Uşaq Gənclər İdman Məktəbi

Uşaq Gənclər İdman Məktəbi

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Uşaq Gənclər İdman Məktəbi, Stadium, arena & sports venue, Uşaq Gənclər İdman Məktəbi, Nakhchivan.

Photos from Uşaq Gənclər İdman Məktəbi's post 22/08/2026

Sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.
22 avqust 2026-cı il tarixində İlham Əliyev adına Olimpiya İdman Kompleksində “Zərərli vərdişlərə yox deyk, həmişə sağlam olaq!” devizi altında kiçikyaşlı yeniyetmələr (2013-2015-ci illər) arasında sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.
Birinciliyin keçirilməsində əsas məqsəd yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, zərərli vərdişlərdən uzaqlaşdırılması, onların sağlam ruhda böyüməsinə şərait yaratmaqdan ibarət olub.
Qaliblər:

29 kq - Alcəfərli İbrahim
32 kq - Əlizadə Sərxan
35 kq - Mirzəli Cəbrayıl
38 kq - Zeynalabdinov Mehdi
41 kq - Abbaszadə Nuru
44 kq - Babayev Elnur
48 kq - Abdullayev Səttar
52 kq - Tağılı Vüqar
57 kq - Əliyev Əbil
62 kq - Məhərrəmov Rail
68 kq - Məhərrəmli Məhərrəm
Gənclər və İdman İdarəsi və Uşaq-gənclər idman məktəbinin təşkilatçılığı ilə keçirilən yarışda 11 çəki dərəcəsi üzrə 60 idmançı qüvvəsini sınayıb. İlk üç yerin sahibləri diplomla mükafatlandırılıblar.

Photos from Uşaq Gənclər İdman Məktəbi's post 15/08/2026

Cüdo birinciliyinin qalibləri müəyyənləşib
🥋 Cüdo üzrə Naxçıvan şəhər birinciliyi keçirilib
14 avqust 2026-cı il tarixdə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 2011–2012 və 2013–2014-cü il təvəllüdlü yeniyetmələr arasında cüdo üzrə Naxçıvan şəhər birinciliyi təşkil olunub.
Yarışın keçirilməsində əsas məqsəd yeniyetmələrin zərərli vərdişlərdən uzaq tutulması, onların asudə vaxtının səmərəli təşkili, eləcə də gənc idmançıların sağlam və mübariz ruhda formalaşmasına töhfə vermək olub.
Birincilikdə 8 çəki dərəcəsi üzrə 50 idmançı mübarizə aparıb. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın sonunda hər çəki dərəcəsi üzrə I, II və III yerləri tutan idmançılar müəyyənləşib.
Yarış Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə keçirilib.
🏆 Sonda qaliblər və mükafatçılar təşkilatçılar tərəfindən diplomlarla təltif olunublar.
👏 Bütün iştirakçıları təbrik edir, qaliblərə gələcək yarışlarda uğurlar arzulayırıq!

Photos from Uşaq Gənclər İdman Məktəbi's post 16/07/2026

Naxçıvan şəhərində cüdoçuların açıq məşqi təşkil olunub

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüsü əsasında “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar müxtəlif idman növləri üzrə açıq hava məşğələləri davam etdirilir. Məqsəd gənc nəslin tarixi-mədəni irsimizə marağının artırılması, memarlıq abidələrinin tanıdılması, idmanın və sağlam həyat tərzinin təbliğidir.

Layihə çərçivəsində növbəti açıq hava idman məşğələsi Mömünə Xatun türbəsinin ətrafındakı istirahət parkında keçirilib. Bu dəfə məşğələdə Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbinin cüdoçuları iştirak ediblər. Məşq zamanı cüdo üzrə müxtəlif texniki fəndlər və fiziki hazırlıq hərəkətləri icra olunub.

Layihə çərçivəsində açıq hava məşğələlərinin digər idman növləri üzrə də davam etdirilməsi və muxtar respublikanın müxtəlif tarixi-mədəni məkanlarını əhatə etməsi nəzərdə tutulur.

Photos from Uşaq Gənclər İdman Məktəbi's post 03/07/2026

Naxçıvanda cüdoçular üçün dan dərəcələri üzrə ilk dəfə seminar və imtahan keçilib 🥋

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Cüdo Federasiyası tərəfindən muxtar respublikada fəaliyyət göstərən cüdo məşqçiləri üçün dan dərəcələri üzrə üç moduldan ibarət seminar və imtahan təşkil olunub.

