ixrac strategiyasının düzgün qurulmasının vacibliyini diqqətə çatdırmışdır.
Müşavirədə həmçinin torpaqlardan səmərəli istifadə, müasir suvarma sistemlərinin tətbiqi, soyuducu anbarlarının yaradılması, aqrar sahədə innovativ texnologiyaların və süni intellekt imkanlarının tətbiqi ilə bağlı qarşıda duran vəzifələrdən də bəhs olunub. Son illər ölkədə 400 min ton tutumlu soyuducu anbarlar yaradıldığı, su təminatı sahəsində mühüm layihələrin həyata keçirildiyi qeyd olunmuşdur. Taxtakörpü, Şəmkirçay və digər su ambarlarının kənd təsərrüfatının inkişafında mühüm rol oynamış, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su layihələrinin böyük əhəmiyyət daşıdığı bildirilmişdir. Prezident İlham Əliyev Şirvan və Qarabağ kanallarının yenidən qurulması, müasir suvarma sistemlərinin genişləndirilməsi, məhsuldarlığın artırılması, pambıqçılıq, intensiv bağçılıq və istixana komplekslərinin inkişafı, ət-süd məhsulları ilə özünütəminetmə səviyyəsinin maksimuma çatdırılması ilə bağlı qarşıda duran vəzifələr də diqqətə çatdırmışdır.
Sonda dövlət başçısı yeni Dövlət Proqramının qısa müddətdə və effektiv şəkildə icrasının vacibliyini qeyd edib. Prezidentin yekun nitqində aqrar sahəyə yatırılacaq investisiya həcmi və icra mexanizmləri vurğulanmışdır. Dövlət tərəfindən təxminən 2 milyard manat, özəl sektor tərəfindən isə 3 milyard manatdan çox vəsaitin qarşıdakı 4 il yarım ərzində səfərbər edilməsi və proqramın icrasına dərhal başlanılması tapşırılmışdır.

25/05/2026

Mayın 28-də Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 108 il ötür. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması beş min illik dövlətçilik tariximizin şanlı səhifələrindən olmaqla yanaşı, xalqımızın milli azadlıq mücadiləsinin məntiqi nəticəsi olaraq tariximizə mühüm hadisə kimi daxil oldu. 1813 və 1828-ci illərdə baş tutan işğal faktından sonra Azərbaycan xalqı öz müstəqilliyini itirmişdi. Çar Rusiyasının tərkibində müstəmləkə olmaqla çoxsaylı deqredasiya və represiyalara məruz qalmışdı. Bu mərhələdə həmçinin Azərbaycanda elmin, təhsilin, müstəqil iqtisadi siyasətin inkişafı üçün hər hansı bir şərait olmamış, hətta xalqımızın qarşısına müxtəlif maneələr çıxarılmışdır. Belə olan halda təqribən 90 il sonra yeni əsrin çağırışlarına – yeni dövrün tələblərinə uyğun olaraq yeni bir dövlət qurmaq zərurəti meydana çıxmışdır. Beləliklə Azərbaycan Xalq Cümhuriyyəti yaradılmışdır. Şübhəsiz ki, AXC-nin yaradılması Azərbaycanın dövlətçilik tarixinin xüsusi bir səhifəsidir. Qısa bir dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis edilmiş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Mövcudluğun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan AXC bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizlik ortadan qaldırıldı. Eyni zamanda olduqca mütərəqqi sayılan müddəaları özündə əks etdirən çoxsaylı qanunlar qəbul olunmuşdur.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Müstəqil, azad, demokratik dövlət qurmaq məqsədini qarşıya qoyan demokratik cümhuriyyət öz müqəddaratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. AXC hökumətinin xarici siyasətinin başlıca məqsədi yeni yaradılmış dövləti dünyaya tanıtmaq idi. Paris Sülh Konfransında, dünyanın siyasi nizamının yenidən quruluş aldığı bir zamanda müttəfiq dövlətlər tərəfindən Cümhuriyyətin tanınmasını, habelə dünyanın aparıcı dövlətləri ilə diplomatik əlaqələrin yaradılmasını təmin etmək idi. Dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.
Tarixi proseslər və hadisələr deməyə əsas verir ki, müstəqilliyin əldə edilməsi nə qədər mürəkkəb proses olsa da, onu qoruyub saxlamaq daha çətin və məsuliyyətli vəzifədir. XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü bir tərəfdən, digər tərəfdən daxili münaqişələr, ölkədə hökm sürən xaos, anarxiya çətin durum yaratmışdı. Məhz belə bir şəraitdə xalqın təkidi ilə hakimiyyətə gələn Ulu Öndər dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu. Çıxışlarında müstəqil Azərbaycan Respublikasını Azərbaycan Xalq Cümhuriyyətinin qanuni varisi olduğunu dəfələrlə vurğulayan Ümummilli Lider demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq həmin günü Respublika Günü elan etmiş və bu bizim milli bayramımızdır – deyə qeyd edirdi: Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır. Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır.
Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən həyata keçirilən çoxsaylı sərəncam və tədbirlər Şərqdə ilk parlamentli respublikanın əhəmiyyətinin hər zaman uca tutulduğunun, eləcə də dövlətçilik ənənələrinə böyük dəyər verildiyinin sübutudur. Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında sərəncamlar, Bakı şəhərinin İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal bəyannaməsi abidəsinin açılış mərasimin keçirilməsi, Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi, həmçinin Cümhuriyyətin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamlar, 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı” təsis olunması xüsusi qeyd olunan məqamlardandır.
Müasir Azərbaycan dövləti 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Təsadüfi deyil ki, 2021-ci ilin oktyabr ayının 15-dən sonra Müstəqillik Günümüzü də məhz AXC-nin yaranması tarixi yəni 28 may 1918-ci il tarixindən hesablanır. Belə ki, 2021-ci il 15 oktyabr tarixində “Müstəqillik günü haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olmuşdur. Sözügedən Qanunla 28 May Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilmişdir. Bunlar özlüyündə milli yaddaşın bərpası, milli özünüdərkin təşviqi olmaqla yanaşı, həm də Cümhuriyyət dəyərlərinə, onun qurucularına olan hörmət və ehtiramın nümunəsidir. Ötən illər ərzində atılmış hər bir addım və qəbul olunmuş hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət edib. Prezident İlham Əliyevin Müzəffər Ali Baş komandan kimi gərgin əməyi, Şanlı Ordumuzun rəşadəti sayəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanındı. 2020-ci ilin 44 günlük Vətən müharibəsi, 2023-cü ilin Şanlı Zəfərləri nəticəsində Azərbaycan müasir tarixinin ən parlaq və qürurverici səhifələrini yazdı. Azərbaycan xalqı bu gün öz tarixindən və keçmişindən ilhamlanaraq qalib, müzəffər bir dövlətin vətəndaşı kimi bütöv və azad Vətəndə yaşamağın qüruru içərisindədir.

