Çiləgir Futbol Komandası

Çiləgir Futbol Komandası

Share

Qusar Rayonu Çiləgir kəndinin həvəskar fudbol oyunçuları üçün yaradılmışdır.

11/07/2022

BİRLİK OYUNU.

10 iyul 2022-ci il tarixində Çiləgir kənd stadionunda kəndimizin futbol üzrə "əvvəlki" və "yeni" heyyətləri arasında "BİRLİK OYUNU" təşkil olunmuşdur.

Maraqlı oyuna görə kəndimizin "əvvəlki" və "yeni" heyyətlərinə təşəkkür edirik.

Görüşün obyektiv və şəffaf idarəçiliyinə görə hakim Anar Ağayevə təşəkkür edirik.

Görüş 6-1 hesabıyla "yeni" heyyətin qələbəsi ilə başa çatmışdır.

Oyunda ciddi qayda pozuntusuna görə "yeni" heyyətin oyunçusu Nahid qırmızı kart ilə meydandan uzaqlaşdırılmışdır.

Meydan: Çiləgir kənd stadionu
Tarix: 10 iyul 2022
Hakim: Anar Ağayev

09/07/2022

BİRLİK OYUNU.

10 iyul 2022 / 18:30-da Çiləgir kənd stadionunda kəndimizin futbol üzrə "əvvəlki" və "yeni" heyyətləri arasında "BİRLİK OYUNU" keçiriləcəkdir.

Bu oyun meydanda görülən bəzi təmir-bərpa işlərindən sonra ilk qarşılaşmadır.

Meydan: Çiləgir kənd stadionu
Tarix: 10 iyul 2022 / 18:30

Oyunun hakimi : Anar Ağayev

27/06/2022

CAVAB OYUNU

26 iyun 2022-ci il tarixində Xucbala kənd stadionunda Xucbala və Çiləgir kənd futbol komandaları arasında baş tutmuş yoldaşlıq görüşü 5-3 hesabla Xucbala futbol komandasının üstünlüyü ilə başa çatmışdır.

Xucbala futbol komandasını qələbə münasibəti ilə təbrik edir, maraqlı oyuna görə təşəkkür edirik!

Görüşün obyektiv idarəçiliyinə görə oyunun hakimi Siyavuş İbrahimova təşəkkürümüzü bildiririk.

Meydan: Xucbala kənd stadionu
Tarix: 26 iyun 2022
Oyunun hakimi: Siyavuş İbrahimov

İlk görüşün nəticəsi:
Çiləgir F.K. 2 : 1 Xucbala F.K
(Tarix: 11 iyun 2022)
(Meydan: Çiləgir kənd stadionu)

25/06/2022

CAVAB OYUNU

26 iyun 2022 tarixində Xucbala kənd stadionunda Xucbala və Çiləgir kənd futbol komandaları arasında yoldaşlıq oyunu keçiriləcəkdir.

Meydan: Xucbala kənd stadionu
Tarix: 26 iyun 2022 / 18:45
Oyunun hakimi: Siyavuş İbrahimov (Xucbala)

İlk görüş nəticəsi :
Çiləgir F.K. 2 : 1 Xucbala F.K.

Hər biriniz izləməyə dəvətlisiniz.

20/06/2022

CAVAB OYUNU

19 iyun 2022-ci il tarixində Urva kənd stadionunda Urva və Çiləgir kənd futbol komandaları arasında baş tutmuş yoldaşlıq görüşü 4-3 hesabla Urva futbol komandasının üstünlüyü ilə başa çatmışdır.

Görüşün 50-ci dəqiqəsində kobud qayda pozuntusuna görə Çiləgir komandasının müdafiəçisi Bəhruz qırmızı kart alaraq meydandan uzaqlaşdırılıb.

Urva futbol komandasını qələbə münasibəti ilə təbrik edir, maraqlı oyuna görə təşəkkür edirik!

Görüşün obyektiv idarəçiliyi və şəffaf qərarlarına görə oyunun hakimi Anar Ağayevə təşəkkürümüzü bildiririk.

Meydan: Urva kənd stadionu
Tarix: 19 iyun 2022
Oyunun hakimi: Anar Ağayev

İlk görüşün nəticəsi:
Çiləgir F.K. 5 : 1 Urva F.K
(Meydan: Çiləgir kənd stadionu)

18/06/2022

CAVAB OYUNU

19 iyun 2022 tarixində Urva kənd stadionunda Urva və Çiləgir kənd futbol komandaları arasında yoldaşlıq oyunu keçiriləcəkdir.

