Şərur rayon Uşaq Gənclər Şahmat məktəbi

Şərur rayon Uşaq Gənclər Şahmat məktəbi Şərur rayon Uşaq Gənclər Şahmat məktəbi

24/08/2026

Şərur rayon şahmatçısı Bahaddin Novruz oğlu Hətəmov Türkiyə Respublikasının Kapadokya bölgəsində keçirilən "Kapadokya Open" turnirində uğurla çıxış edərək veteran şahmatçılar arasında 2-ci yeri tutmuş və mükafata layiq görülmüşdür.
​Şahmatçımızı bu nailiyyət münasibətilə təbrik edir, ona gələcək yarışlarda yeni uğurlar və parlaq qələbələr arzulayırıq!
​Xatırladaq ki, Bahaddin müəllim 44 günlük Vətən müharibəsi şəhidi Elməddin Meydanovun atasıdır.

08 avqust 2026-cı il tarixdə, Şərur Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin və Uşaq-Gən...
08/08/2026

08 avqust 2026-cı il tarixdə, Şərur Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin və Uşaq-Gənclər Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə, “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş, uşaq, gənc və digər yaş qrupları arasında şahmat üzrə rayon turniri keçirilib. Uşaq-Gənclər Şahmat Məktəbində keçirilən turnirdə əsas məqsəd, şahmat idman növünün inkişafına dəstək vermək, əhalinin müxtəlif yaş qrupları arasında intellektual idmana marağı artırmaq, asudə vaxtın səmərəli təşkilini təşviq etmək və “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyətini ictimaiyyətə çatdırmaq olub. Yarış beynəlxalq şahmat qaydalarına uyğun olaraq İsveçrə sistemi əsasında keçirilib. Turnirdə məktəblilər, gənclər və yuxarı yaş qrupunu təmsil edən şahmatçılar iştirak edərək yüksək oyun bacarıqları və sağlam rəqabət nümayiş etdiriblər. Görüşlər maraqlı idman mübarizəsi şəraitində keçib və iştirakçılar arasında dostluq münasibətlərinə töhvə verib. 28 şahmatçının iştirak etdiyi turnirin nəticələrinə gəlincə, Şəfiyev Orxan I, Quliyev Elvin II, Hətəmov Bahaddin isə III yerə layiq görülüb. Sonda qaliblər diplom, medal və müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.

ℹ️ Naxçıvanda “15 İyun – Milli Qurtuluş Günü”nə həsr olunmuş beynəlxalq reytinqli şahmat turnirinin qalibləri mükafatlan...
22/06/2026

ℹ️ Naxçıvanda “15 İyun – Milli Qurtuluş Günü”nə həsr olunmuş
beynəlxalq reytinqli şahmat turnirinin qalibləri mükafatlandırılıb

📢 İyunun 22-də Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və “Naxış-Nərgiz” Məhdud Məsuliyyətli Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq reytinqli şahmat turnirinin qalibləri mükafatlandırılıb.

Ətraflı: https://l24.im/yVJho

08 may 2026-cı il tarixdə, Şərur Rayon İcra Hakimiyyəti, Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsi və Uşaq-Gənclər Şahmat ...
09/05/2026

08 may 2026-cı il tarixdə, Şərur Rayon İcra Hakimiyyəti, Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsi və Uşaq-Gənclər Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə uşaq, gənc və digər yaş qrupları arasında şahmat üzrə rayon turniri keçirilib. Uşaq-Gənclər Şahmat Məktəbində keçirilən turnirdə əsas məqsəd, Ulu Öndər Heydər Əliyevin zəngin irsinin gənc nəslə aşılanması, uşaq, gənc və digər yaş qrupları arasında şahmat idman növünə marağın artırılması, onların məntiqi düşünmə qabiliyyətlərinin inkişaf etdirilməsi və asudə vaxtlarının səmərəli təşkilindən ibarət olub. 34 şahmatçının iştirak etdiyi turnirin nəticələrinə gəlincə, Bayramov Ələddin I, Şəfiyev Orxan II, Hətəmov Bahaddin isə III yerə layiq görülüb. Sonda qaliblərə diplom və hədiyyələr təqdim olunub.

