22/10/2022
21 oktyabr 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının təqvim planına əsasən federasiyanın bir qrup məşqçi müəllimləri və idmançıları Naxçıvan Biznes məkəzində yaradılmış sərgiyə ekskursiya etmişdir. Ekskursiya zamanı Naxçıvan Muxtar Respublikasında istehsal olunan məhsullar haqda dinləyicilərə geniş məlumat verilmiş, dinləyiciləri maraqlandıran suallar cavablandırılmışdır.
31/08/2022
Karateçilərimiz Bakıdan nailiyyətlə geri dönüb
Bakı İdman Sarayında 6-13 yaş arası uşaqlar arasında Olimpiya ümidləri-2022 beynəlxalq karate turniri keçirilib. Avropa Karate Federasiyasının təqvim planına daxil edilən yarışda Küveyt, Qazaxıstan, Özbəkistan, Litva, Amerika Birləşmiş Ştatları və Azərbaycandan olan idmançılar iştirak edib.
Naxçıvan Karate-do Federasiyasının 23 idmançısı turnirdə medallar uğrunda mübarizə aparıb. Təmsilçilərimizdən 15-i adını mükafatçılar sırasına yazdırmağı bacarıb. Əli Bayramov (12-13 yaş, 55+ kq), Ayxan Musayev (10-11 yaş, -30 kq), Sona Bağırova (8-9 yaş, -35 kq), Məhəmməd Quluzadə (8-9 yaş, 35+ kq, 40+ kq), Xədicə Bayramova (6-7 yaş, -25 kq), Yusif Orucov (6-7 yaş, -20 kq), Elşən Teymurzadə (6-7 yaş, -25), Həmidə Əzizova (6-7 yaş, 25+) birinci olublar. Digər idmançılarımız müxtəlif əyarlı medallar qazanıblar.
Bununla da Naxçıvan karateçiləri yarışı 9-u qızıl, 4-ü gümüş, 4-ü bürünc olmaqla ümumilikdə 17 medalla tamamlayıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti.
10/08/2022
İdmançılarımızdan uğurlu nəticə
FHN-in Bakı şəhərində yerləşən İdman Sağlamlıq Mərkəzində full kontakt karate növləri üzrə açıq birincilik keçirilib. Milli Olimpiya Komitəsinin yaradılmasının 30-cu ildönümünə həsr olunan yarışa ölkənin müxtəlif şəhər və rayonlarından ümumilikdə 400-dən çox idmançı qatılıb.
Naxçıvan Karate-do Federasiyasından 36 idmançısı yarışda öz qüvvəsini sınayıb. Nəticələrə əsasən Məhəmməd Abbaslı (16-17 yaş, 60 kq), Afiq Haqverdiyev (12-13 yaş, 55+ kq), Canər Abbaszadə (12-13 yaş, 50 kq), Nərgiz Həsənli (12-13 yaş, 50 kq), Kənan Qəmbərov (10-11 yaş, 40 kq), Nizami Orucov (10-11 yaş, 30 kq), Nur Əliyeva (10-11 yaş, 35- kq), Əli Əzizov (8-9 yaş, 30+ kq), Fatimə Bağırzadə (8-9 yaş, 25+ kq), Saleh Qəmbərov (6-7 yaş, 25 kq) müvafiq kateqoriyalar üzrə birinci yerə layiq görülüblər. Digər təmsilçilərimizin nəticələri ilə birgə Naxçıvan karateçiləri yarışı 10 qızıl, 9 gümüş və 7 bürünc medalla tamamlayıb.
23/07/2022
Məşqçi-müəllim və idmançıların iştirakı ilə muzey gəzintiləri təşkil olunub.
Tarixi gerçəkliklərin təbliğ olunması, ictimai-siyasi və yaradıcı aləmdə fəaliyyəti olan dahi şəxsiyyətlərimizin daha yaxından tanıdılması, xalqımızın qədimdən bu günə miras buraxdığı milli mənəvi dəyərlərə bağlılıq hissi yaradılması məqsədilə muxtar respublikada fəaliyyət göstərən idman federasiyaları üçün ilbəil təşkil olunan ənənəvi ekskursiyalar davam etdirilir. Belə ki, Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası idmançılarının Hüseyin Cavidin Ev Muzeyi və Xatirə Kompleksinə, Şahmat Federasiyası idmançılarının Cəlil Məmmədquluzadənin Ev Muzeyinə, Karate-do Federasiyası idmançılarının Qarabağlar Turbə Kompleksinə ekskursiyaları təşkil olunub.
28/06/2022
Şərur Olimpiya İdman Kompleksində karate-do üzrə Silahlı Qüvvələr Gününə həsr edilmiş Şərur rayon açıq birinciliyi keçirilib. Birincilikdə 5 yaş qrupu üzrə 10 çəki dərəcəsində 100 idmançı öz qüvvəsini sınayıb.
Teymurzadə Elşən (Naxçıvan), Qəmbərov Saleh (Naxçıvan), Kazımov Şəmsi (Naxçıvan), Vəliyev Rauf (Naxçıvan), Quluzadə Məhəmməd (Naxçıvan), Orucov Nizami (Naxçıvan), Binyətli Dəniz (Naxçıvan), Həsənli Kənan (Naxçıvan), Mustafayev İlqar (Naxçıvan), Əhmədov Həbib (Şərur) fəxri kürsünün ən yûksək pilləsinə layiq görülüblər. Sonda qaliblərə diplom və hədiyyələr təqdim olunub.