25/05/2026
Photos from Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci's post 21/05/2026

Son illərdə qlobal əhəmiyyətli beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edən Azərbaycan növbəti dəfə planetin diqqət mərkəzinə çevrilmişdir. Dünyanın ən nüfuzlu toplantılarından sayılan COP 29-dan sonra paytaxtımız daha bir iri maştablı humanitar və iqtisadi platformanın – Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına ev sahibliyi edir.
Mayın 18-də Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının(WUF13) açılış mərasimi təkcə beynəlxalq tədbirin başlanğıcı deyil, həm də Azərbaycanın urbanizasiya, dayanıqlı inkişaf və qlobal əməkdaşlıq sahəsində formalaşdırdığı strateji xəttin növbəti mühüm təqdimatı kimi yadda qaldı. Bu forum paytaxt Bakının artıq regional deyil, qlobal müzakirə platformalarından birinə çevrildiyini bir daha nümayiş etdirir. WUF13 yalnız müzakirə platforması deyil, bu forum şəhərlərin gələcəyi ilə bağlı qlobal baxışların formalaşdığı, innovativ yanaşmaların təqdim olunduğu və dayanıqlı urban inkişaf modellərinin müzakirə edildiyi mühüm qərar məkanıdır. Məhz bu baxımdan, Bakının belə bir tədbirə ev sahibliyi etməsi təsadüfi deyil. Son illərdə ölkəmizdə həyata keçirilən genişmiqyaslı şəhərsalma layihələri, xüsusilə işğaldan azad edilmiş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi Azərbaycanın bu sahədə qabaqcıl təcrübəyə malik olduğunu sübut edir. Forumun açılış mərasimində çıxış edən ölkə başçısı düşünülmüş, proqram xarakterli və konseptual çıxışı ilə həm Azərbaycanın şəhərsalma sahəsindəki fəlsəfəsini, həm də işğaldan azad edilmiş ərazilərdə aparılan misilsiz quruculuq tədbirləri, infrastruktur layihələrin icrası istiqamətində görülən işlərin mahiyyətini bir daha dünyaya bəyan etdi.
Prezident İlham Əliyev çıxışı əsnasında şəhərsalma sahəsində həyata keçirilən siyasətin əsas istiqamətlərini, tarixi-mədəni irsin qorunması ilə müasir urbanizasiya arasında yaradılmış balansı, postmünaqişə dövründə aparılan yenidənqurma işlərini və ekoloji transformasiya layihələrini geniş şəkildə şərh etdi. Dövlət başçısının nitqində qədim memarlıq irsi ilə müasir urbanizasiya modellərinin uzlaşdırılması, azad edilmiş ərazilərin yenidən qurulması, yaşıl şəhər konsepsiyaları və insan yönümlü inkişaf prinsipləri əsas xətt kimi diqqət çəkirdi. Prezident çıxışında xüsusi vurğuladı ki, şəhərsalma yeni binaların tikilməsi deyil, həm də milli irsin qorunması prosesidir. Azərbaycanın qədim şəhərləri, tarixi abidələri haqqında səsləndirilən fikirlər ölkəmizin zəngin mədəni irsinin beynəlxalq auditoriyaya təqdimatı baxımından mühüm əhəmiyyət daşıyırdı. Şamaxıdakı qədim məscid, Naxçıvandakı Möminə xatun turbəsi, Şəkinin tarixi abidələri, Lahıcın mühəndislik sistemi, Şuşanın meamrlıq irsi və bir sıra memarlıq nümunələri xalqımızın əsrlər boyu formalaşdırdığı yüksək mədəniyyətin göstəriciləridir. Dövlət başçısının qeyd etdiyi kimi Azərbaycan yalnız musiqisi və ədəbiyyatı ilə deyil, həm də memarlıq nümunələri ilə qədim tarixini yaşadır və gələcək nəsillərə ötürür.
