12/08/2026
Bu gün – 12 Avqust Beynəlxalq Gənclər günüdür.
İdman xəyalları burada yetişir ✨
📍Göygöl, Azərbaycan
📩[email protected]
https://goygoloik.web.app/sayt/
12/08/2026
Bu gün – 12 Avqust Beynəlxalq Gənclər günüdür.
10/08/2026
⚽ Futbol həvəskarlarına xoş xəbər!
Göygöl OİK Mini Futbol Stadionu artıq xidmətinizdədir!
10.08.2026 tarixindən etibarən mini futbol stadionumuz üçün sifariş və rezervasiyalar qəbul olunur.
Rezervasiya və ətraflı məlumat üçün:
📱 +994 55 677 36 41
Parataekvondo üzrə milli komandamız Göygöldə intensiv məşqlərini davam etdirir! 🥋
İdmançılarımız qarşıdakı yarışlara hazırlıq məqsədilə Göygöl OİK-də məşq prosesini yüksək əzmlə və peşəkarlıqla davam etdirirlər.
Onlara qarşıdakı yarışlarda uğurlar arzulayırıq! 🇦🇿
08/08/2026
🏔️ 8 avqust – Beynəlxalq Alpinizm Günüdür.
Bütün alpinistləri və dağçılıq həvəskarlarını təbrik edir, hər birinə təhlükəsiz və uğurlu zirvə yürüşləri arzulayırıq!
🥋 Paracüdoçularımız üçün Göygöldə keçirilən təlim-məşq toplanışının son məşqindən görüntülər! 💪
🏕️ Göygöl Olimpiya İdman Kompleksində “Yeni Yol” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Qarabağ gəncləri üçün düşərgənin təşkili və iqtisadi maarifləndirmə” layihəsi çərçivəsində 4 günlük təlim düşərgəsi uğurla başa çatıb.
🎯 Qeyd edək ki, layihənin əsas məqsədi gənclərin liderlik, vətənpərvərlik, şəxsi inkişaf, layihələrin idarə olunması və iqtisadi maarifləndirmə istiqamətlərində bilik və bacarıqlarının inkişafına töhfə vermək olub.
06/08/2026
Yuxularınızda hansı idman növü ilə məşğul olduğunuzu bilmirik, amma Olimpiya İdman Kompleksində bunların hamısını real şəkildə yaşaya bilərsiniz! 😎
06/08/2026
Qitə çempionatı öncəsi hazırlıqdan görüntülər 📸
Paracüdo üzrə kişilərdən ibarət milli komandamız 🇦🇿 Göygöl Olimpiya İdman Kompleksində təşkil olunan təlim-məşq toplanışını başa vurub. 💪
Qeyd edək ki, paracüdoçularımız 14-16 avqust tarixlərində Almaniyanın Heydelberq şəhərində keçiriləcək Avropa çempionatında ölkəmizi təmsil edəcəklər 🥋
06/08/2026
🔥 AÇILIŞA ÖZƏL KAMPANİYA BAŞLADI! 🎉🏋️
Fİtnes zalımızın açılışını sizinlə birlikdə qeyd edirik və bunun üçün ilk üzvlərimizə xüsusi kampaniya hazırlamışıq!
🎁 İlk 30 qeydiyyatçı arasında keçiriləcək püşkatmada 1 nəfər 1 aylıq abunəliyi TAM ÖDƏNİŞSİZ qazanacaq! 🏆
Bu fürsəti qaçırmayın! Elə indi bizə yazın, həmin şanslı qalib siz olun!
📍Göygöl Olimpiya İdman Kompleksi
📲 +994 55 677 36 41
🏋️ GÖYGÖL OİK-DƏ YENİ TRENJOR ZALI!
Göygöl Olimpiya İdman Kompleksində yeni və müasir trenajor zalımız artıq fəaliyyət göstərir.
Burada sizi:
✅ Müasir trenajor avadanlıqları
✅ Rahat və geniş məşq mühiti
✅ Peşəkar məşqçi dəstəyi
✅ Fərdi və qrup məşqləri gözləyir.
Sağlam həyat tərzinə ilk addımınızı bu gün atın!
📱 +994 55 677 36 41
📍 Göygöl Olimpiya İdman Kompleksi