01/06/2026
🎉 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Təbrik! 🎉
SCORPION JIU-JITSU GRAPPLING ACADEMY adından bütün balaca idmançılarımızı və uşaqları 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ürəkdən təbrik edirik!
Siz bizim gələcəyimiz, qürurumuz və ümidimizsiniz. Arzu edirik ki, hər biriniz sağlam, xoşbəxt, güclü və uğurlu böyüyəsiniz. İdmanda qazandığınız hər bir nailiyyət sizi daha intizamlı, cəsarətli və məqsədyönlü bir insan kimi formalaşdırsın.
Jiu-Jitsu, Grappling, Judo və MMA ilə məşğul olan bütün idmançılarımıza yeni qələbələr, yüksək nailiyyətlər və parlaq gələcək arzulayırıq.
🥋 Güclü iradə!
🥋 Sağlam həyat!
🥋 Böyük uğurlar!
🥋 Yeni qələbələr!
Bayramınız mübarək, əziz uşaqlar!
Hörmətlə,
SCORPION JIU-JITSU GRAPPLING ACADEMY 🦂🥋
ПОЗДРАВЛЕНИЕ С МЕЖДУНАРОДНЫМ ДНЁМ ЗАЩИТЫ ДЕТЕЙ!
SCORPION JIU-JITSU GRAPPLING ACADEMY сердечно поздравляет всех своих юных спортсменов с 1 Июня — Международным днём защиты детей!
Вы — наше будущее, наша гордость и наша надежда. Желаем каждому из вас крепкого здоровья, счастья, силы духа и больших успехов. Пусть каждое достижение в спорте помогает вам становиться более дисциплинированными, смелыми и целеустремлёнными людьми.
Всем спортсменам, занимающимся джиу-джитсу, грэпплингом, дзюдо и ММА, желаем новых побед, высоких достижений и светлого будущего
31/05/2026
SCORPION JIU-JITSU GRAPPLING ACADEMY-nin Gəncə nümayəndəliyində növbəti kəmər dərəcəsi imtahanı uğurla keçirilmişdir.
İmtahan Gəncə MMA Center klubunda təşkil olunmuş və Scorpion Jiu-Jitsu Grappling Academy-nin Gəncə nümayəndəsi Əjdər Əliyevin rəhbərliyi ilə həyata keçirilmişdir.
İdmançılar nəzəri və praktiki bilikləri, texniki hazırlıq səviyyələri, nizam-intizam və idman etikası üzrə qiymətləndirilmiş, müvafiq kəmər dərəcələrinə layiq görülmüşlər.
Kəmər imtahanından uğurla keçən bütün idmançıları təbrik edir, onlara gələcək yarışlarda və idman fəaliyyətlərində yeni nailiyyətlər arzulayırıq.
SCORPION JIU-JITSU GRAPPLING ACADEMY İntizam • Əzm • Qələbə
В представительстве SCORPION JIU-JITSU GRAPPLING ACADEMY в городе Гянджа успешно состоялся очередной экзамен на присвоение поясных степеней.
Экзамен был организован в клубе G***a MMA Center и проведён представителем Академии в городе Гянджа — Эдждаром Алиевым.
Спортсмены были оценены по уровню технической подготовки, практическим и теоретическим знаниям, дисциплине и спортивной этике, после чего получили соответствующие поясные степени.
Поздравляем всех спортсменов, успешно прошедших экзамен, и желаем им новых достижений, побед и успехов в дальнейшей спортивной карьере.
SCORPION JIU-JITSU GRAPPLING ACADEMY
Дисциплина • Стремление • Победа
31/05/2026
SCORPION JIU-JITSU GRAPPLING ACADEMY-də növbəti Rəsmi Kəmər İmtahanı uğurla keçirilmişdir.
İmtahanda akademiyamızın idmançıları iştirak edərək texniki bilik, fiziki hazırlıq, intizam və idman bacarıqları üzrə qiymətləndirilmişlər. Kəmər imtahanı beynəlxalq standartlara uyğun olaraq bal sistemi əsasında dəyərləndirilmiş və hər bir iştirakçının nəticələri obyektiv şəkildə qiymətləndirilmişdir.
İmtahandan uğurla keçən bütün idmançılarımızı səmimi qəlbdən təbrik edir, onlara gələcək yarışlarda və idman fəaliyyətlərində yeni uğurlar arzulayırıq.
Əzmkarlığınız, zəhmətiniz və akademiyamıza göstərdiyiniz sədaqət gələcək nailiyyətlərinizin əsasını təşkil edir.
Hörmətlə, SCORPION JIU-JITSU GRAPPLING ACADEMY
В SCORPION JIU-JITSU GRAPPLING ACADEMY успешно состоялся очередной официальный экзамен на пояс.
Спортсмены академии приняли участие в экзамене, где были оценены их технические навыки, физическая подготовка, дисциплина и спортивное мастерство. Экзамен проводился по балльной системе в соответствии с международными стандартами, а результаты каждого участника были оценены объективно и справедливо.
Поздравляем всех спортсменов, успешно прошедших экзамен, и желаем им новых достижений, побед и успехов в дальнейшей спортивной карьере.
Ваше упорство, трудолюбие и преданность академии являются прочной основой для будущих побед и высоких результатов.
С уважением, SCORPION JIU-JITSU GRAPPLING ACADEMY
11/05/2026
📢 RƏSMİ BƏYANAT.
Artıq SCORPİON JIU JITSU GRAPPLING ACADEMY-nin rəsmi saytı fəaliyyətə başlamışdır.
Bu, Academiyamızın inkişaf yolunda atdığı ən önəmli addımlardan biridir. Artıq SCORPİON JIU JITSU GRAPPLING ACADEMY yalnız məşq və yarış fəaliyyəti ilə deyil, eyni zamanda rəsmi media və rəqəmsal platformalarda da peşəkar şəkildə təmsil olunur.