Meydan: Urva kənd stadionu
Tarix: 19 iyun 2022 / 18:45
Oyunun hakimi: Anar Ağayev

İlk görüş nəticəsi :
Çiləgir F.K. 5:1 Urva F.K.

Hər biriniz izləməyə dəvətlisiniz.

15/06/2022

Məlumat üçün bildirək ki, növbəti yoldaşlıq görüşlərində azərkeşlər və oyunçuların narazılıqlarının aradan qaldırılması və ədalətli oyunun təmini məqsədi ilə hər iki komandanın bütün heyyətinin hər bir üzvünün ən vacib şəxsi məlumatlarının (ad, soy ad, yaşayış yeri, ş/v-nin şəkili və ya surəti) qeyd olunduğu siyahının əvvəlcədən hazırlanıb qarşı tərəfə təqdim edilməsi ciddi şəffaflıq tələbi olacaq .
Hər iki tərəfin sözügedən oyunçu siyahıları qarşılıqlı razılaşma ilə təsdiq ediləcək, paylaşılacaq və oyunda bu siyahıdan kənar oyunçuların iştirakı qəti qadağan ediləcəkdir.
Yoldaşlıq görüşünə gəlmək istəyən və ya bizi oyun üçün stadionlarına dəvət edən kənd futbol komandalarından oyunçu siyahılarını öncədən hazır edib təqdim etməklərini xahiş edirik.

15/06/2022

14 iyun 2022 tarixində kəndimizin stadionunda Çiləgir və Suvacal kənd futbol komandaları arasında baş tutmuş yoldaşlıq görüşü 2-5 hesabıyla Suvacal futbol komandasının qələbəsi ilə başa çatmışdır.

Oyuna görə hər iki komandaya təşəkkür edirik.

QEYD:
Məlumat üçün bildirək ki, növbəti yoldaşlıq görüşlərində azərkeşlər və oyunçuların narazılıqlarının aradan qaldırılması və ədalətli oyunun təmini məqsədi ilə hər iki komandanın bütün heyyətinin hər bir üzvünün ən vacib şəxsi məlumatlarının (ad, soy ad, yaşayış yeri, ş/v-nin şəkili və ya surəti) qeyd olunduğu siyahının əvvəlcədən hazırlanıb qarşı tərəfə təqdim edilməsi ciddi şəffaflıq tələbi olacaq.

Hər iki tərəfin sözügedən oyunçu siyahıları qarşılıqlı razılaşma ilə təsdiq ediləcək, paylaşılacaq və oyunda bu siyahıdan kənar oyunçuların iştirakı qəti qadağan ediləcəkdir.

Yoldaşlıq görüşünə gəlmək istəyən və ya bizi oyun üçün stadionlarına dəvət edən kənd futbol komandalarından oyunçu siyahılarını öncədən hazır edib təqdim etməklərini xahiş edirik.

13/06/2022

14 iyun saat 18:30-da kəndimizin stadionunda Çiləgir və Suvacal kənd futbol komandaları arasında yoldaşlıq oyunu keçiriləcəkdir.

Məkan: Çiləgir kənd stadionu
Zaman: 14 iyun 2022 / 18:30
Oyunun hakimi: Anar Ağayev

Hər biriniz izləməyə dəvətlisiniz.

11/06/2022

Bu gün kəndimizin stadionunda Çiləgir və Xucbala kənd futbol komandaları arasında baş tutmuş yoldaşlıq görüşü 2-1 hesabıyla Çiləgir futbol komandasının qələbəsi ilə başa çatmışdır.

Maraqlı oyuna görə Xucbala futbol komandasına təşəkkür edirik.

11/06/2022

Bu gün (11 iyun saat 18:30-da) kəndimizin stadionunda Çiləgir və Xucbala kənd futbol komandaları arasında dünən təxirə salınmış yoldaşlıq oyunu keçiriləcəkdir.

Məkan: Çiləgir kənd stadionu
Zaman: 11 iyun 2022 / 18:30

Hər biriniz izləməyə dəvətlisiniz.

Want your business to be the top-listed Gym/sports Facility in Qusar?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Qusar Rayonu Çiləgir Kənd Stadionu
Qusar
AZ3800