17/04/2026
Qax Olimpiya Idman Kompleksi
Qax Olimpiya İdman Kompleksi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin struktura daxil olmayan tabeliyindəki təsərrüfat hesablı qurumdur
17/04/2026
17/04/2026
Ədalətli oyun, güclü ruh və birlik — əsl idman budur! 🏅
Bu gün sadəcə qalibləri deyil, dürüstlüyü və komanda ruhunu qeyd edirik.
07/04/2026
7 aprel - Ümumdünya Sağlamlıq Günüdür.
31/03/2026
19/03/2026
✅️19.03.2026 cı il Qax rayonunda ümumrayon Novruz şənliyi!
15/03/2026
🗓15.03.2026-cı il tarixində Qax Olimpiya İdman Kompleksində Region liqasınında çıxış edən Şəfəq FK -nın play off mərhələsində ilk ev oyunu ⚽️Şəfəq FK - Beyləqan FK ⚽️ futbol komandaları arasında oyun keçirilmişdir. Şəfəq FK böyük hesabla qalib gəlmişdir.✅️
12/03/2026
12.03.2026-cı il tarixində Qax Olimpiya İdman Kompleksində Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi ilə birgə təşkil etdiyi “Məktəbli Kuboku” turnirinin rayon üzrə final mərhələsi keçirilmişdir. Bu möhtəşəm yarış, ölkənin müxtəlif bölgələrində keçirilən mərhələlərin finalı olaraq, futbolun kütləviliyini, sağlam həyat tərzini və uşaqlarda komanda ruhunu inkişaf etdirməyi hədəfləyirdi.
Qax rayon ümumtəhsil məktəblərinin şagirdlərindən ibarət komandaların iştirakı ilə keçirilən bu turnirdə ümumilikdə 31 komanda mübarizə apardı. Final mərhələsində V sinif qızlar, V sinif oğlanlar və VII sinif oğlanlar kateqoriyasında qaliblər müəyyənləşdi. Belə ki, VII sinif oğlanlar arasında I yeri Ə.Cabbaroğlu adına Zəyəm kənd tam orta məktəbinin komandası, II yeri isə Qaxingiloy kənd tam orta məktəbi tutdu.
V sinif oğlanlar arasında I yer- Qax şəhər 4 nömrəli tam orta məktəbin komandası, II yer - Tasmalı kənd tam orta məktəbin komandası tutdu.
Qızlar arasında isə I yer - Qorağan kənd tam orta məktəbi, II yer - Qax şəhər 2 nömrəli məktəb-lisey qazandı.
Bu yarış, AFFA ilə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı ilə təşkil olunub və əsas məqsəd məktəblilər arasında futbolun populyarlaşmasına, sağlam həyat tərzinin təbliğinə və komanda ruhunun formalaşmasına dəstəkdir.
Sonda qalib komandalara diplom, medal və hədiyyələr təqdim edildi. Qeyd edək ki, rayon mərhələsinin qalibləri may ayında keçiriləcək respublika birinciliyində mübarizə aparacaqlar.
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the business
Telephone
Website
Address
Qax şəhəri H. Əliyev PR 27
Qax
3400