08/08/2026
Bu paylaşımı yadda saxlayın. Mövsümün transferlərindən birini Beşiktaş edib. Alexander Nübel çox səviyyəli qapıçıdır. 3 oyuna 14 qurtarış edib və qol buraxmayıb. Beşiktaş nəhayət özünə lazım olan qapıçısını tapıb.
Tam tərəfsiz və qərəzsiz futbol səhifəsi!
08/08/2026
Bu paylaşımı yadda saxlayın. Mövsümün transferlərindən birini Beşiktaş edib. Alexander Nübel çox səviyyəli qapıçıdır. 3 oyuna 14 qurtarış edib və qol buraxmayıb. Beşiktaş nəhayət özünə lazım olan qapıçısını tapıb.
08/08/2026
🤯Mohamed Salah Trabzonda əsl krallar kimi yaşayacaq. Onun qalacağı villanın özəllikləri; 975 kvadratmetrlik ərazidə, 4 mərtəbəli 6 otaq və 2 salon, 6 hamam otağı, qapalı üzgüçülük hovuzu, sauna və idman otağı, qış bağçası və kino otağı.
08/08/2026
🇦🇿Murad Məmmədov artıq Pafosun ulduzu olub. Az oynasa belə, daxil olduğu hər oyunda fərqini ortaya qoyur, gözəl keçidlər edir. Pafos azarkeşləri də milli oyunçumuz barədə gözəl şərhlər yazırlar. Fikrimizcə Murad tezliklə Pafosun əsas oyunçusu olacaq və bu klubda da çox qalmayacaq. Uğurlar Murad👊
07/08/2026
🚨SON DƏQİQƏ: FİFA Chelsea klubuna təcili 41 nəfərlik heyətinin 25 nəfərə endirilməsini tapşırıb. Bu səbəbdən klub 16 futbolçu ilə çox tez zamanda yollarını ayırmalıdır. (BBC)
07/08/2026
🚨SON DƏQİQƏ: Barcelona və Real Madrid azarkeşləri üçün əla xəbər var. 2027 İspaniya Superkuboku fevral ayında İstanbulda oynanılacaq. Böyük ehtimal bir çox Barcelona və Real Madrid azarkeşləri Azərbaycandan Türkiyəyə gedəcək.
🔸 Yarımfinal oyunları:
⚔️ Real Sociedad - Real Madrid
⚔️ Barcelona - Atletico Madrid
07/08/2026
🇦🇿Sabahın oyunçusu İvan Lepinjica çox səviyyəli oyunçudur, əsl maestrodur. Qara işləri görür, top alır, top paylayır, hücumun qurulmasında iştirak edir. Bir sözlə bu oyunçu meydanın hər yerində olur. Mövsümün əvvəlində getmək istəyirdi, amma Sabah saxlamağı bacardı.
07/08/2026
Hazırda elə bir vəziyyət yaranıb ki, Sabahın ÇL-nın liqa mərhələsinə düşməsi realdır, nəinki Avropa Liqasının Liqa mərhələsinə. Benfica gözlənildiyi kimi Heartsı 6-1 darmadağın etdi. Aarhus səddi mütləq keçilməlidir. Benficadan aralanmaq lazımdır, futboldur hər şey ola bilər. Amma Sabahın Benficanı keçməsi heç real görünmür. Aarhusu keçsək, ən p*s halda AL-nın liqa mərhələsi qaranti olacaq. Yox əgər keçməsək, böyük ehtimal KL-nın liqa mərhələsinə gedəcəyik. Çünki Benfica Aarhusdan və Sabahın play-offdakı hər iki rəqibindən çox üstündür. Ona görə hörmətli Valdas müəlllim nə edirsən, et keç bu Aarhus səddini. İşimizi şansa buraxmaq olmaz.
06/08/2026
🇹🇷Beşiktaş Avropa Liqasına fırtına kimi başlayıb🌪️ Qara qartal ardıcıl 3-cü qələbəsini qazanır və İstanbula sərfəli hesabla qayıdır. Bütün Beşiktaş azarkeşlərini təbrik edirik!
FC Hradec Králové 0-1 Beşiktaş
06/08/2026
🚨SON DƏQİQƏ: Rodri qərarını verib. Oyunçu Barcelonaya keçmək istəyir.