Qusar rayonu üzrə gənclər və idman sektoru

Qusar rayonu üzrə gənclər və idman sektoru

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Qusar rayonu üzrə gənclər və idman sektoru, Sport & recreation, H. Əliyev 119/B, Qusar.

Photos from Qusar rayonu üzrə gənclər və idman sektoru's post 23/06/2026

22 iyun 2026-cı il tarixində Qusar Olimpiya İdman Kompleksinin ərazisində “Səhər idmanı” layihəsi çərçivəsində uşaq, yeniyetmə və gənclərin iştirakı ilə səhər məşqləri keçirilib.

Photos from Qusar rayonu üzrə gənclər və idman sektoru's post 18/06/2026

18 iyun 2026-cı il tarixində Qusar Olimpiya İdman Kompleksinin ərazisində “Səhər idmanı” layihəsi çərçivəsində uşaq və yeniyetmələrin iştirakı ilə səhər məşqləri keçirilib.

Photos from Qusar rayonu üzrə gənclər və idman sektoru's post 14/06/2026

Qusarda Milli Qurtuluş Gününə həsr olunmuş veloyürüş keçirilib

14 iyun 2026-cı il tarixində Qusar şəhərində yerləşən Terrenkur Sağlamlıq Cığırı ərazisində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Qusar rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş uşaq, yeniyetmə və gənclər arasında veloyürüş keçirilib.

Tədbirin əsas məqsədi uşaq, yeniyetmə və gənclər arasında velosiped idman növünə marağın artırılması, bu idman növünün inkişafına dəstək göstərilməsi, sağlam həyat tərzinin təbliği və asudə vaxtın səmərəli təşkili olub. 🚴‍♂️🇦🇿

Tədbirdə Qusar rayonu üzrə gənclər və idman sektorunun əməkdaşları, eləcə də 30 nəfərdən artıq həvəskar velosipedçilər iştirak ediblər.

Photos from Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi 's post 05/06/2026
Photos from Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi 's post 05/06/2026

04 iyun 2026-cı il tarixində Quba-Xaçmaz Regional Gənclər və İdman idarəsinin Qusar rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Qusar Peşə Liseyində yeniyetmə və gənclər arasında “İnsan Hüquqları Aylığı” çərçivəsində “Erkən nikah və onun fəsadları” mövzusunda maarifləndirici görüş keçirilmişdir.

Tədbirdə Qusar rayon Peşə Liseyinin direktoru Xatirə Nağıbəyova, Quba-Xaçmaz Regional Gənclər və İdman idarəsinin Qusar rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı Ramin Məcidov, “Qusar rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin həkimi Nərgiz Surxayeva və Qusar Peşə Liseyinin psixoloqu Elvira Mirzağayeva erkən nikahlar və onların fəsadları, bu sahədə gənclərin hüquqları mövzusunda gənclərə ətraflı məlumat vermişlər.

Tədbirdə 90-dan artıq yeniyetmə və gənc iştirak etmişdir.
Məruzələrdən sonra gəncləri maraqlandıran suallar cavablandırılmışdir.
̇i̇ ̇nsanhüquqlarıaylığı

05/06/2026

Qusarlı şagird telelayihənin qalibi oldu.

✅ Qusar şəhəri Elxan Güləliyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin 9-cu sinif şagirdi Samirə Tehran qızı İsabalayeva “Əlaçı” intellektual televiziya müsabiqəsində birinci yerə layiq görülüb.

✅ Şagird müsabiqənin bütün mərhələlərini uğurla keçərək rayonunu layiqincə təmsil edib.

✅ Samirə İsabalayeva təhsil sahəsindəki göstəriciləri ilə də seçilir. O, 2025-ci ildə ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında 289 bal toplayaraq yüksək nəticə əldə edib. Həmçinin müxtəlif intellektual yarışmalarda fəal iştirak edir.

Want your business to be the top-listed Gym/sports Facility in Qusar?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


H. Əliyev 119/B
Qusar
AZ3800

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00