İyunun 30-da start götürən seminarların sonunda iştirakçılar imtahan veriblər. ACF təhsil şöbəsinin əməkdaşları İbrahim Aslanov və Elçin Mayılov iyulun 3-dək davam edən proses zamanı dan dərəcələrinin verilməsi qaydaları haqqında məlumat verib, imtahana hazırlıqla bağlı nəzəri və praktiki biliklərini bölüşüblər. Sonuncu gün iştirakçılar həmin mütəxəssislərin qarşısında imtahan veriblər. Qiymətləndirmənin nəticələrinə uyğun olaraq tələbləri uğurla yetirən məşqçilərə ACF tərəfindən dan dərəcələri üzrə sertifikat təqdim olunacaq.

Qeyd edək ki, bu seminar və imtahan Beynəlxalq Cüdo Federasiyası Akademiyasında təhsil almaq və məşqçi sertifikatlaşdırması üçün zəruri hesab olunur. Tədbirin əsas məqsədi dan sistemi üzrə məşqçilərin bilik və bacarıqlarını qiymətləndirmək, eləcə də onların inkişafına dəstək verməkdir.

Photos from Uşaq Gənclər İdman Məktəbi's post 27/06/2026

Cüdo birinciliyinin qalibləri məlum olub.🥋

🗓️27 iyun 2026-cı il tarixdə 26 İyun-Silahlı Qüvvələr günü münasibətilə Naxçıvan Şəhər Uşaq-gənclər idman məktəbində kiçikyaşlı yeniyetmələr (2014-2015-ci illər) arasında cüdo üzrə birincilik təşkil olunub.

🔹 Yarışın əsas məqsədi yeniyetmələrin zərərli vərdişlərdən uzaqlaşdırılması, gənc idmançıların sağlam ruhda formalaşmasına töhfə vermək olub.
Birincilik 9 çəki dərəcəsi üzrə keçirilib.
🥇 Qaliblər:
27 kq- Qələndərov Fuad
30 kq – Kəngərli Ammar
34 kq – Məmməd Ədalət
38 kq – Cəfərli Mehdi
42 kq – Gözəlov Şahin
46 kq- Səfərli Yusif
50 kq – Qurbanlı Aydın
55 kq- Cavadlı Adil
+55 kq – Qəhrəmanlı Turan

✨ Yarış Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Uşaq-gənclər idman məktəbinin birgə təşkilatçılığı ilə keçirilib. Sonda hər çəki dərəcəsində I, II və III yerləri tutan idmançılar təşkilatçıların diplomları ilə mükafatlandırılıb.

25/06/2026

Naxçıvan şəhər Uşaq-gənclər idman məktəbinin kollektivi yeniyetmə cüdoçu Vəli Əliyevin vaxtsız vəfatından dərin kədər hissi keçirir.

Vəli Əliyev idmana olan sevgisi, istedadı və əzmkarlığı ilə uğurlu gələcək vəd edən cüdoçulardan biri idi. O, cari ilin 18 iyun tarixində keçirilən cüdo üzrə muxtar respublika birinciliyində qızıl medal qazanmışdı.

Mərhumun ailəsinə, yaxınlarına və idman ictimaiyyətinə dərin hüznlə başsağlığı verir, səbir diləyirik.

Photos from Uşaq Gənclər İdman Məktəbi's post 23/06/2026

Naxçıvan güləşçiləri İdman olimpiyasının medalçıları arasında

Bakı şəhərində məktəblilərin Respublika İdman Olimpiadası çərçivəsində güləş yarışları keçirilib.

Naxçıvan Muxtar Respublikası yarışda Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbinin direktoru, Əməkdar məşqçi Faiq İsgəndərovun rəhbərliyi altında 8 idmançı ilə təmsil edib. Məktəbin şagirdləri sərbəst güləş yarışlarında 2 medal qazanıblar. Belə ki, Şamxal Əlizadə 52 kq, Ramal Bağırov isə 75 kq çəki dərəcəsində bürünc medalçı olublar.