06 may 2026-cı il tarixdə, Şərur Rayon Təhsil Şöbəsinin, Gənclər və İdman İdarəsinin və Uşaq-Gənclər Şahmat Məktəbinin b...
07/05/2026

06 may 2026-cı il tarixdə, Şərur Rayon Təhsil Şöbəsinin, Gənclər və İdman İdarəsinin və Uşaq-Gənclər Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə, “9 May - Faşizm üzərində Qələbə Günü”nə həsr olunmuş, yeniyetmələr arasında şahmat üzrə rayon turniri keçirilib. Uşaq-Gənclər Şahmat Məktəbində keçirilən turnirdə əsas məqsəd, yeniyetmələr arasında şahmat idman növünə marağın artırılması, onların asudə vaxtlarının səmərəli təşkili, məntiqi təfəkkürlərinin inkişaf etdirilməsi, eyni zamanda Qələbə gününün əhəmiyyətinin gənc nəslə aşılanmasından ibarət olub. 29 şahmatçının iştirak etdiyi turnirin nəticələrinə gəlincə, Qəhrəmanov Nikbin I, Məmmədov Emil II, Qasımov Tuncay isə III yerə layiq görülüb. Sonda qaliblərə diplom və hədiyyələr təqdim olunub.

04 aprel 2026-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Gənclər və İdmanNazirliyinin birgə təşkilat...
05/04/2026

04 aprel 2026-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Gənclər və İdman
Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan Şahmat
Mərkəzində Aprel döyüşləri şəhidlərinin xatirəsinə həsr olunmuş șahmat üzrə tempo turnir keçirilib. Yarışda oğlanlar və qızlar olmaqla, ümumilikdə 74 şahmatçı iştirak edib. Yarışda Şərur Rayon Uşaq-Gənclər Şahmat Məktəbinin qrup üzvü Qəhrəmanova Gülsüm qadın şahmatçılar arasında Naxcıvan Muxtar Respublika 3-cüsü, Abdullayev Sadiq 14 yaş şahmatçılar arasında 1-ci yeri, Abbaslı Elxan isə 16 yaş şahmatçılar arasında 1-ci yeri tutub. Şahmatçılarımızı təbrik edir, gələcək yarışlarda uğurlar arzulayırıq,

03 aprel 2026-cı il tarixdə, Şərur Rayon Uşaq Gənclər Şahmat Məktəbində, Şərur Rayon Təhsil Şöbəsinin və Uşaq Gənclər Şa...
03/04/2026

03 aprel 2026-cı il tarixdə, Şərur Rayon Uşaq Gənclər Şahmat Məktəbində, Şərur Rayon Təhsil Şöbəsinin və Uşaq Gənclər Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə Aprel döyüşləri qəhrəmanlarının əziz xatirəsinə həsr olunmuş Şərur rayon ümumtəhsil məktəbliləri arasında şahmat üzrə rayon birinciliyi keçirilmişdir.

Turnirə başlamazdan əvvəl Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin, o cümlədən Aprel döyüşlərində qəhrəmancasına həlak olmuş igidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Daha sonra məktəbin direktoru Həsənəli Cəfərov çıxış edərək bildirmişdir ki, Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü, xalqımızın birliyini və vətənpərvərlik ruhunu dünyaya nümayiş etdirdi. O qeyd etmişdir ki, həmin döyüşlər tariximizə şanlı səhifə kimi yazılmış, xalqımızın qələbə əzmini daha da gücləndirmişdir. Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi daim qəlbimizdə yaşayacaq, onların göstərdiyi şücaət gələcək nəsillər üçün örnək olacaqdır.

Yarış 5 turdan ibarət İsveçrə sistemi ilə keçirilmişdir və iştirakçılar gərgin və maraqlı mübarizə şəraitində yüksək hazırlıq nümayiş etdirərək qalibiyyət uğrunda əzmlə mübarizə aparmışdırlar.
Yekun nəticələrə əsasən:
I yerə Qəhrəmanov Nikbin Natər oğlu,
II yerə Qəhrəmanova Gülsüm Natər qızı,
III yerə isə Məmmədov Emil Roman oğlu layiq görülmüşdür.
Qaliblər təşkilatçılar tərəfindən diplomlarla təltif olunmuşdur.

