Qazax Olimpik Hotel

Qazax Olimpik Hotel

Share

Комфортабельный отдых в Газахe

14/05/2022

7-14 may 2022 ci il tarixdə Rumıniyanın Buxarest şəhərində Qol güləşi üzrə Avropa çempionatı keçirilmişdir. Həmin yarışda Qazax Olimpiya İdman Kompleksinin idmancısı Mustafayev İsmayıl 65 kl cəki dərəcəsində gənclərdə sağ sol qolda qızıl və böyüklərdə isə sol qolda bürünc medala layiq görüldü. Ümumilikdə Avropadan üc medal. Bu qələbə münasibəti ilə idmançımızı və məşqçilərimiz təbrik edirik və gələcək yarışlarda uğurlar arzu edirik.

Photos from Qazax Olimpik Hotel's post 24/04/2022

Cənab Nazir Fərid Qayubov sizi ad günü münasibəti ilə Qazax Olimpiya İdman Kompleksinin kollektivi adından təbrik edirik və işlərinizdə daima uca zirvələr arzu edirik.

Photos from Qazax Olimpik Hotel's post 06/04/2022

06 aprel 2022-ci il tarixdə Qazax Rayon Gənclər və İdman idarəsi tərəfindən rayonun ucqar kəndlərində yaşayan yeniyetmə və gənclərin “Qazax Gənclər evi” sosial xidmət müəssisəsinə, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinə və Qazax Olimpiya İdman Kompleksinə ekskursiyası təşkil olunmuşdur.

Ekskursiyadan öncə Qazax Rayon Gənclər və İdman idarəsinin rəisi Vüqar Nəbiyev çıxış edərək bildirmişdir ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti bu gündə uğurla davam etdirilir. Azərbaycanın ilbəil artan iqtisadi qüdrəti gənclərin fiziki, intellektual və mənəvi inkişafının təmin olunması, sosial problemlərinin həlli, təşəbbüslərinin dəstəklənməsi, bilik və bacarıqlarının üzə çıxarılması istiqamətində irimiqyaslı proqram və layihələr reallaşdırmağa imkan verir. Respublikamızda eləcədə rayonumuzda gənclərin inkişafına xidmət edən layihələrin həyata keçirilməsi, kəndlərdə yaşayan gənclərin, dövlətin müvafiq istiqamətlər üzrə siyasətinin mahiyyəti barədə məlumatlandırılması, onların inkişafına və sosiallaşmasına sistemli dəstəyin göstərilməsi yeniliklər etməyi bacaran gənclər üçün şərait və imkanların yaradılması diqqət mərkəzindədir. Rayonumuzda fəaliyyət göstərən “Qazax Gənclər evi” sosial xidmət müəssisəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi və Qazax Olimpiya İdman Kompleksi siz gənclərin inkişafına xidmət edir.

Daha sonra Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin direktoru İsmayıl Süleymanov çıxış edərək nümayəndəlik tərəfindən keçirilən tədbirlər, icra olunmuş layihələr və görülən işlər haqqında ərtaflı məlumat vermiş, gəncləri qarşılıqlı əməkdaşlığa dəvət etmişdir.

“Qazax Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru Vüsal Hüseynov Gənclər evində fəaliyyət göstərən, kurslar, klublar və dərnəklər haqqında məlumat vermiş və gəncləri fəaliyyət istiqamətləri ilə əyani olaraq tanış etmişdir.

Daha sonra gənclər Qazax Olimpiya İdman Kompleksində olmuş, kompleksin məsul işçisi, qol güləşi idman növü üzrə Əməkdar məşqçi Azər Əliyev kompleksdə fəaliyyət göstərən idman bölmələri haqda məlumat vermiş, kompleksdə göstərilən xidmətlərlə tanış etmişdir.

Ekskursiyada rayonun Abbasbəyli, Alpout, Birinci Şıxlı, Fərəhli, Yuxarı Salahlı və Cəfərli kəndlərindən 16 nəfər gənc iştirak etmişdir.

