22/02/2024
"Xəzər Lənkəran" yetirməsi Nəriman Axundzadənin qolu ilə tarix yazaraq UEFA Avropa Liqasının 1/8 finalına vəsiqə qazanması münasibətilə "Qarabağ" Futbol Klubunu təbrik edirik!
"Xəzər Lənkəran" Futbol Klubunun rəsmi Facebook səhifəsi / Official page of Khazar Lankaran
"Xəzər Lənkəran" haqqında rəsmi məlumatlar, eksklüziv materiallar və klubla interaktiv ünsiyyət.
22/02/2024
"Xəzər Lənkəran" yetirməsi Nəriman Axundzadənin qolu ilə tarix yazaraq UEFA Avropa Liqasının 1/8 finalına vəsiqə qazanması münasibətilə "Qarabağ" Futbol Klubunu təbrik edirik!
25/11/2019
"Xəzər Lənkəran" akademiyasının üzvü olmuş, hal-hazırda "Qarabağ" Futbol Klubunun və U-17 milli komandasının şərəfini qoruyan Musa Musazadə AFFA tərəfindən İspaniyanın Barselona şəhərində fəaliyyət göstərən “Marcet” Futbol Akademiyasına göndərilib. Futbolçu adıçəkilən akademiyada noyabrın 25-dən dekabrın 22-dək (4 həftə) təcrübə keçəcək, gündəlik məşqlərlə paralel nəzəri məşğələlərdə də iştirak edəcək.
Uğurlar və yeni nailiyyətlər arzu edirik!
01/12/2018
"Xəzər Lənkəran"ın sevilən kapitanı, klub tarixinin ən çox oyun keçirmiş futbolçusu Rahid Əmirquliyevə anasının vəfatı ilə əlaqədar bütün "Xəzər Lənkəran" camiəsi adından dərin hüznlə başsağlığı verir, Rahidə və yaxınlarına səbr diləyirik.
Allah rəhmət eləsin!
U-17 Liqası, 5-ci tur. "Neftçi" - "Xəzər Lənkəran" 1:1.
Qol: Rəvan Quluzadə.
U-17 Liqası, 2-ci tur. "Xəzər Lənkəran" 5:0 "Tufan".
Qollar: Əli Tağızadə (2), Məhəmməd Ağazadə, Penci Ağazadə, avtoqol.
01/10/2018
Komandamız mövsümə qələbə ilə başladı.
U-17 Liqası, 1-ci tur. "Xəzər Lənkəran" 3:1 "Səbail".
Qollar: Əli Tağızadə, Azad Həşimli, Muxtar Nəzərli.
17/02/2018
Futbolçumuz U-17 milli komandasına dəvət alıb | Xəzər Lənkəran "Xəzər Lənkəran"ın U-17 komandasının üzvü yeniyetmələrdən ibarət milli yığmanın təlim-məşq toplanışında iştirak edir.
29/06/2017
Stadionumuzda FIFA layihəsi çərçivəsində tədbir baş tutub
Lənkəranda "Live Your Goals" festivalı keçirilib (fotoreportaj) Layihənin tətbiqində məqsəd qadın futbolunun kütləviliyinin artırılması, qızların futbola cəlb olunması, onların futbolla mütəmadi şəkildə məşğul olmasına zəmin yaradılması, xüsusilə bölgələrdə qadın futboluna marağın artırılmasıdır. Azərbaycanda “Live Your Goals” (“Öz məqsədlərini yaşat”) silsilə t...
15/05/2017
Masallı rayonu Milli Qəhrəman Elşad Əhədov adina 1 saylı orta məktəbin şagirdləri dünən "Xəzər Lənkəran" Mərkəzi Stadionunda olublar. Məktəblilər stadionu gəzdikdən sonra klub muzeyində olaraq "Xəzər Lənkəran"ın tarixi ilə yaxından taniş olublar.
09/05/2017
Dünən Mətbuat Şurasında "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasının iclası keçirilib.
İclasda «Xəzər Lənkəran» Futbol Klubunun «Futbol+» qəzeti ilə bağlı şikayətinin müzakirəsi zamanı aydınlaşdırılıb ki, qəzetlə klub rəhbərliyi arasındakı narazılıq müxtəlif illərdə mövcud olmuş qarşılıqlı münasibətlərdən qaynaqlanır. Mövcud xüsusda konkret olaraq kommersiya maraqları ön plana gəlir. Bu mübahisələrin aydınlaşdırılması üçün isə digər hüquqi prosedurlar var.
Komissiya "Xəzər Lənkəran" Futbol Klubunun mövqeyini təsdiq edərək bildirib ki, heç bir KİV kommersiya marağının ödənilməməsini qarşı tərəf barədə tənqidi material dərc etmək üçün əsas kimi istifadə etməməlidir.
«Futbol+» qəzeti rəhbərliyinə bu xüsusda tövsiyə verilib.
Bildiririk ki, "Xəzər Lənkəran" Futbol Klubu "Futbol+" qəzetinin borc iddiası ilə razı deyil və bunun üçün hüquqi əsasları var. Klub öz mövqeyində əmindir və qəzetə istənilən mübahisənin məhkəmə vasitəsilə Azərbaycan Respublikası qanunlarına uyğun həll edilməsini təklif edir. Lakin qəzet jurnalistika prinsiplərinə zidd olaraq qarayaxma yolunu seçdi.
"Xəzər Lənkəran" Futbol Klubu ümid edir ki, qəzet tərəfindən Mətbuat Şurasının qərarı nəzərə alınacaq. Qarayaxma kampaniyası davam edəcəyi təqdirdə klub Şuraya, həmçinin digər instansiyalara qanunla nəzərdə tutulmuş qaydada şikayət etmək hüququnu özündə saxlayır.
LENT - «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının YENİ RƏYİ Lent.az-ın məlumatına görə, MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib.
U-13 Liqası, 1/8 final. "Xəzər Lənkəran" - "Təhsil" RİM (Sumqayıt) 2:0 (ümumi hesab 3:3).
Komandamız səfərdə vurulan qol sayəsində 1/4 finala vəsiqə qazandı!
11/04/2017
"Xəzər Lənkəran"ın U-13 və U-14 komandaları hər il olduğu kimi final mərhələsinə vəsiqələrini təmin etdilər! Uşaqlarımıza uğurlar arzulayaq!