Sumqayıt Reqbi Klubu

Sumqayıt Reqbi Klubu

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sumqayıt Reqbi Klubu, Sports, Sumqayıt.

29/12/2025

Azərbaycan idmanı qarşıdakı illərdə də yeni zirvələr fəth edəcək

2025-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı bir daha göstərdi ki, idman sahəsində əldə olunan uğurlar təsadüfi deyil. Bu uğurlar illər ərzində ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilən dövlət siyasətinin məntiqi nəticəsidir.

Bu il Azərbaycan idmançıları beynəlxalq yarışlarda rekord göstəricilərə imza atıblar. 2000-dən artıq medal, o cümlədən 600-dən çox qızıl medal ölkəmizin idman potensialının nə qədər güclü olduğunu açıq şəkildə nümayiş etdirir. Keçən illə müqayisədə medalların sayının artması idmanın inkişafına göstərilən diqqətin, yaradılan şəraitin və idmançıların peşəkarlığının bariz göstəricisidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu dinamika təbiidir, çünki idman Azərbaycanda artıq sistemli dövlət siyasətinə çevrilib.

Bu gün ölkəmizdə idman infrastrukturu demək olar ki, sıfırdan qurulub və ən yüksək beynəlxalq standartlara cavab verir. Bölgələrdə idmanla məşğul olmaq üçün hər cür şərait yaradılıb. Təkcə bu il Gəncə və Yevlax şəhərlərində Olimpiya İdman Komplekslərinin istifadəyə verilməsi bunun bariz nümunəsidir. Nəticədə bölgələrdə fəaliyyət göstərən Olimpiya İdman Komplekslərinin sayı 46-ya çatıb. Bu fakt idmanın paytaxtla məhdudlaşmadığını, ölkənin bütün regionlarını əhatə etdiyini göstərir.

Prezidentin çıxışında xüsusi yer tutan məsələlərdən biri də sağlam gənc nəslin formalaşdırılması idi. Sağlam gənclik olmadan nə idman uğurları, nə də ölkənin davamlı inkişafı mümkündür. Uşaqlıqdan idmana marağın formalaşdırılması gələcək nailiyyətlərin əsasını qoyur. Bu baxımdan idman təkcə nəticə və medal deyil, eyni zamanda sağlam həyat tərzi, düzgün tərbiyə və sosial məsuliyyət deməkdir.

Cənab İlham Əliyev haqlı olaraq qeyd etdi ki, gənclərin fiziki hazırlığı ilə mənəvi saflığı vəhdət təşkil etməlidir. Vətənpərvərlik ruhunda yetişən, sağlam düşüncəli və güclü iradəli gənclər ölkənin əsas dayağıdır. İdman bu prosesdə mühüm rol oynayaraq gənclərin həm fiziki, həm də mənəvi inkişafına xidmət edir.

Azərbaycan idmançılarının beynəlxalq arenalarda Dövlət Bayrağını yüksəltməsi hər bir vətəndaş üçün qürur mənbəyidir. Son beş ildə ölkəmizin qalib dövlət kimi tanınması idmançılarımızın məsuliyyətini daha da artırır. Onlar artıq müzəffər xalqın nümayəndələri kimi yarışlara çıxır, bu isə əlavə mənəvi güc və stimul yaradır.

2025-ci ilin ən mühüm idman hadisələrindən biri MDB ölkələrinin üçüncü Oyunlarının Azərbaycanda yüksək səviyyədə keçirilməsi oldu. Bu Oyunların bir neçə şəhərdə, o cümlədən Gəncə və Xankəndidə təşkil edilməsi ölkəmizin böyük təşkilatçılıq və infrastruktur imkanlarını ortaya qoydu. Minlərlə xarici qonağın bölgələrdə qəbul edilməsi Azərbaycanın qonaqpərvərliyini və regional inkişaf səviyyəsini dünyaya nümayiş etdirdi. Bununla yanaşı, Bakıda ilk dəfə keçirilən UFC beynəlxalq turniri və Formula 1 yarışları ölkəmizin idman diplomatiyasının mühüm tərkib hissəsinə çevrilib. Bu yarışlar təkcə idman hadisəsi deyil, eyni zamanda Azərbaycanın beynəlxalq imicinin formalaşmasında mühüm rol oynayır. Xüsusilə Formula 1 yarışlarından sonra xarici turistlərin sayında 20 faiz artım qeydə alınması idmanın iqtisadi və turizm baxımından da nə qədər önəmli olduğunu sübut edir.

