LERİK UGİŞM

LERİK UGİŞM

Share

UŞAQLARIN SAGLAM GƏLƏCƏYİ NAMİNƏ

Photos from LERİK UGİŞM's post 21/07/2026

Lerik rayon uşaq gənclər idman şahmat məktəbi 15-16 iyul 2026-cı il tarixlərində yunan -Roma güləş növü üzrə yeniyetmələr arasında ənənəvi VII Lerik rayon açıq birinciliyini təşkil edib.Yarışda rayonumuzla yanaşı Cəlilabad, Lənkəran, Masallı,Zəngilan,Sabirabad, Bakı komandaları olmaqla 200 nəfər idmançı medallar uğrunda yarışıb.Qalib və mükafatçılar məktəbinin tiplom və medalları ilə təltif ediliblər.Gələn komandalara Lerik rayon uşaq gənclər idman şahmat məktəbi adından təşəkkür edirik.

Photos from LERİK UGİŞM's post 12/05/2026

Lənkəran-Astara Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə 9-10 May 2026-cı il tarixlərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü il dönümünə həsr edilmiş yunan -Roma güləş növü üzrə Astara şəhər turniri keçirilmişdir.Yarışda ümumilikdə 18 komanda 200 idmançı qüvvəsini sınayıb,sonda qaliblər diplom və medallarla təltif edilib.

07/04/2026

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Lerik Rayon Komitəsi və Lerik rayon uşaq gənclər idman şahmat məktəbinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü il dönümü ilə əlaqədar olaraq şahmat idman növü üzrə Təhsil İşçiləri arasında Azərbaycan çempionatının Lerik rayon mərhələsi 10-11 aprel 2026-cı il tarixində keçiriləcəkdir.Qalib gələn şahmatçı respublika birinciliyində rayonumuzu təmsil edəcəkdir.İştirak etmək istəyənlər əlaqə saxlasınlar.İştirakçılara uğurlar arzulayırıq.

15/03/2026

Lerik rayon uşaq gənclər idman şahmat məktəbinin yetirməsi Qəribov Zaman Zamid oğlu Qazax rayonunda keçirilən yunan Roma güləşi üzrə yeniyetmələr arasında Azərbaycan çempionatının gümüş mükafatçısı olub və milli komandanın tərkibinə dəvət alıb.İdmançımıza gələcək yarışlarda uğurlar arzulayırıq təbrik edirik.

Photos from LERİK UGİŞM's post 27/02/2026

Xocalı faciəsini il dönümü münasibətilə məktəbimizin ağırlıqqaldırma bölməsində yeni yetmələri arasında rayon birinciliyi keçirilib.
Qalib və mükafatçılar təltif edilib.
Məşqçi müəllimlər Elvin Mirzəyev və Cavid İbrahimov

25/02/2026

Qazax elində güləş bayramı 🤩

Sərbəst və yunan-Roma güləşi üzrə U15 Azərbaycan çempionatına Qazax ilk dəfə ev sahibliyi edəcək 🔥

2026-cı ildə ölkəmizin İdman Paytaxtı seçilən Qazaxda təşki ediləcək bu yarış martın 11-dən 14-ə qədər baş tutacaq 📆

Sən də Qazax Olimpiya İdman Kompleksinə gəl, öz yerini tut, gərgin və maraq dolu çempionatın bir hissəsi ol 🎉

Photos from Azərbaycan Güləş Federasiyası - Azerbaijan Wrestling Federation's post 13/02/2026
Photos from LERİK UGİŞM's post 18/01/2026

Zona və respublika yarışlarına hazırlıq məqsədilə təlim məşqlərin təşkili və Lerik rayon uşaq gənclər idman şahmat məktəbinin güləşçilərinin adı çəkilən təlimlrədə iştirak etməsinə şərait yaratmaq və onlara göstərilən xüsusi diqqət və qayğıya görə Binə qəsəbəsi güləş məktəbinin baş məşqçisi Müşviq Məmmədova və onun məşqçilər heyətinə məktəbimiz adından təşəkkür edirik.

Photos from LERİK UGİŞM's post 13/01/2026

13.01.2026-cı il tarixində Saatlı rayon olimpiya idman kompleksində Yunan-Roma güləş növü üzrə Azərbaycan çempionatının zona mərhələsində iştirak edən Lerik rayon uşaq gənclər idman şahmat məktəbinin yetirmələri Tahirov Rəşad Çingiz oğlu və Qəribov Zaman Zamid oğlu uğurla çıxış edərək U-17 Azərbaycan birinciliyinə vəsiqə qazanıblar.08-13 fevral 2026-cı il tarixlərində Gəncə şəhər idman sarayında keçiriləcək mötəbər yarışda idmançılarımıza uğurlar arzu edirik.

17/12/2025

Azərbaycan güləş federasiyasının məşqçiləri Taleh Məmmədov və Turac Hüseynovun rəhbərliyi ilə yeni yetmələrdən ibarət Yunan-Roma güləş komandası qarşıdan gələn yarışlara hazırlıq məqsədilə 29.11-12.12 2025-ci il tarixlərində Özbəkistan respublikasında 15 günlük təlim məşqlərdə iştirak ediblər.Lerik rayon uşaq gənclər idman şahmat məktəbinin yetirməsi olan Qəribov Zaman Zamid oğluda adı çəkilən təlim məşqlərdə məktəbmizi təmsil edib.Qarşıdan gələn yarışlarda bütün güləşçilərimizə uğurlar arzu edirik.

Want your business to be the top-listed Gym/sports Facility in Lerik?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


A. Nuriyev
Lerik
43