İdman Paytaxtı

İdman Paytaxtı

Share

"İdman paytaxtı", Qazax 2026 / "Sports capital", Gazakh 2026

Photos from İdman Paytaxtı's post 17/03/2026

2026-cı ilin “İdman Paytaxtı” Qazax şəhərində keçirilən sərbəst və yunan-Roma güləşi üzrə U15 Azərbaycan birinciliyinə yekun vurulub.

Qazax Olimpiya İdman Kompleksində keçirilən birinciliyin son günündə yunan-Roma güləşi üzrə 48 kq çəki dərəcəsində birinci yeri Pünhan Şahmarov, ikinci yeri Əhliman Balakişizadə, üçüncü yerləri isə Raqif Məmmədzadə və Zaur Əsədli tutublar.

52 kq-da Rəsul Əhmədli (1-ci yer), Şahvələd Quliyev (2-ci yer), Etibar Həsənov və Nəriman Cəfərzadə (hər ikisi 3-cü yer) fərqləniblər.

57 kq çəki dərəcəsində Sadiq Vəlizadə 1-ci, Cəsur Cavadzadə 2-ci, Salavat Afyatulin və Asiman Məmmədov isə 3-cü olublar.

62 kq-da birinci yeri Raul Məmmədzadə, ikinci yeri İsmayıl Mamedov, üçüncü yerləri Zaman Qəribov və Məhəmməd Rufullayev tutublar.

68 kq çəki dərəcəsində birinci yerə İbrahim Məmmədzadə, ikinci yerə Tunar Misirxanov, üçüncü yerə isə Ömər Əliyev və Eldar İsmayılzadə layiq görülüblər.

75 kq çəkidə Süleyman Verdiyev (1-ci yer), Əkrəm Rzayev (2-ci yer), Fikrət Baxşaliyev və Şirazi Şərbətov (hər ikisi 3-cü yer) qalib gəliblər.

85 kq çəki dərəcəsində birinci yerin sahibi Elvin Nəcəfzadə olub. İkinci yeri Xalid Məmmədli, üçüncü yerləri isə Nurlan İbrahimov və Riyad Həsənov tutublar.

17/03/2026
Photos from İdman Paytaxtı's post 13/03/2026

“İdman Paytaxtı” Qazax şəhərində sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı davam edir. Qazax Olimpiya İdman Kompleksində keçirilən ölkə birinciliyinin ikinci günündə bir sıra çəki dərəcələri üzrə qaliblər və mükafatçılar müəyyənləşib.

38 kq çəki dərəcəsində Yusif Abdullayev birinci, Oğuz Paşayev ikinci, Bayram Əhmədzadə və Fərid Qasımov isə üçüncü yeri tutublar.

41 kq çəki dərəcəsində Elman İsmayılov qızıl, Cavanşir Süleymanov gümüş, İsmayıl Verdiyev və Əli İspərov isə bürünc medal qazanıblar.

44 kq çəki dərəcəsində Məhəmməd Kərimov birinci yerə yüksəlib, Ramal Hacıyev ikinci olub, Süleyman Şirinov və Nahid Temirov isə üçüncü yerlə kifayətləniblər.

48 kq çəki dərəcəsində Əli Baloğlanov çempion olub. Tunar Sazmani ikinci yeri tutub, Əli Rəcəbov və Əlişirin Məlikli isə üçüncü olublar.

52 kq çəki dərəcəsində Adəm Quliyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Elgün Qurbanzadə ikinci, Elşad Qurbanov və Otar İsayev isə üçüncü yeri tutublar.

57 kq çəki dərəcəsində Yılmaz Səmədov birinci, Tunar Sultanzadə ikinci, Əli Hümbətov və İsmayıl Əlizadə isə üçüncü olublar.

Photos from İdman Paytaxtı's post 13/03/2026

Martın 11-də "İdman Paytaxtı" Qazaxda sərbəst və yunan-Roma güləşi üzrə U15 Azərbaycan çempionatına start verilib.

Qazax Olimpiya İdman Kompleksində keçirilən ölkə birinciliyinin ilk günündə sərbəst güləş üzrə 6 çəkidə finalçılar müəyyənləşib. Gündüz seansında 38, 41, 44, 48, 52 və 57 kq-da müxtəlif mərhələlər üzrə mübarizə baş tutub.

Daha sonra yarışın təntənəli açılış mərasimi baş tutub. Açılış mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Qazax güləş məktəbinin tanınmış simalarından biri, sərbəst güləş üzrə milli komandanın sabiq çalışdırıcısı Firdovsi Umudov, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Fərid Mansurov və baş katibi Pərvin Piriyev çıxış ediblər.