Photos from Qazax Olimpik Hotel's post 06/04/2022

Qazax Olimpiya İdman Kompleksində 31.03.2022-ci il tarixdə 44 Günlük Vətən Müharibəsi zamanı Qazax rayonundan olan 51 şəhidimizin xatirəsinə həsr olunuş Atıcılıq üzrə turnir Qazax Olimpiya İdman Komplksində kecirilmişdir.
Tədbirin acılışında ilk olaraq Azərbaycan Respublikasının suverenliyi uğrunda şəhid olmuş bütün Qəhramanların xatirəsi bir dəqiyqalıq sükütla yad edildi.
"Gəncliyin Təşəbbüsü"Maarifləndirmə İctimai Birliyinin sədri, layihənin rəhbəri, Azər Əliyev turnir iştirakcılarına turnir haqda ətraflı məlumat verərək donor haqda danışmışdır.Vətən Müharibəsi şəhidlərinin qəhramanlıqlarını iştirakçılara catdıraraq onlara daim şəhidlərin xatirəsini uca tutmağı bildirmiş və gəncləri p*s vərdişlərdən uzaq olmağa, bədən tərbiyyəsi və idmanla məşqul olmağa cağırmışdır.
Tədbirdə iştirak edən Vətən Müharibəsi Qazisi,ehtiyatda olan zabit polkovnik leytinant Mustafayev Valeh , Qarabağ müharibəsi əlilləri,veteranları və şəhid ailələri ictamai birliyinin Qazax rayon Sədr müavini Qarabağ müharibəsi qazisi Aliyev Namiq Famil oğlu atıcılıq yarışının önəmi haqda danışdı.
Qazax Rayon Təhsil şöbəsinin əməkdaşı Əliyev Orxan cıxış edərək bu turnirin gənclərin asudə vaxtların səmərəli kecirilməsində önəmi haqda danışdı və turnir iştirakcılarına uğurlar arzuladı. Cıxışlardan sonra turnirə start verildi. Turnirdə 38 komandanın 140 iştirakçısı qeydiyyatdan kecmişdir.Qəhramanlar Unudulmur devizi altında kecirilmiş turnir gərgin idman mübarizəsi şəklində davam etmiş və iki kateqoriya üzrə qaliblər müəyyən olmuşdur .
1 kateqoriya gənclər komandası arasında kecirilmişdir.Gənclər komandası arasında kecirilən görüşlərin nəticəsi aşağıdakı kimi olmuşdur:
I yer – Qazax 1 saylı məktəb komandası ( 67 xal )
II yer – Daş Salahlı 2 saylı məktəb komandası ( 59 xal )
III yer –Xanbağı (Kəmərli) komandası ( 57 xal )
2 kateqoriyada gənclər fərdi şəkildə öz atıcılıq qabiliyyətlərini sınamışdırlar. Gənclər arasında kecirilən görüşlərin nəticəsi aşağıdakı kimi olmuşdur:
I yer – Əmiraslanov ismayıl (27+10 xal)
II yer – Abdurahimov Onurcan (27+8 xal)
III yer – Hacalıyev Ramil (26 xal)
Qaliblər medal və diplomlarla ilə mükafatlandırılmışdırlar.
Turnirdə iştirak edən qonaqlar fərqlənən idmancıların mükafatlandırılmasında iştirak etdilər. Turnir sonunda iştırakcılar və şəhid ailə üzvləri Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə turnirə dəstək verdikləri ücün öz minnətdarlıqlarını bildirmişdirlər və belə turnirlərin tez tez kecirilməsini arzulamışlar.
Turnir gənclərin asudə vaxtlarının düzgün təşkili,onların sağlam həyat tərzini secmələrinə təkan vermişdir.