14 mart 2026-cı il tarixdə Şərur Rayon Təhsil Şöbəsinin, Şərur Rayon Gənclər və İdman İdman İdarəsinin və Uşaq Gənclər Ş...
14/03/2026

14 mart 2026-cı il tarixdə Şərur Rayon Təhsil Şöbəsinin, Şərur Rayon Gənclər və İdman İdman İdarəsinin və Uşaq Gənclər Şahmat məktəbinin birgə təşkilatçılığı ilə Novruz Bayramına həsr olunmuş “Novruz - qədim ənənəmiz, milli sərvətimiz!” devizi altında şahmat turniri keçirilmişdir. Yarışın keçirilməsində əsas məqsəd Şərur rayonunda şahmatın kütləviliyinə nail olunması, şahmatçılar arasında idman və dostluq əlaqələrini inkişaf etdirmək və şagirdlərin asudə vaxtlarının səmərəli təşkil olunmasından ibarət olub.
Yarış “İsveçrə” sistemi ilə 6 turdan ibarət keçirilib.
Yarışın yekun nəticələrinə əsasən Novruzov Sabir I, Hətəmov Bahaddin II, Şəfiyev Orxan III cü yerə layiq görülüb.
Yarışın qalibləri və fərqlənən iştirakçılar təşkilatçılar tərəfindən medal, hədiyyə və diplomlarla mükafatlandırılıblar.

Xocalı soyqırımına həsr olunmuş şahmat üzrə muxtar respublika turniri keçirilib!26 fevral 2026-cı il tarixdə, Naxçıvan Ş...
27/02/2026

Xocalı soyqırımına həsr olunmuş şahmat üzrə muxtar respublika turniri keçirilib!

26 fevral 2026-cı il tarixdə, Naxçıvan Şahmat Mərkəzinda Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş şahmat üzrə muxtar respublika turniri keçirilib. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutan yarışda 102 şahmatçı İsveçrə sistemi üzrə 9 turda mübarizə aparıb. Şərur Rayon Uşaq Gənclər Şahmat Məktəbinin şagirdi Qəhrəmanova Gülsüm Natər qızı ümumi sıralamada qızlar arasında 2-ci yeri tutaraq mükafata layiq görülmüşdür. Şagirdimizi təbrik edir və gələcək oyunlarında uğurlar arzu edirik.

Xocalı Soyqırımının 34-cü ildönümü ilə əlaqədar şahmat üzrə rayon birinciliyi keçirilib21 fevral 2026-cı il tarixdə Şəru...
23/02/2026

Xocalı Soyqırımının 34-cü ildönümü ilə əlaqədar şahmat üzrə rayon birinciliyi keçirilib
21 fevral 2026-cı il tarixdə Şərur Rayon Təhsil Şöbəsinin, Şərur Rayon Gənclər və İdman İdarəsinin və Şərur Rayon Uşaq Gənclər Şahmat məktəbinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar şahmat üzrə rayon birinciliyi keçirilib.
Yarışın keçirilməsində məqsəd Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini yad etmək, məktəblilər arasında bacarıqlı və istedadlı şahmatçıları üzə çıxarmaq, şahmat oyununu daha da kütləviləşdirmək, şahmatçılar arasında idman və dostluq əlaqələrini inkişaf etdirməkdən ibarət olub.
İştirakçılar əvvəlcə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Daha sonra yarışa start verilib. 5 turdan ibarət olan yarış “İsveçrə” sistemi ilə keçirilib. Yarışın yekun nəticələrinə əsasən, Hətəmov Bahaddin I, Abbaslı Elxan II, Novruzov Sabir III cü yerə layiq görülüb.
Sonda qaliblər təşkilatçılar tərəfindən hədiyyə və diplomlarla mükafatlandırılıblar.

Address

Naxçıvan MR Şərur şəhəri Heydər Əliyev Prospekti 44a
Nakhchivan
6800

Website

Alerts

Be the first to know and let us send you an email when Şərur rayon Uşaq Gənclər Şahmat məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Şərur rayon Uşaq Gənclər Şahmat məktəbi:

Shortcuts

Share

Category