Lahıc Misgərlik Sənəti

Lahıc Misgərlik Sənəti

Share

Copper Craftmanship of Lahij included in UNESCO Representative List of Intangible Cultural Heritage.

Copper work is the most important of the skills developed by Lahij craftsmen. Lahij is renowned for its production of arms and copper items, decorated with carved ornaments. The development of copper production triggered the formation of such professions in Lahij as tinsmith, blacksmith and others, together with the creation of bituminous coal. The structure and supplies of copper workshops, as we

27/08/2026

Lahıca doğru.

22/08/2026

“Lahıcın insanları” silsiləsindən Şəfiqə nənə. Allah rəhmət eləsin. Video təxminən 2010-cu ildə çəkilib və televiziya efirində yayımlanıb.

From the “Humans of Lahij” series Grandma Shafiga. May she rest in peace. The video was filmed and broadcast on television around 2010.

16/08/2026

Bu emalatxananın özünəməxsus aurası var, içəri girənləri bir neçə əsr əvvələ aparır. Turistlər bu ab-havadan xüsusilə təsirlənirlər.

This workshop has a unique atmosphere that takes you back several centuries. Tourists are especially captivated by its timeless charm.

03/08/2026

Salam əziz həmvətənlər. İllər əvvəl Lahıcda lentə alınan bu qısa videonu sizinlə paylaşırıq. "Lahıcın insanları" silsiləsindən..



27/05/2026

Əziz həmvətənlər, bayramlarınız mübarək! Hər birinizə möhkəm can sağlığı və firavanlıq arzu edirik!

🇦🇿Yaşa yaşa çox yaşa ey şanlı Azərbaycan!

16/05/2026

Əziz izləyicilər, İsmayıllı–Lahıc avtomobil yolunda baş verən iri qaya uçqunu səbəbindən nəqliyyatın hərəkəti dayandırılıb. Hadisə səbəbindən Lahıc qəsəbəsi də daxil olmaqla, ətraf kəndlərin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi müvəqqəti kəsilib.



02/05/2026

Heydərbaba, kəndin günü batanda,
Uşaqların şamın yeyib yatanda,
Ay buluddan çıxıb qaş-göz atanda
Bizdən də bir sən onlara qissə de,
Qissəmizdə çoxlu qəmü qüssə de.

Qarı nənə gecə nağıl deyəndə,
Külək qalxıb qap-bacanı döyəndə,
Qurd keçinin Şəngülüsün yeyəndə
Mən qayıdıb bir də uşaq olaydım,
Bir gül açıb ondan sora solaydım.

Əmməcanın bal bəlləsin yeyərdim,
Sondan durub üs donumu geyərdim,
Baxçalarda tiringəni deyərdim,
Ay özümü o əzdirən günlərim,
Ağac minib, at gəzdirən günlərim.

Həçi xala çayda paltar yuyardı,
Məmmədsadıq damlarını suvardı,
Heç bilməzdik dağdı, daşdı, duvardı,
Hər yan gəldi, şıllaq atıb aşardıq,
Allah, nə xoş, qəmsiz-qəmsiz yaşardıq!

Şeyxülislam münacatı deyərdi,
Məşəd Rəhim ləbbadəni geyərdi,
Məşd Hacəli bozbaşları yeyərdi,
Biz xoş idik, xeyrat olsun, toy olsun,
Fərq eyləməz, hər nolacaq, qoy olsun.

Məlik Niyaz vərəndilin salardı,
Atın çapıb, qıyqacıdan çalardı,
Qırğı təkin gədik başın alardı.
Dolayıya qızlar açıb pəncərə,
Pəncərələrdə nə gözəl mənzərə!

Məhəmməd Hüseyn Şəhriyar - Heydərbabaya salam

23/04/2026

Salam əziz həmvətənlər. İllər əvvəl Lahıcdan qısa videonu sizinlə paylaşırıq. Hansı ilə aid olduğunu şərhlərdə bildirə bilrəsiniz.

PS: Videonu götürüb paylaşanda lütfən səhifəni qeyd edin. Bir neçə "Lahıc səhifəsi" peyda olub. Kontentlərimizi öz adlarından paylaşırlar, bu etik edyil!

27/03/2026

Lahıca nə qədər yağış yağsa da, onun axıb getməyə yeri var. ☔

Video credit Aynurə Tasty Food

21/03/2026

Əziz həmvətənlər, bayramınız mübarək! Sizə möhkəm can sağlığı, bol ruzi-bərəkət və firavanlıq arzu edirik.

Want your business to be the top-listed Gym/sports Facility in Lahıc?

Click here to claim your Sponsored Listing.

Location

Website

,_Ismailli#Copper_craftmanship

Address


Lahic
Lahıc
3100