Photos from Qazax Olimpik Hotel's post 06/04/2022

04 aprel 2022-ci il tarixdə Qazax Rayon Gənclər və İdman idarəsi, Qazax Olimpiya İdman Kompleksi və “Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığı ilə Qazax Olimpiya İdman Kompleksinin akt zalında Aprel döyüşlərinin ildönümü ilə əlaqədar “Lələtəpə zirvəsi” başlığı altında toplantı keçirilmişdir.
Toplantını giriş sözü ilə Qazax Rayon Gənclər və İdman idarəsinin rəisi Vüqar Nəbiyev açmış, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Vüqar Nəbiyev qeyd etmişdir ki, aprel ayının 1-dən 2-nə keçən gecə Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə hücumu ilə təxribatların qarşısını aldı və döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Bu aprel döyüşləri kimi tarixə düşdü və bu hadisə qələbə zəfərimizin başlanğıcı oldu.
Daha sonra Qazax Olimpiya idman Kompleksinin direktoru Kərəm Axundov, “Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyinin sədri Azər Əliyev, Azərbaycan Qarabağ müharibəsi əlilləri veteranları və şəhid ailələri” İctimai Birliyinin Qazax rayon Şöbəsinin sədr müavini Namiq Alıyev, qazi mayor Xəyyam Əliyev, BDU Qazax filialının tələbəsi, Tələbə Gənclər Təşkilatının sədr müavini Zahid Ziyadov, Qazax Dövlət Sosial-İqtisadi Kollecin tələbələri Məleykə Rüstəmova və Səma Aslanova mövzu ətrafında geniş çıxış etmişlər.
Tədbirdə şəhid kapitan Mühid Orucovun atası Qurban Orucov, şəhid baş leytenant Elvin Namazovun atası Məmməd Namazov, qazilər Elvin Carçıyev, Fərzəliyev Rəşad, və Vəliyev Tural iştirak etmişlər.
Tədbirdə ümumilikdə 70 nəfər iştirak etmişdir.

Photos from Qazax Olimpik Hotel's post 06/04/2022

Qazax Olimpiya İdman Kompleksində Şəhid idmançı Xaliddin Veyislinin xatirəsinə həsr edilmiş yunan Roma güləşi üzrə turnir keçirilib.

02 aprel 2022-ci il tarixdə Qazax Olimpiya İdman Kompleksinin,Qazax rayon Gənclər və İdman İdarəsinin və "Fəqan" İdman Kulubunun təşkilatçılığı, Qazax rayon Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin dəstəyi ilə təşkil edilən turnirdə Qazax-2, Goranboy-2 Şəmkir-2, Mingəçevir, Yevlax, Göyçay rayonları olmaqla Ümumilikdə 9 komandadan 150 dən cox idmançı iştirak edib.
Turnirin açlışında cıxış edənlər "Fəqan" İdman Kulubunun pirezdenti Sücayət Nağdalıyev, Qazax rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, Qazax Olimpiya İdman Kompleksinin əməkdaşı Azer Əliyev , Qazax rayon "Qarabağ Əlillərinə Qayğı İB" nin sədiri Seyfəddin Məmmədov, şəhid Atası Zərgər Veyisov çıxış edərək bildiriblər ki, bu cür turnirlərin keçirilməsində əsas məqsəd torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsini əbədiləşdirmək, onların şərəfli həyat yolunu təbliğ etmək böyüməkdə olan gənc nəslin vətənpərvər, sağlam idmançı kimi böyməsi, eyni zamanda Qazaxda yunan-Roma güləş idman növünü təbliğ və inkişaf etdirmək vacib olduğunu bildiriblər.
Turnirin proqramına əsasən, 2008-2010 və 2011-2014-cü il təvəllüdlü idmançılar arasında hər yaş qufupunda 10 çəki olmaqla qələbə uğrunda mübarizəyə aparıb.
Hər çəki dərəcəsi üzrə 1-ci, 2-ci 3-ücü yeri tutan idmançılar diplom və medallar ilə təltif ediliblər.

Qeyd edək ki, şəhid Xaliddin Veyislinin "Fəqan" İdman Kulubunun üzvü olub. O, 44 günlük vətən müharibəsində qəhrəmancasına şəhid olub. "Vətən uğrunda" "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

ALLAH RƏHMƏT ELƏSİN!

Photos from Qazax Olimpik Hotel's post 14/03/2022

Martın 11–12-də gənclər və idman naziri Fərid Qayıbov Gəncə-Qazax zonasına səfəri çərçivəsində Qazax, Tovuz, Şəmkir, Göygöl və Gəncə Olimpiya İdman Komplekslərinin fəaliyyəti ilə tanış olan nazir bu idman qurğularının daha səmərəli və effektiv idarə edilməsi ilə bağlı fikir mübadiləsi aparıb, müvafiq tövsiyələr verib. Goranboyda inşa edilmiş və istifadəyə hazır olan Olimpiya İdman Kompleksinin də imkanları ilə tanışlıq olub.

