Sumqayıt Üzgüçülük Klubu

Sumqayıt Üzgüçülük Klubu Klubumuza yalnız peşakar məşğul olmaq istəyənlər müraciət edə bilər
7-10 yaşdan qəbul olunur

Üzgüçülük dərsləri - Məşqçi Leyla xanım🏊‍♀️ Yaş qrupu: 5-13 yaş  📅 Ayda 8 məşq  🕓 Vaxt: 16:00 - 17:20  👥 Azsaylı qrup - ...
03/06/2026

Üzgüçülük dərsləri - Məşqçi Leyla xanım

🏊‍♀️ Yaş qrupu: 5-13 yaş
📅 Ayda 8 məşq
🕓 Vaxt: 16:00 - 17:20

👥 Azsaylı qrup - fərdi yanaşma
📍 Ünvan: 9-cu mkr, SDU ilə üzbəüz

01/06/2026
Yetirmələrimizin ölkə xaricində uğurları bizi qürurlandırır.Məmmədağayeva Fatimə və Nesrin bacıları Norveçin Kongsvinger...
03/04/2026

Yetirmələrimizin ölkə xaricində uğurları bizi qürurlandırır.
Məmmədağayeva Fatimə və Nesrin bacıları Norveçin Kongsvinger Svømmeklubb-nu təmsil edirlər.
M. Fatimə “Bu Irene Dalby Cup “- şəhərlər üzrə açıq birincilikdə 100 sərbəst üsul və 200 qarışıq üsulda 🥇🥇 medal və həmyaşıdları arasında ən çox xal toplayaraq yarışın kubokuna layiq görülmüşdür. 🤩
Yetirmələrimizi bu uğur münasibəti ilə təbrik edir gələcək yarışlarda uğurlar arzulayırıq!

  🏊‍♀️🫶
08/03/2026

🏊‍♀️🫶

11-13 dekabr tarixlərində Su İdman Sarayında keçirələnÜzügüçülük üzrə Azərbaycan çempionatı yekunlaşdıYarışda klubumuzu ...
14/12/2025

11-13 dekabr tarixlərində Su İdman Sarayında keçirələn
Üzügüçülük üzrə Azərbaycan çempionatı yekunlaşdı
Yarışda klubumuzu təmsil edən idmançılar yeni nəticələrlə öz şəxsi rekordlarını yenilədilər.
Əli Vəliyev 50 batterflay 00:28,71, 100 batterflay 01:03:35
Ramazanova Nərmin 50 m batterflay 00:35:31 🥉medal, 50 m freestyle 00:32,50, 200 m medley 03:12,53 🥉 medal.
(Qeyd edək ki, Ramazanova Nərmin yarışın medal qazanan ən az yaşlı idmançısı idi.)
Məmmədov Murad 100 freestyle 01:08,20 şəxsi rekordlarla yarışı uğurla başa vurdular.
İdmançılarımızı təbrik edirik!

G***a Cup 🏆 2025
14/09/2025

G***a Cup 🏆 2025

🏆 G***a Cup 2025-in  uğurla yekunlaşdı!Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası (ASF) və Bakı Şəhər...
14/09/2025

🏆 G***a Cup 2025-in uğurla yekunlaşdı!

Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası (ASF) və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə 13-14 sentyabr tarixində Gəncə İdman Sarayında start götürən “G***a Cup 2025” üzgüçülük yarışı uğurla davam edir. Turnirdə 24 klubu təmsil edən 200-dən çox idmançı iştirak edir.

Sumqayıt şəhər yığma komanda təmsilçiləri Yusibov Nihad 100 arxa üstə Gümüş🥈 50 arxa üstə Qızıl ,
Ramazanova Nərmin bürünc 🥉 medalla fəxri kürsüdə yer tutublar.
İdmançı və Məşqçilərimizi təbrik edirik!

***aCuP

Əli Vəliyevdən Avropa Gənclər Paralimpiya Oyunlarında daha 2️⃣ medal! 🥈🥉16 yaşlı paraüzgüçümüz🏊🏻‍♂️ Əli Vəliyev yeniyetm...
27/07/2025

Əli Vəliyevdən Avropa Gənclər Paralimpiya Oyunlarında daha 2️⃣ medal! 🥈🥉

16 yaşlı paraüzgüçümüz🏊🏻‍♂️ Əli Vəliyev yeniyetmələr arasında (2009-2013) 100 metr məsafəyə “butterfly” (kəpənək) üzmə üsulunda qarışıq kateqoriyalar üzrə 1:04.82 nəticə ilə gümüş🥈, 400 metr məsafəyə sərbəst üzmə üsulunda isə qarışıq kateqoriyalar üzrə 4:54.29 nəticə ilə bürünc medal qazanıb! 🥉🤩

Təbriklər! 👏

Qeyd edək ki, paralimpiyaçımız dünən yeniyetmələr arasında 100 metr məsafəyə sərbəst üzmə üsulunda qarışıq kateqoriyalar üzrə 1:02.15 nəticə ilə (2009-2010) bürünc medal qazanmışdı.

🤩Sumqayıt şəhər TƏHSİL RİM 1 saylı İOEUGİŞİM in üzgüçlüləri Gücüstanın Tibilisi şəhərində Üzgüçülük üzrə 2012-2013, 2014...
06/07/2025

🤩Sumqayıt şəhər TƏHSİL RİM 1 saylı İOEUGİŞİM in üzgüçlüləri Gücüstanın Tibilisi şəhərində Üzgüçülük üzrə 2012-2013, 2014-15 təvəllüdlər arzasında açıq birincilikdə iştirak etmişdilər.
🏊🏻‍♂️Yarışda Qafarlı ömər 3 bürünc🥉🥉🥉, Səlimli Rza bürünc🥉, Quliyev Alican gümüş 🥈medalla rəqiblərindən fərqləniblər. Şəxsi məşqçilər Faiq Əsgərov, Nurlan Mahmudzadə 👏🏻

Üzgüçülük idman növü üzrə Respublika birinciliyi keçirilib 18 may 2025-ci il tarixində Sumqayıt şəhər 1 nömrəli ixtisasl...
19/05/2025

Üzgüçülük idman növü üzrə Respublika birinciliyi keçirilib

18 may 2025-ci il tarixində Sumqayıt şəhər 1 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbində “Təhsil” Respublika İdman Mərkəzinin üzgüçülük idman növü üzrə Respublika birinciliyi keçirilib.

Beynəlxalq Üzgüçülük Federasiyasının qaydaları əsasında 2010-cu il və daha kiçik təvəllüdlü oğlan və qızlar arasında təşkil olunan yarışda Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və ümumi Təhsil üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərindən 70 nəfər idmançı mübarizə aparıb.

Üzgüçülüyün sərbəst, baterflay, arxası üstə və brass üsulu ilə keçirilən yarışda qalib idmançılar “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən diplom və medalla təltif olunublar.

Qeyd edək ki, yarışın keçirilməsində məqsəd üzgüçülük idman növünün təbliği və inkişaf etdirilməsi, onların yarış təcrübələrinin artırılması, Mərkəzin qeyd olunan yaş qrupu üzrə oğlan və qızlardan ibarət yığma komandasının tərkibinin müəyyən edilməsindən ibarət olub.

Address

Sabir Street, G***a, Azerbaijan
G***a
AZ2000

Alerts

Be the first to know and let us send you an email when Sumqayıt Üzgüçülük Klubu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category