Şəki PFK

Şəki PFK

Share

Qoca şəhərin, gənc nəfəsi

10/06/2026

Forma əldə etmək istəyənlər üçün məlumat: sifariş etdiyiniz forma xüsusi olaraq sizin üçün hazırlanır…

Ona görədə İstədiyiniz ölçünü seçə, formanızın üzərinə ad, soyad və sevdiyiniz nömrəni yazdıra bilərsiniz. Bu əlavələr üçün heç bir əlavə ödəniş tələb olunmur.

Tək köynək – 26.55 AZN
Dəst (köynək + şortik) – 37.55 AZN

Sifariş vermək üçün:
+994 77 529 19 61
İlham bəy ilə əlaqə saxlaya bilərsiniz.

Komandamıza göstərdiyiniz diqqət və dəstəyə görə təşəkkür edirik.

Photos from Şəki PFK's post 28/05/2026

Şəki PFK sadəcə meydandakı 11 nəfərdən ibarət deyil. Biz hədəfimizə — Şəkinin hər bir küçəsinin, hər bir evinin və hər bir sahibkarının ortaq dəyəri olmaq yoluna çıxmışıq. Və bu yolda bizə dəstək addımlarından birini Cafe Central atdı!
Bu gün Şəkidə xidmət və keyfiyyət dedikdə seçilən məkanlardan olan Cafe Central, komandamızın yanında olduğunu tək sözlə deyil, əməli ilə göstərdi. Klubumuza dəstək məqsədilə bütün staff üçün Şəki PFK formaları aldı
Artıq bu möhtəşəm kollektiv sizə sevdiyiniz kofeləri əyinlərində bizim doğma formalarımızla təqdim edəcəklər. Bir müəssisənin öz şəhərinin komandası üçün belə bir addım atması, o formanı əməkdşların qürurla geyinməsi bizim üçün sözlərlə ifadə olunmayacaq qədər dəyərlidir.
Bu, sadəcə bir köynək almaq və geyinmək deyil, Şəki futboluna göstərilən real münasibət və inamdır. Digər yerli sahibkarlarımızı və bizneslərimizi də bu gözəl nümunədən örnək götürməyə, Şəkinin doğma komandasının ətrafında sıx birləşməyə dəvət edirik.
Biz birlikdə daha güclü olacağıq!✊🏻
Təşəkkürlər, Cafe Central!

28/05/2026

🇦🇿 28 May - Müstəqillik Günümüz mübarək olsun.



Photos from Şəki PFK's post 28/05/2026

2025/26 mövsümünü 7-ci pillədə başa vurduq.

Mövsüm ərzində komandamız bir çox çətinliklərlə qarşılaşsa da, hər zaman sona qədər mübarizə apardı və meydanda xarakter göstərdi.

Bizə hər oyunda dəstək olan azarkeşlərimizə, tərəfdaşlarımıza və klubumuzun yanında olan hər kəsə təşəkkür edirik.

Daha güclü qayıtmaq üçün çalışmağa davam edəcəyik. 💚

̇

22/05/2026

2025/26 mövsümündə göstərdiyi yüksək performans, əzmkarlığ və komandamıza verdiyi töhfələrə görə müdafiəçimiz Saleh Süleymanov komandamızın heyətində mövsümün ən yaxşı oyunçusu seçilmişdir.

24 oyun
9 qol
3 asist

Salehi təbrik edir, qarşıdakı mövsümlərdə daha böyük uğurlar arzulayırıq.

17/05/2026

Şəki PFK rəhbərliyi olaraq ictimaiyyətə bildirmək istəyirik ki, komandamızın bir neçə futbolçusu ikinci liqanın sonuncu turunda keçirilməli oyunda iştirakdan imtina etmişdir.

Qeyd edək ki, adıçəkilən futbolçular ikinci dövrə ərzində keçirdikləri oyunların və may ayına qədər olan bütün ayların əmək haqlarını almışdırlar. Hazırda isə may ayı çərçivəsində cəmi iki oyun keçirilmişdir və hər hansı rəsmi əmək haqqı gecikməsi mövcud olmamışdır.

Buna baxmayaraq, futbolçular tərəfindən “son oyundur, ödəniş edilməyə bilər, əvvəlcədən ödəniş edilsin” kimi əsassız iddialar irəli sürülərək komandanın son oyununa çıxmaqdan imtina edilmişdir.

Oyunda iştirak etməyən futbolçular:
• Rəsul İbrahimov
• Zaur Fərzəliyev
• Çərkəz Hüseynov
• Mehdi Həşumov
• Nazim Bağırov

Klub daxilində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, komandanın kapitanı Rəsul İbrahimov futbolçularla əlaqə saxlayaraq onların da oyunda iştirak etməməsi üçün çağırışlar etmiş bir neçə oyunçunun oyuna gəlməsinə əngəl olmuşudur. Bu səbəbdən komanda bu gün ikinci liqanın XXVII turunda Ağstafa Gəncləri ilə oyuna 9 nəfər oyunçu ilə çıxmışdır.

Şəki PFK rəhbərliyi baş verənləri peşəkar futbol prinsiplərinə və klub daxili intizam qaydalarına zidd davranış kimi qiymətləndirir və buna uyğun hüquqi addımlar atılacağı baradə öncədən oyunçulara xəbardarlıq edilib.


17/05/2026

📍Oyun Bitdi



̇

17/05/2026

📍Oyun başladı



̇

17/05/2026

📍Oyun Günü

⚽️ 2 Liqa / XXVII Tur
⚔️ Ağstafa Gəncləri - Şəki PFK
🗓️ 17 may 17:00
🏟️ Ağstafa Şəhər Stadionu
📺 Youtube : I Liqa / II Liqa

̇

Want your business to be the top-listed Gym/sports Facility in Sheki?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Şəki Şəhər Stadionu
Sheki
AZ5500