ACF Gəncə Cüdo Təlim Mərkəzi

ACF Gəncə Cüdo Təlim Mərkəzi

Share

Azərbaycan Cüdo Federasiyasının Gəncə Cüdo Təlim Mərkəzi.

Photos from Azərbaycan Cüdo Federasiyası / Azerbaijan Judo Federation's post 04/12/2023
24/10/2023

28 Oktyabr – Ümumdünya Cüdo Günü” 🥋

ACF Gəncə Cüdo Təlim Mərkəzi Beynəlxalq Cüdo Federasiyasının “Ümumdünya Cüdo Günü 2023 – Dostunu gətir!” layihəsinə qoşulur və 27 Oktyabr 19:00-da hamı üçün açıq qapı günü elan edir!🥋

💡Layihənin ideyası sadədir:
Hər kəs ən azı bir dəfə tatami üzərinə çıxmağa və cüdonun tarixi və dəyərləri haqqında məlumat almağa dəvət olunur.

Layihədə iştirak etmək üçün: 💪

1. 27 oktyabr 19:00-da mərkəzimizdə açıq qapı günü keçiriləcək.
Peşəsindən, vəzifəsindən, yaşından asılı olmayaraq hər kəs tədbirə dəvətlidir (tədbirdə uşaqların valideynləri, dostları iştirak edə bilər).

2. İştirakçılara cüdo idman növü, o cümlədən onun tarixi, dəyərləri və təhlükəsiz düşmə texnikası haqqında məlumat veriləcək.

3. İştirakçılara sertifikat təqdim ediləcək.

4. İştirakçılarla birgə şəkil çəkdiriləcək və sosial platformalarda paylaşılacaq.

11/09/2023

Cüdo həvəskarlarını ustad dərslərinə dəvət edirik

Azərbaycan Cüdo Federasiyası (ACF) 18 sentyabrda, Gəncə şəhərində cüdo təlim mərkəzində təcrübəli cüdo mütəxəssislərinin iştirakı ilə ustad dərsi təşkil edəcək.

Master-klass cüdo idman növü ilə yaxından tanış olmaq, bu idmanı ən yaxşılarından öyrənmək və bacarıqlarınızı artırmaq üçün unikal imkan yaradır. İstər yeni başlayan, istərsə də təcrübəli cüdoçu olmağınızdan asılı olmayaraq, ustad dərsi sizə növbəti səviyyəyə keçməyə kömək edəcək.

Ustad dərsi Olimpiya, dünya və Avropa çempionatlarının mükafatçıları Rüstəm Orucov və Orxan Səfərovun iştirakı ilə baş tutacaq.

Tədbir zamanı cüdonun fəlsəfəsi, fundamental texnikalar, fəndlərin yerinə yetirilməsi də daxil olmaqla müxtəlif mövzular əhatə olunacaq. Siz həmçinin canlı olaraq dərsdə iştirak etmək, təcrübəli mütəxəssislərdən və digər cüdo həvəskarları ilə ünsiyyət qurmaq imkanına sahib olacaqsınız.

6 yaşdan yuxarı hər kəs cüdoqidə tədbirdə ödənişsiz iştirak edə bilər. Tədbir saat 10:00-da başlayacaqdır. İştirakçıların 09:30-da tədbirin keçiriləcəyi məkanda olmaqları vacibdir.

Sizləri 18 sentyabrda Gəncədə cüdo təlim mərkəzində cüdo üzrə ustad dərslərində görməyi səbirsizliklə gözləyirik!

24/08/2023

-55 kq. çəkidə yarışan idmançımız 🇦🇿 Mirxaliq İskəndərov yeniyetmələr arasında dünya çempionatının bürünc medalını 🥉 qazandı

24/08/2023

🇦🇿🥋 -50 kq. çəki dərəsində Məhəmməd Məmişov dünya çempionatının 🥈 gümüş medalını qazandı

24/08/2023

🇦🇿🥋 -50 kq. çəki dərəsində Nihad Məmişov dünya çempionatının 🥇 qızıl medalına sahib oldu

24/08/2023

🇦🇿🥋 -60 kq. çəki dərəsində Məhəmməd Musayev dünya çempionatının 🥈 gümüş medalına sahib oldu

24/08/2023

Azərbaycan cüdo tarixinin ilk qadın Dünya çempionu

Avqustun 24-dü Zaqrebdə keçirilən yeniyetmələr arasında Dünya çempionatında -52 kq. çəkidə mübarizə aparan Xədicə Qədəşova final görüşündə Fransa təmsilçisi Alisya Pulanjı məğlub edərək Dünya çempionu titulunu qazandı.

12/06/2023
27/04/2023

Сüdo həvəskarlarını Gəncədə ustad dərslərinə dəvət edirik

Azərbaycan Cüdo Federasiyası (ACF) 30 aprel 2023-cü il saat 17:00-da, Gəncə şəhərində “Gəncə Mall”da təcrübəli cüdo mütəxəssislərinin iştirakı ilə ustad dərsi təşkil edəcək.

Master-klass cüdo idman növü ilə yaxından tanış olmaq, bu idmanı ən yaxşılarından öyrənmək və bacarıqlarınızı artırmaq üçün unikal imkan yaradır. İstər yeni başlayan, istərsə də təcrübəli cüdoçu olmağınızdan asılı olmayaraq, ustad dərsi sizə növbəti səviyyəyə keçməyə kömək edəcək.

Ustad dərsi ACF Prezidentinin müşaviri, Dünya mükafatçısı Natiq Bağırov və 2022-ci ildə gənclər arasında Avropa çempionatının qızıl medalçıları Vüqar Talıbov və Vüsal Qələndərzadənin iştirakı ilə baş tutacaq.

Tədbir zamanı cüdonun fəlsəfəsi, fundamental texnikalar, fəndlərin yerinə yetirilməsi də daxil olmaqla müxtəlif mövzular əhatə olunacaq. Siz həmçinin canlı olaraq dərsdə iştirak etmək, təcrübəli mütəxəssislərdən və idmançılardan fərdi rəy almaq və digər cüdo həvəskarları ilə ünsiyyət qurmaq imkanına sahib olacaqsınız.

Sizləri 30 aprel tarixində “Gəncə Mall”da cüdo ustad dərslərində görməyi səbirsizliklə gözləyirik!

Want your business to be the top-listed Gym/sports Facility in Ganja?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


S. Mehmandarov Küçəsi, “Yeni Gəncə”
G***a
AZ2000

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 21:00