Fərid Qayıbov komplekslərdə mövcud idman bölmələrində aktivliyin və peşəkar yanaşmanın artırılması, xüsusən də üzgüçülük hovuzlarının imkanlarından səmərəli istifadə etməklə uşaq və gənclərin məşqlərə cəlb edilməsinin və İdman qurğularında marketinq işinin müasir tələblər səviyyəsində qurulmasının vacibliyini vurğulayıb.

Photos from Qazax Olimpik Hotel's post 13/03/2022

12.03.2022-ci il tarixdə Bakı şəhərində Qol güləşi üzrə Azərbaycan respublikası birinciliyi keçirilmişdir. Həmin yarışda Qazax Olimpiya İdman Kompleksinin idmançıları 8 medal əldə etmişdirlər- 5 qızıl,2 gümüş,1 bürünc.
Qalib idmançılar :
1. Rəhimov Yaşar - 2 yer ( sol qol 50 kl)
2. Rəhimov Yaşar - 2 yer ( sağ qol 50 kl)
3. Yaşılov Nihat - 3 yer ( sol qol 55 kl)
4. Yaşılov Nihat - 1 yer ( sağ qol 55 kl)
5. Mustafazadə Said -1 yer (sol qol 65 kl)
6.Mustafazadə Said -1 yer (sağ qol 65 kl)
7.Mustafayev İsmayıl-1 yer(sol qol 70 kl)
8.Mustafayev İsmayıl-1yer(sağ qol 70 kl)

12/03/2022

Qazağa xoş gəlmisiz Cənab Nazirimiz!

Photos from Qazax Olimpik Hotel's post 06/03/2022

Martın 5-də Bakıda “Ənənəvi idman növlərinin dirçəlişi” devizi altında V Beynəlxalq Etnoidman Forumunun açılış mərasimi keçirilib. 14 ölkədən ümumilikdə 140 nümayəndənin qatıldığı Forumda Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov, Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan, BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru xanım Maimuna Mohd Şərif və Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev Bağdad Amreyev çıxış ediblər.
Açılış mərasimindən sonra Forumun iştirakçıları birgə bəyanat qəbul ediblər.
Forum panel iclasları ilə işinə davam edib.
World Ethnosport Confederation

Photos from Qazax Olimpik Hotel's post 05/03/2022

5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Gənclər və İdman Nazirliyinin kollektivi Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, əklil qoyub və əziz ruhunu yad ediblər.

Sonra, Şəhidlər xiyabanına gələn nazirlik kollektivi Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Photos from Qazax Olimpik Hotel's post 05/03/2022

04 mart 2022-ci il tarixdə Qazax Rayon Gənclər və İdman idarəsi və Qazax Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə 27 fevral - 05 mart “İdman həftəsi” çərçivəsində Qazax Olimpiya İdman Kompleksində 5 Mart “Bədən Tərbiyəsi və İdman Günü” nə həsr olunmuş sərbəst güləş üzrə Qazax Rayon Gənclər və İdman idarəsinin nəzdində Uşaq Gənclər İdman Məktəbinin birinciliyi keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri qoymuşlar.

Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Daha sonra Qazax Rayon Gənclər və İdman idarəsinin rəisi Vüqar Nəbiyev, Qazax Rayon Gənclər və İdman idarəsinin rəis müavini Sahib Namazov, Qazax Olimpiya İdman Kompleksinin direktoru Kərəm Axundov çıxış edərək 5 Mart “Bədən Tərbiyəsi və İdman Günü” münasibəti ilə rayonun idman ictimaiyyətini təbrik etmiş, ölkədə o cümlədən rayonumuzda idmana və idmançılara göstərilən dövlət qayğısından söz açaraq, yarış iştirakçılarına uğurlar arzulamışlar.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda qalib adı uğrunda 116 nəfər idmançı qüvvəsini sınamışdır
Yarışda I, II, III yerləri tutmuş idmançılar Qazax Rayon Gənclər və İdman idarəsi tərəfindən müvafiq medallar və diplomlarla təltif olunmuşlar.
Yarış Azərbaycan Respublikası Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın tələblərinə uyğun olaraq keçirilmişdir.

Want your business to be the top-listed Gym/sports Facility in Qazakh?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Qazakh