10/08/2026
Növbəti oyun
Sabah - Kəpəz
Bank Respublika Arena
15/08/2026 | 20:45
Ölkənin ən böyük komandası olan Kəpəz bu sezon ilk oyuna çıxır.
Oyuna bizimlə gedib çiyin-çiyinə komandamıza dəstək olmaq istəyənlər əlaqə saxlasın:
Telefon: 070 357 22 62
Instagram:
Yaş aralığı: 16-26
Şəhərin üçün hərəkətə keç!
04/08/2026
"Xəmsə"yə necə qoşulmaq olar?
Xəmsə ailəsinin bir parçası olmaq istəyən hər kəs aşağıdakı şərtlərə əməl etməlidir:
• Ev və səfər oyunlarında mütəmadi iştirak etmək;
• Tribuna bəstələrini öyrənmək və birlikdə səsləndirmək;
• Klubun rənglərinə və atributlarına uyğun geyinmək;
• Oyun boyu (90 dəqiqə) komandaya fasiləsiz dəstək vermək.
Qrupa qoşulmaq üçün əlaqə:
Telefon: +994 70 357 22 62
Unutmayın, bu qrupda atacağımız hər bir addım Gəncə sevgisindən irəli gəlir və gələcək!
27/06/2026
Bu gündən etibarən Xəmsə azarkeş qrupu yeni loqosu ilə fəaliyyətini davam etdirəcək.
Loqonun mərkəzində yer alan və qollarını "X" formasında çarpazlaşdıran fiqur Xəmsə adının ilk hərfini simvolizə edir. Bu işarə birlik, sədaqət, iradə və sarsılmaz həmrəyliyin rəmzi kimi seçilmişdir.
Loqoda istifadə olunan hər bir element Xəmsənin dəyərlərini, illər ərzində formalaşmış kimliyini və tribunadakı mövqeyini əks etdirir. Bu dəyişiklik yalnız vizual yenilənmə deyil, eyni zamanda keçmişə hörmətin və gələcəyə inamın ifadəsidir.
2009-cu ildən bu günə qədər olduğu kimi, bundan sonra da eyni amal, eyni sədaqət və eyni qətiyyətlə yolumuza davam edəcəyik.
Xəmsə – 2009
18/05/2026
Növbəti oyun
Kəpəz - Neftçi
Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər Stadionu
23/05/2026 | 15:00
Oyuna bizimlə getmək istəyənlər əlaqə saxlasın:
Telefon: 070 357 22 62
Instagram:
Yaş aralığı: 16-26
Şəhərin üçün hərəkətə keç!
09/05/2026
Son illərin ən zəif heyətiylə Premyer Liqada yerimizi təmin edirik.
Tarix bir daha belə heyət yığılmasını bağışlamayacaq.
Gələn mövsüm daha güclü , daha mübariz olmalıyıq!
05/05/2026
Növbəti oyun
Sabah - Kəpəz
Bank Respublika Arena
08/05/2026 19:30
Oyuna bizimlə getmək istəyənlər əlaqə saxlasın:
Telefon: 070 357 22 62
Instagram:
Yaş aralığı: minimum 15, maksimum 40
Şəhərin üçün hərəkətə keç!