11/03/2026

Qazax şəhərində idman paradı və “İdman Paytaxtı”nın açılış mərasimi keçirilib.

11/03/2026

Gənclər və idman naziri Fərid Qayıbov “İdman Paytaxtı” Qazax şəhərində regional gənclər və idman idarələrinin rəisləri, uşaq-gənclər idman məktəbləri və digər idman qurğularının rəhbərləri ilə görüşüb.

11/03/2026

“İdman Paytaxtı” Qazax şəhərində, Heydər Əliyev Parkı ərazisində müxtəlif idman növləri üzrə nümunəvi çıxışlar və sərgi təşkil olunub.

Photos from İdman Paytaxtı's post 11/03/2026

5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Qazax şəhərində idman paradı və “İdman Paytaxtı”nın açılış mərasimi keçirilib.

Əvvəlcə Qazax şəhəri Ədəbiyyat Muzeyinin qarşısından idman ictimaiyyətinin iştirakı ilə idman yürüşü başlanıb və Heydər Əliyev Parkında idman federasiyaları, idman qurğuları, “İdman səfirləri”, regional gənclər və idman idarələri, idman könüllüləri və digər idman təşkilatları təntənəli şəkildə paraddan keçiblər.

“İdman Paytaxtı”nın açılış mərasimi Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Ulu Öndər Heydər Əliyevin və ölkəmizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, gənclər və idman naziri Fərid Qayıbov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxış edərək Bədən Tərbiyəsi və İdman Günü münasibətilə hər kəsi təbrik ediblər. “İdman Paytaxtı” layihəsinin rəmzi açarı Qəbələdən təhvil alınaraq Qazaxa təqdim edilib. Ardınca Qazax “İdman Paytaxtı”nın maskotu səhnədə təqdim olunub.

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudovun çıxışından sonra həvəskar pəhləvan tərəfindən nümunəvi çıxış nümayiş olunub. Tədbirin bədii hissəsi aşıq Samir Cəlal oğlunun ifasında təqdim olunan milli musiqi ilə zənginləşib. “İdman səfiri” Xəyyam Orucovun milli idman növləri üzrə nümayişləri təqdim edilib. Akrobatika gimnastikası, taekvondo üzrə idmançıların nümayişi tədbirə xüsusi rəng qatıb. Tanınmış müğənnilər Murad Arif və Mərdan Kazımovun ifasında bir-birindən maraqlı musiqi nömrələri iştirakçılar tərəfindən böyük coşqu ilə qarşılanıb.

Photos from İdman Paytaxtı's post 11/03/2026

Martın 5-də “İdman həftəsi” çərçivəsində gənclər və idman naziri Fərid Qayıbov “İdman Paytaxtı” Qazax şəhərində regional gənclər və idman idarələrinin rəisləri, uşaq-gənclər idman məktəbləri (UGİM) və digər idman qurğularının rəhbərləri ilə görüşüb.

Qazax şəhəri Gənclər Evində keçirilən tədbirdə nazir Fərid Qayıbov hər kəsi Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbrik edib.

İclasda regional gənclər və idman idarələrinin, UGİM-lərin və idman qurğularının fəaliyyəti müzakirə olunub. Nazir Fərid Qayıbov iştirakçıları dinləyib, müvafiq tövsiyələrini verib.

Photos from İdman Paytaxtı's post 11/03/2026

5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə “İdman Paytaxtı” Qazax şəhərində, Heydər Əliyev Parkı ərazisində müxtəlif idman növləri üzrə nümunəvi çıxışlar və sərgi təşkil olunub.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, 2025-ci ilin “İdman Paytaxtı” olmuş Qəbələ Rayonu İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, idman qurumlarının nümayəndələri, rayon ictimaiyyəti, idmançılar iştirak ediblər.

Qazax şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub. Həmçinin “Qarabağ Azərbaycandır” abidəsi ziyarət olunub.

Tədbir zamanı cüdo, güləş, ağırlıqqaldırma, şahmat, qol güləşi və digər idman növləri üzrə nümunəvi çıxışlar təqdim olunub. Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin uğurlu siyasətindən bəhs edən kitablar sərgidə nümayiş etdirilib.

Want your business to be the top-listed Gym/sports Facility in Qazax?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Qazax-Tovuz Regional Gənclər Və İdman İdarəsi
Qazax