Rəsmi saytımızın fəaliyyətə başlaması onu göstərir ki, Academiyamız artıq yüksək və peşəkar mərhələyə qədəm qoymuşdur. Bundan sonra bütün rəsmi məlumatlar, yarış xəbərləri, idmançı nailiyyətləri, tədbirlər, media paylaşımları və akademiyamızın fəaliyyəti vahid rəsmi platforma üzərindən təqdim olunacaq.
Bizim məqsədimiz: • Jiu-Jitsu və Grappling idman növlərinin inkişafı
• Gənc idmançıların peşəkar səviyyədə yetişdirilməsi
• Beynəlxalq arenada uğurlu nəticələrin əldə olunması
• Rəsmi və sistemli idman platformasının qurulmasıdır
SCORPİON JIU JITSU GRAPPLING ACADEMY artıq bütün sahələrdə rəsmi şəkildə fəaliyyət göstərən, öz platforması və media sistemi olan bir idman academiyasıdır.
Hörmətlə,
SCORPİON JIU JITSU GRAPPLING ACADEMY rəhbərliyi 🦂
📢 OFFICIAL STATEMENT
The official website of SCORPION JIU JITSU GRAPPLING ACADEMY is now officially active.
This is one of the most important steps in the development and growth of our Academy. SCORPION JIU JITSU GRAPPLING ACADEMY is now represented not only through training sessions and competitions, but also professionally across official media and digital platforms.
The launch of our official website proves that our Academy has already reached a higher and more professional level. From now on, all official information, tournament news, athlete achievements, events, media content, and academy activities will be presented through one unified official platform.
Our goals are: • To develop Jiu-Jitsu and Grappling sports
• To train young athletes at a professional level
• To achieve successful results in the international arena
• To build an official and well-organized sports platform
SCORPION JIU JITSU GRAPPLING ACADEMY is now an officially operating sports academy with its own platform and media system in every field.
Respectfully,
SCORPION JIU JITSU GRAPPLING ACADEMY 🦂
10/05/2026
10 May – Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə xalqımızın böyük liderini dərin hörmət və ehtiramla anırıq. 🇦🇿
Onun Azərbaycan idmanına, gəncliyinə və dövlətçiliyinə verdiyi töhfələr hər zaman yaddaşlarda yaşayacaqdır.
Scorpion Jiu-Jitsu Grappling Academy olaraq Ulu Öndərin əziz xatirəsini ehtiramla yad edirik
08/05/2026
Mustafazadə Ədalət Təbriklər
08/05/2026
🥈 SCORPION JIU-JITSU GRAPPLING ACADEMY
Our academy athlete, Mammadov Kenan, achieved a great result and won the Silver Medal at the international Jiu-Jitsu tournament held in Hamburg, Germany. 🇦🇿🇩🇪
This success is the result of his dedication, hard training, and strong determination.
On behalf of our academy, we sincerely congratulate Kenan and wish him even greater achievements and championships in future competitions! 🥋🏆
SCORPION JIU-JITSU GRAPPLING ACADEMY
— Strong spirit, proper discipline, and the true warrior mentality! 🔥
🥈 SCORPION JIU-JITSU GRAPPLING ACADEMY
Academiyamızın yetirməsi Məmmədov Kənan, Almaniyanın Hamburg şəhərində keçirilən beynəlxalq Jiu-Jitsu yarışında yüksək nəticə göstərərək Gümüş medalın sahibi olmuşdur. 🇦🇿🇩🇪
Bu uğur onun əzmkarlığının, davamlı məşqlərinin və böyük zəhmətinin nəticəsidir.
Academiyamız adından Kənanı ürəkdən təbrik edir, gələcək yarışlarda daha böyük nailiyyətlər və çempionluqlar arzulayırıq! 🥋🏆
SCORPION JIU-JITSU GRAPPLING ACADEMY
— Güclü iradə, düzgün tərbiyə və əsl döyüş ruhu! 🔥
08/05/2026
BİZ KİMİK?
🥋 SCORPION JIU-JITSU GRAPPLING ACADEMY
2012-ci ildən etibarən fəaliyyət göstərən SCORPION JIU-JITSU GRAPPLING ACADEMY, müəllim və məşqçi Anar Cavadbəyli tərəfindən böyük əzimkarlıq, iradə və peşəkarlıqla formalaşdırılmış bir idman məktəbidir.
Akademiyamız fəaliyyət göstərdiyi illər ərzində Şəmkir şəhərində əvvəllər geniş tanınmayan Brazilian Jiu-Jitsu və Grappling idman növlərinin inkişafına mühüm töhfələr vermişdir. 2012–2026-cı illər ərzində yüzlərlə idmançının yetişdirilməsi, yerli və beynəlxalq arenalarda uğurlar qazanılması bizim əsas nailiyyətlərimizdən biridir.
Bu illər ərzində akademiyamızın idmançıları:
Dünya çempionatlarında,
Beynəlxalq turnirlərdə,
Respublika yarışlarında yüksək nəticələr əldə etmiş,
Şəmkirin və Azərbaycanın idman uğurlarına öz töhfələrini vermişlər.
SCORPION JIU-JITSU GRAPPLING ACADEMY yalnız bir idman zalı deyil — bu, disiplin, xarakter, döyüş ruhu və çempion düşüncəsi formalaşdıran bir məktəbdir.
Bizim məqsədimiz sadəcə medal qazanmaq deyil.
Bizim missiyamız gələcəyin güclü, intizamlı və çempion ruhlu gənclərini yetişdirməkdir.
Bizim işimiz — gəncləri çempionluğa aparmaqdır. 🦂🥋