01/06/2026
31 may tarixində Qobustan Olimpiya İdman Kompleksində taekvondo idman növü üzrə klublararası turnir keçirilmişdir.
Turnirdə Altay Taekwondo Klubu uğurla çıxış edərək ümumilikdə 8 qızıl, 6 gümüş və 2 bürünc medal qazanmış, komanda hesabında kuboka layiq görülmüşdür.
Bu uğur münasibətilə klubumuzun bütün məşqçi və idmançı heyətini ürəkdən təbrik edir, onlara gələcək yarışlarda daha böyük nailiyyətlər və yeni qələbələr arzulayırıq!
©️ Altay Taekwondo Klubu
28/05/2026
🇦🇿 28 May — Müstəqillik Günü 🇦🇿
Bu gün Azərbaycan xalqının azadlıq və müstəqillik tarixinin ən şərəfli səhifələrindən biridir.
1918-ci il 28 may tarixində qurulan Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik respublika kimi tarixə düşmüşdür.
Müstəqilliyimiz uğrunda canından keçən bütün qəhrəmanlarımızı ehtiramla yad edir, xalqımızın Müstəqillik Gününü təbrik edirik! 🇦🇿
Altay Taekwondo Club olaraq daim güclü, vətənpərvər və qalib gənclər yetişdirməyə davam edəcəyik.
Altay
26/05/2026
Gələcəyin ümidləri Avropa səhnəsində! 🇦🇿🇧🇦🔥
17 iyun tarixində Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində kiçikyaşlı yeniyetmələr arasında keçiriləcək Avropa Birinciliyində Altay Taekvondo Klubunun idmançıları ölkəmizi beynəlxalq arenada təmsil edəcəklər.
🔹 Tunar Teyyublu — (-27 kq)
🔹 Zeyd Vəliyev — (-30 kq)
🔹 Hüseyn İsgəndərli — (-33 kq)
İdmançılarımıza bu mötəbər turnirdə uğurlar arzulayır, qələbələrlə geri dönmələrini diləyirik! 💙🥋
———
Our future hopes on the European stage! 🇦🇿🇧🇦🔥
On June 17, the European Championships for younger cadets will take place in Sarajevo, the capital city of Bosnia and Herzegovina.
Representing both Azerbaijan and Altay Taekwondo Club at this prestigious international tournament will be:
🔹 Tunar Teyyublu (-27 kg)
🔹 Zeyd Valiyev (-30 kg)
🔹 Huseyn Isgandarli (-33 kg)
We wish our athletes great success and hope they return home with proud results! 💙🥋
24/05/2026
3 idmançımız mötəbər beynəlxalq turnirdə klubumuzu təmsil edəcək. 🇦🇿🔥
18–20 iyun tarixlərində Bosniya və Herzoqovinanın paytaxtı Sarayevo şəhərində keçiriləcək Klublar arasında Avropa Birinciliyində Altay Taekvondo Klubunun idmançıları mübarizə aparacaq.
Yeniyetmələr kateqoriyası üzrə:
Avropa çempionatının gümüş mükafatçısı və 3 qat Azərbaycan çempionu Aliyə Məmmədli (+59 kq)
Gənclər kateqoriyası üzrə:
🥇 Gənclər arasında Azərbaycan birinciliyinin qızıl medalçısı Lalə İsmayılzadə (-68 kq) və
🇪🇺 Avropa Birinciliyində debüt edəcək İbrahim Əliyev (-48 kq)
klubumuzu beynəlxalq arenada təmsil edəcəklər.
İdmançılarımıza uğurlar arzulayır, qələbələrlə geri dönmələrini diləyirik!
23/05/2026
Kəmər dərəcə imtahanında yüksək nəticə göstərərək fərqlənən idmançılarımız 👏🥋
Ən yüksək nəticəli idmançılarımız:
• Nadir Teyyublu 🏆
• Ayşə İlyasova 🏆
Yüksək nəticə əldə etmiş idmançılarımız:
• Raul Cəfərzadə 🥇
• Turan Piriyev🥇
• Cavid Abasov🥇
• Uğur Musayev 🥇
• Tunar Məmmədzadə🥇
Fərqlənmiş idmançılarımız :
• Duyğu İbrahimli 🥈
• Turan Qasımov 🥉
• Fidan Məmmədova 🥉
Hər bir idmançımızı təbrik edir, gələcək yarış və imtahanlarda daha böyük uğurlar arzulayırıq! 🔥
22/05/2026
Kiçikyaşlı idmançılarımızın kəmər imtahanı həyəcanı 📸🤩
19/05/2026
Kəmər imtahanında əzmkarlıq və intizamları ilə seçilən qızlarımız ✨👏 📸⬅️
16/05/2026
16.05.2026 | Kəmər İmtahanı 📸
16/05/2026
Bugün Altay Taekvondo Klubunun Yeni Günəşli filialında 50 idmançının iştirakı ilə kəmər dərəcə imtahanı keçirilmişdir. 🥋
İdmançılarımız imtahan zamanı öz bilik və bacarıqlarını nümayiş etdirərək növbəti kəmər dərəcələri uğrunda mübarizə aparıblar.
Bütün idmançılarımıza uğurlar arzulayır, gələcək yarış və imtahanlarda daha böyük nailiyyətlər diləyirik. 👏
08/05/2026
Doğum günün mübarək Cahid!🎂
Bu gün klubumuzun üzvü ikiqat Azərbaycan çempionu,Avropa Birinciliyinin 2 qat qızıl mükafatçısı Cahid İsmayılzadənin doğum günüdür. Komandamız adından Cahidi təbrik edir,uğurlarının davamını arzu edirik!👏