Prezidentin çıxışında ekoloji layihələrlə bağlı fikirlər də yer aldı. Dövlət başçısı qeyd etdi ki, Bakı uzun illər neft sənayesinin təsiri nəticəsində ciddi ekoloji problemlərlə üzləşmişdir. Son illərdə həyata keçirilən layihələr şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına yönəlib. Vaxtilə ağır çirklənməyə məruz qalmış qara şəhərin müasir Ağ şəhərə çevrilməsi urbanistik transformasiyanın uğurlu nəticəsidir.
Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma layihələri prezidentin çıxışında geniş yer alan məqamlardan idi. Ermənistanın işğalı dövründə Azərbaycan şəhərlərinin dağıdılması dünya ictimaiyyətinə çatdırıldı. Dövlət başçısı Ağdamın işğal dövründə tamamilə yerlə yeksan edilməsini, “Qafqazın Xirosiması” adlandırılmasını işğal dövründə törədilmiş vandalizmin aydın şəkildə təzahürü olduğunu bildirdi. Prezident nitqində postmünaqişə dövründə azad olunmuş bütün ərazilərdə quruculuq konsepsiyalarının icra olunmasından geniş şəkildə bəhs etdi. Qısa müddət ərzində yolların, körpülərin, tunellərin, hava limanların, sosial obyektlərin tikilməsi Azərbaycanın güclü iqtisadi imkanlarını nümayiş etdirdiyini vurğuladı. Prezidentin çıxışında postmünaqişə dövründə həyata keçirilən ən mühüm dövlət layihələrindən olan Böyük Qayıdış Proqramı istiqamətində həyata keçirilən tədbirlərə də toxunuldu. Ölkə başçısının çıxışında həmin ərazilərdə məşğulluq məsələsi də xüsusi qeyd olunan məqamlardan idi. Prezident qeyd etdi ki, insanların evlə təmin olunması ilə yanaşı, onların iş yerləri ilə təmin olunması da əsas prioritetlərdəndir. Çıxışda vurğulandı ki, Qarabağ və Şərqi Zəngəzurda yaradılan sənaye zonaları və iqtisadi layihələr regionun uzunmüddətli inkişafına hesablanmış strateji addımlardır.
Forumda qeyd olunan mühüm məqamlardan biri də şəhərsalma prosesinin insan amilinə xidmət etməsidir. Ümumilikdə həyata keçirilən bütün layihələrin əsas məqsədi insanların rahat yaşayışı, təhlükəsizliyi və rifahının təmin olunmasıdır. Bu baxımdan müasir şəhərsalma yalnız tikinti prosesi deyil, həm də sosial rifah, məşğulluq, ekoloji tarazlıq və mədəni irsin qorunması kimi vacib amilləri özündə birləşdirən kompleks inkişaf modelidir.
Prezident İlham Əliyevin Ümumdünya Şəhərsalma Forumundakı çıxışı Azərbaycanın gələcək inkişaf strategiyasını, müasir şəhərsalma fəlsəfəsini və postmünaqişə dövründə həyata keçirilən genişmiqyaslı quruculuq siyasətini beynəlxalq ictimaiyyətə təqdim edən mühüm siyasi mesajlarla yadda qaldı. WUF13 kimi mötəbər beynəlxalq platformada səsləndirilən bu mesajlar Azərbaycanın təkcə regionda deyil, qlobal şəhərsalma və davamlı inkişaf gündəliyində də fəal rol oynadığını bir daha nümayiş etdirdi.

Want your business to be the top-listed Gym/sports Facility in Göyçay?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Heyder Əliyev Pr. 207
Göyçay

Opening Hours

Wednesday 08:30 - 18:00
Thursday 08:30 - 18:00
Friday 08:30 - 18:00