İsmayıllı Olimpiya İdman Kompleksi

İsmayıllı Olimpiya İdman Kompleksi

Share

İdman saglamlığın rəhmidir

Photos from İsmayıllı Olimpiya İdman Kompleksi's post 11/03/2024

BOKS idman növü ilə məşğul olmaq istəyənlərin nəzərinə!
Artıq İsmayıllı rayonunda davamlı olaraq boks idman növü fəaliyyətə başlayır.
Məşğələlər Azərbaycan Boks Federasiyasında 2008 - ci ildən məşqçi - müəllim kimi fəaliyyətə başlamış, yetirmələri dəfələrlə respublika birinciliklərinin, beynəlxalq turnirlərin eləcə də, Avropa və Dünya birinciliklərinin mükafatçıları olmuş Məmiyev Qabil Azadxan oğlu tərəfindən həyata keçiriləcəkdir. Qabil müəllim “Rabitə” və “Gilan” İdman Klublarında məşqçi kimi çalışmışdır.
Hörmətli valideyinlər!
Övladlarınızın sağlam böyüməsi üçün onları Qabil müəllim kimi peşəkarlara etibar edin.
Ünvan: İsmayıllı Olimpiya İdman Kompleksi
Əlaqə telefonu: (055) 383-35-85

26/02/2024
Photos from İsmayıllı Olimpiya İdman Kompleksi's post 19/02/2024

18 fevral 2024-cü il tarixdə, İsmayıllı Olimpiya İdman Kompleksində Dağlıq Şirvan Regional Gənclər və İdman idarəsinin və Azərbaycan Karate Federasiyasının birgə təşkilatçılığı ilə Fudokan karate-do idman növü üzrə uşaqlar, yeniyetmələr və gənclər arasında fudokan nümayəndəliyinin açıq turniri keçirildi.
Turnir Dövlət Himnimizin səsləndirildikdən və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra açıq elan edildi.
Açıq turnirdə paytaxt Bakı ilə yanaşı Sumqayıt, Gəncə, Ağstafa, Tovuz, Şəmkir, Göyçay, Qubadlı, Zəngilan, Füzuli, İsmayıllı və bir çox rayonlardan olan 200 - dən çox idmançı iştirak edirdi.
Sonda qaliblər Azərbaycan Karate Federasiyasının diplom və medalları ilə təltif olundular.

15/02/2024

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatında yunan-Roma güləşçimiz Murad Məmmədov (63 kq) qızıl medal qazandı.
Təbriklər!

22/01/2024

,, İsmayıllı Olimpiya İdman Kompleksi" MMC işə qəbul elan edir:
1. Güləş idman növü üzrə məşqçi-müəllim.
2. Boks İdman növü üzrə məşqçi- müəllim.
Qeyd edilən vəzifələrə namizədlər aşağıdakı ilkin tələblərə cavab verməlidirlər.
- Ali idman təhsili
- Yaş həddi 50 yaşadək
Təqdim ediləcək sənədlər:
- Şəxsiyyət vəsiqəsinin surəti
- Ali təhsil haqqında diplomun surəti
Müraciətlərdə yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır. İdman sahəsində iş təcrübəsi və uğurları daha çox olan namizədlərə üstünlük veriləcəkdir.
Maraqlanan şəxslər CV formalarını 05 fevral 2024-cü il tarixədək [email protected] email ünvanına göndərə və ya İsmayıllı OİK-nə yaxınlaşaraq menecer Nahid Şərifova təqdim edə bilərlər.
Əlavə məlumat almaq üçün əlaqə telefonu:
Nahid Şərifov - 050-457-92-37
055-383-35-85

Photos from İsmayıllı Olimpiya İdman Kompleksi's post 19/01/2024

Əziz İsmayıllılar.
Hal-hazırda İsmayıllı Olimpiya İdman Kompleksi MMC-də Boks idman növü üzrə bölmə fəaliyyət göstərir. İdman bölməsinə 10-17 yaşlı uşaqlar cəlb olunurlar. İdman dərsləri boks üzrə təcrübəli məşqçi-müəllim, idman ustası Kamran Səlimov tərəfindən həftənin I, III, V- günləri saat 09:00 - dan 11: 00-a kimi keçirilir. İdman bölməsinə gəlmək istəyənlər aşağıda qeyd olunan telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.
Əlaqə telefonu: 050 457 92 37 Nahid Şərifov
055 862 87 63 Kamran Səlimov

19/01/2024

ŞƏHİDLƏRİMİZİ QÜRUR VƏ EHTİRAMLA ANIRIQ!

Photos from İsmayıllı Olimpiya İdman Kompleksi's post 19/01/2024

18 yanvar 2024 - cü il tarixdə İsmayıllı Olimpiya İdman Kompleksində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin və İsmayıllı Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə "20 Yanvar - Ümumxalq Hüzn Günü"nə həsr olunmuş həvəskarlar arasında stolüstü tennis idman növü üzrə rayon turniri keçirilmişdir.
İlk öncə 20 Yanvar şəhidlərinin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş igid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirin keçirilməsində məqsəd şəhidlərimizin xatirəsin əbədiləşdirmək, stolüstü tennis idman növünün inkişaf etdirilməsi və sağlam həyat tərzinin inkişaf etdirilməsindən ibarət olmuşdur.
Yarışın sonunda qaliblər turnirin təşkilatçıları tərəfindən diplom və medallarla təltif edildilər.

Photos from İsmayıllı Olimpiya İdman Kompleksi's post 25/07/2023

Bu gün İsmayıllı Olimpiya İdman Kompleksində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 29 – cu il dönümü münasibətilə Dağlıq Şirvan Regional Gənclər və İdman idarəsinin və İsmayıllı Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə 7 – 12 yaşlı yeniyetmələr arasında“ Üzməyi birlikdə öyrənirik ” devizi altında üzgüçülük üzrə əyləncəli idman yarışı keçirilib.
Yarışın açlışında çıxış edən Dağlıq Şirvan Regional Gənclər və İdman idarəsinin rəisi Taleh Salehov və İsmayıllı Olimpiya İdman Kompleksinin direktoru Xamis Bədəlov idmançıları salamlayaraq, Gənclər və İdman Nazirliyinin yaradılmasında Ümummilli Lider Heydər Əliyevin rolundan, eyni zamanda ölkə prezidenti İlham Əliyev cənablarının uşaq, yeniyetmə və gənclərə göstərdiyi diqqət və qayğıdan söz açdılar və çıxışlarının sonunda idmançılara uğurlar arzu etdilər. Yarışda ümumilikdə 40 nəfər idmançı iştirak etdi. Sonda fərqlənən idmançılar təşkilatçılar tərəfindən diplom və medallarla mükafatlandırıldılar.

Want your business to be the top-listed Gym/sports Facility in Ismayıllı?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Azərbaycan
Ismayıllı
3100

Opening Hours

Monday 08:00 - 22:00
Tuesday 08:00 - 22:00
Wednesday 08:00 - 22:00
Thursday 08:00 - 22:00
Friday 08:00 - 22:00
Saturday 08:00 - 22:00
Sunday 08:00 - 22:00