24/06/2022
Bakı İdman Sarayında keçirilən karate üzrə açıq birincilikdə Naxçıvan karateçisi Nərgiz Həsənli WKF versiyası üzrə mükafatçılar sırasına düşüb. Belə ki, Naxçıvan Karate-do Federasiyasının idmançısı 50 kq çəki dərəcəsində birinci olub.
Təbrik edirik! 👏👏👏
25/05/2022
Bolqarıstanda keçirilmiş 12-ci Avropa Şotokan Çempionatında 7 qızıl, 7 gümüş və 20 bürünc medal qazanmış Naxçıvan karateçiləri Vətənə geri dönüblər. Naxçıvan Karate Federasiyasının həmin idmançıları üçün qarşılanma mərasimi təşkil olunub.
Tarixi nailiyyətin qazanılmasında əməyi olan hər kəsi bir daha təbrik edir, idmançılarımıza daha böyük uğurlar arzu edirik.
24/05/2022
Qitə birinciliyindən uğurlu nəticələr
Naxçıvan karateçiləri Bolqarıstanın Albena Kranevo şəhərində keçirilən 12-ci Avropa Şotokan Çempionatında iştirak ediblər. Dünya Şotokan Federasiyasının təşkilatçılığı ilə keçirilən yarış 20-22 may tarixlərini əhatə edib. Çempionatda 8 yaşlı uşaqlardan tutmuş 53 yaşadək veteranlar və paralimpiyaçılar müxtəlif yaş və çəki kateqoriyaları üzrə mübarizə aparıblar. 16 ölkədən 422 karateçi tatamidə öz bacarıqlarını nümayiş etdirib. Karatenin “kata”, “şobu ippon”, “şobu sanbon”, “WKF kumite” üslublarında qaliblər müəyyənləşib.
Naxçıvan Karate-do Federasiyasından məşqçi Siyavuş Bayramovun rəhbərliyi ilə turnirə qatılan 9 idmançının hər biri mükafatçılar sırasına düşüb. Təmsilçilərimiz 7-si qızıl, 7-si gümüş və 16-sı bürünc olmaqla 30 medal qazanıblar.
16-17 yaşlılar arasında çıxış edən Vüsal Seyidov 3 fərqli üslübda qalib, komandası ilə bərabər isə gümüş medalçı kimi muxtar respublika idmançıları arasında ən yaxşı nəticəyə müvəffəq olub. Rəşad Qasımov “şobu ippon”, Məhəmməd Bağırov “WKF kumite”, Canər Abbaszadə və Saleh Qəmbərov isə “şobu sanbon” üzrə birinci olub, digər üslublarda isə ilk üçlükdə qərarlaşıblar. Qafar Hüseynov, Nərgiz Həsənli, Yaqub Qənbərov və Rafiq Hüseynli hərəyə 3 medal qazanıblar.
Azərbaycan ümumi sıralamada 46 (16 qızıl, 10 gümüş, 20 bürünc) medal sayı ilə 5-ci olub.
Naxçıvan Muxtar Respublikası Gənclər və
İdman Nazirliyinin mətbuat xidməti
17/05/2022
Karateçilərimizin uğurlu Sumqayıt səfəri və maraqla gözlənilən Bolqarıstan sınağı 🥋🇦🇿
Mayın 14-15-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə fudokan (ənənəvi karate üslubu) üzrə birinci açıq Sumqayıt şəhər birinciliyi və çempionatı keçirilib. Sumqayıt Olimpiya İdman Kompleksində reallaşan yarışda 600-dən çox idmançı “Bu günün sağlam gənci, dövlətimizin gələcəyi, sabahımızın təminatçısıdır” şüarı altında mübarizə aparıb.
Naxçıvan Karate-do Federasiyasından 22 idmançı yarışda iştirak edib. Təmsilçilərimizin çıxışı uğurlu alınıb. Belə ki, karateçilərimiz 8-i qızıl, 4-ü gümüş, 13-ü bürünc olmaqla toplamda 25 medal qazanıblar.
Bundan əlavə, federasiyadan 9 idmançı və 1 məşqçi Bolqarıstanın Albena Kranevo şəhərində keçiriləcək 12-ci Avropa Şotokan Çempionatında iştirak edəcək. 20-22 may tarixlərini əhatə edən qitə birinciliyində məşqçi Siyavuş Bayramovun rəhbərliyi ilə Rəşad Qasımov (18-21 yaş, 60 kq), Vüsal Seyidov(16-17 yaş, 60 kq), Məhəmməd Bağırov (14-15 yaş, 57 kq), Qafar Hüseynov (14-15 yaş, 52 kq), Nərgiz Həsənli (12-13 yaş, -57 kq), Yaqub Qənbərov (12-13 yaş, 50 kq), Canər Abbaszadə (12-13 yaş, 44 kq), Rafiq Hüseynli (10-11 yaş, 42 kq) və Saleh Qənbərov (7 yaş, 25 kq) mübarizə aparacaqlar. Çempionatda iştirak edəcək Naxçıvan heyəti bu gün yola düşüb.
Qeyd edək ki, Dünya Şotokan Federasiyasının təşkilatçılığı ilə keçiriləcək yarışda müxtəlif yaş kateqoriyaları üzrə idmançıların, həmçinin paralimpiyaçıların iştirakı nəzərdə tutulub.
Təmsilçilərimizə uğurlar arzulayırıq! 🏅