Gələcək perspektivlər də olduqca ümidvericidir. Qusarda, Şahdağ Xizək Kurortunda keçiriləcək Xizək üzrə Dünya Kuboku Azərbaycanın qış idmanı sahəsində də dünya xəritəsində yer almasını təmin edəcək. Bu, regionların inkişafına, yeni iş yerlərinin açılmasına və turizmin genişlənməsinə mühüm töhfə verəcək. Bu ilin daha bir əlamətdar hadisəsi Bakı şəhərinin “Dünyanın İdman Paytaxtı” seçilməsidir. Bu ad Azərbaycanda idmanın inkişafına verilən beynəlxalq qiymətin ifadəsidir və böyük qürur mənbəyidir. Şübhəsiz ki, bu statusu ləyaqətlə qorumaq və daha da möhkəmləndirmək üçün ölkəmiz bundan sonra da ardıcıl addımlar atacaq.

Sonda qeyd etmək istərdim ki, idmançılarımızın və idman mütəxəssislərinin dövlət tərəfindən mükafatlandırılması artıq gözəl bir ənənəyə çevrilib. Azərbaycanın idman şöhrətini ucaldan insanların əməyinə verilən dəyər gənc nəslə də güclü motivasiya verir. Bu yol davamlıdır və Azərbaycan idmanı qarşıdakı illərdə də yeni zirvələr fəth edəcək.

Qərib Əliyev, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar bədən tərbiyəsi və idman xadimi

10/07/2021

Komandamıza uğurlar arzulayırıq.
Elgün Hümbətov Rufet Mahmudzade

06/03/2021

Əziz və hörmətli məşqçi müəllimlər və Reqbi həvəskarları 7 Mart 2021-ci ildə saat 15:00-da hərkəsi seminarda iştirak etməyə dəvət edirik.
Seminarda:
Federasiyamızın idarə heyətinin üzvü: Türküyə Reqbi:Kangal Rugby Club (Sivas)baş məşqçi və qurucusu Emil müəllim
Azərbaycan Reqbi Federasiyasının Baş məşqçisi Vaqif Sadətxan
Argentinalı: məşqçi Nicolsa Ariel Grimaldi
Rusiyadan:Maks Limbersky - World Rugby sertifikatlı hakim Rusiya
Pyotr Hutiyev - Moskow Dragons RFC klubun Prezıdenti
Gürcüstan:Levan Mgeladze - Raqbi mütəxəssisi və Bədən Tərbyiəsi Universitetin professoru
Dima Pularia AİA (Kutaisi) klubun baş məşqçisi
Seminarda iştirak edən məşqçilərimiz Azərbaycan Reqbi Federasiyası tərəfindən Sertifikatla təltif olunacaq
Əlavə məlumat üçün whatsapp +99470 205-05-06 Süsən xanım.

Mövzu: "Reqbi idman növü kimi həyatımızda necə rol oynayır" mövzusunda seminar.
Vaxt: 7 Mart, 2021 15:00 Bakı
ID: 470 244 2448
Parol: 0702442448
https://us02web.zoom.us/j/4702442448?pwd=djgwbHR6cmc5QmNlZ3RCSzFxU0Z6dz09

26/02/2021

Əziz dostlar!

Fervalın 28-də (bazar günu) saat 11:00-da Qarabağ Reqbi Klubu ASK-Arena stadionunda Sumqayıt Reqbi Klubunu reqbi-7 üzrə yoldaşlıq görüşündə qəbul edəcək. Oyun saat 11:00-da stadionun 4-cü meydançasında baş tutacaq. Hər birinizi bu maraqlı oyunu seyr etməyə dəvət edirik!

Photos from Reqbi / Rugby's post 18/02/2021
14/02/2021

Hörmətli Reqbi məşqçiləri və Reqbi həvəskarları 7 Mart 2021-ci il saat 15:00-da Azərbaycan Reqbi Federasiyasının təşkilatçılığı ilə məşqçilər üçün Zoom proqramı vasitəsi seminar təşkil olunacaq.
Ələvə məlumat üçün tel +994702050506 Whatsapp

Random Pass Drills 6/6 10/02/2021

Random Pass Drills 6/6 Who got game? Richie McCaw, Wyatt Crockett and Luke Romano take us up on our random passing drill at the All Blacks Training Camp back in May.

17/11/2020

Azərbaycan Reqbi Federasiyası İdarə heyətinin iclası.

07/11/2020

Xankəndi bizi gözləyir.!

Want your business to be the top-listed Gym/sports Facility in Sumqayıt?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Sumqayıt
AZ5001