Əlavə edək ki, Naxçıvanlı güləş hakimləri Nihad Muradov və Erkal Məmmədov görüşlərdə ədaləti təmsil ediblər.

Photos from Uşaq Gənclər İdman Məktəbi's post 06/06/2026

Sərbəst və yunan-Roma güləşi üzrə Naxçıvan şəhər birinciliyi keçirilib. 🤼

🗓️6 iyun 2026-cı il tarixində İlham Əliyev adına Olimpiya İdman Kompleksində 15 İyun-Milli Qurtuluş günü münasibətilə 2016-2018-ci il təvəllüdlü kiçikyaşlı yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.

Birinciliyin keçirilməsində əsas məqsəd 15 İyun-Milli Qurtuluş gününün qeyd edilməsi, yeniyetmələrin zərərli vərdişlərdən uzaqlaşdırılması, onların sağlam ruhda böyüməsinə şərait yaratmaqdan ibarət olub.

📌 Qaliblər:
🥇 21 kq - Dünyamalıyev Alparslan
🥇 23 kq - İsgəndərli Habil
🥇 25 kq - Dünyamalıyev Ərtoğrul
🥇 27 kq - Novruzlu Mərdan
🥇 29 kq - Novruzlu Ayxan
🥇 32 kq - Əliyev Vüqar
🥇 35 kq - Mirzəliyev Mirzəli
🥇 38 kq - Yaqubov Sadiq
🥇 41 kq - İsgəndərov Məhəmməd
🥇 50 kq - Əliyev Əli
🥇 32 kq - Abdullayev Əziz (Yunan-Roma güləşi)

Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Uşaq-gənclər idman məktəbinin birgə təşkil etdiyi yarışda 11 çəki dərəcəsi üzrə 50 idmançı qüvvəsini sınayıb. İlk üç yerin sahibləri diplom və medalla mükafatlandırılıblar.

Photos from Uşaq Gənclər İdman Məktəbi's post 03/06/2026

🏆 Təbrik edirik! 🏆
Güləşçimiz Əlizadə Şamxal 29-31 may 2026-cı il tarixdə Bakı şəhərində keçirilən “Qızıl Barsofqa Wrestling Cup 2026” turnirində uğurla çıxış edərək 57 kq çəki dərəcəsində III yerə layiq görülmüşdür.
Bu nailiyyət idmançımızın əzmkarlığının, zəhmətinin və mübarizə ruhunun bariz nümunəsidir. Əldə olunan uğur münasibətilə Əlizadə Şamxalı ürəkdən təbrik edir, gələcək yarışlarda daha böyük qələbələr və yeni zirvələr arzulayırıq.
İnanırıq ki, qarşıdakı turnirlərdə də ölkəmizi və Naxçıvanı layiqincə təmsil edərək bizi sevindirməyə davam edəcək.
👏 Təbriklər və uğurlar!
🥉🇦🇿

Photos from Uşaq Gənclər İdman Məktəbi's post 26/05/2026

Naxçıvan 🇦🇿 cüdoçularından daha biri liqa yarışında fərqlənib 🥉

Bakı şəhərində cüdo üzrə U-17 və U14 yeniyetmələr arasında Liqa yarışları keçirilib. Abşeron Olimpiya İdman Kompleksində keçirilən turnir idmançıların reytinq cədvəlinin formalaşmasında önəmli rol oynayır.

Yarışlarda Naxçıvan Muxtar Respublikasından 2 məşqçi və 9 idmançının iştirakı qeydə alınıb. Naxçıvan təmsilçilərindən ikisi mükafatçılar sırasına düşüb.

Xəbər verdiyimiz kimi 17 yaşadək qızların yarışında 40 kq çəki dərəcəsində çıxış edən Ləman Bağırova gümüş medal qazanmağa müvəffəq olub. Mayın 24-də keçirilən cüdo üzrə 14 yaşadək yeniyetmələr arasında Liqa yarışının III turunda isə Yasəmən Əliyeva 57 kq çəkidə bürünc medal qazanıb. Hər iki idmançı Naxçıvan Uşaq-Gənclər və İdman Məktəbinin şagirdləridir.

Want your business to be the top-listed Gym/sports Facility in Nakhchivan?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Uşaq Gənclər İdman Məktəbi
Nakhchivan
AZE7000