“Müştəriniz rəqibinizdir” dediyim hissədə sizə bir neçə nümunə də verim.
Karyera səviyyəsində:
Sizin gördüyünüz işi özü də görə bilən rəhbəriniz ,müəyyən mənada sizin rəqibinizdir. Hətta elə bir rəhbəriniz varsa ki, sizin 3 saata gördüyünüz işi özü 1 saata görə bilir, orada hələ maaş və ya vəzifə artımını gözləmək üçün ciddi əsasınız olmaya bilər. Çünki rəhbərin beynində çox sadə bir sual yaranır:
“Bu işi onsuz da özüm görə bilirəmsə, niyə bu insana daha çox yatırım etməliyəm?”
Burada özünüzə başqa bir sual verməlisiniz:
Siz bu işi gördükdə hansı əlavə və fərqli nəticəni yaradırsınız ki, rəhbəriniz həmin işi sizə ötürməkdə maraqlı olsun və eyni zamanda sizə daha çox məsuliyyət, daha yüksək maaş və vəzifə vermək istəsin?
Çünki peşəkar olaraq dəyəriniz sadəcə işi görməkdən yox, həmin işi sizə həvalə etməyi rəhbər üçün daha sərfəli etməkdən yaranır.
İndi eyni məsələyə biznes səviyyəsində baxaq. Daha doğrusu, sahibkar necə düşünməlidir?
Bir çox sahədə potensial müştərinin qarşısında əslində 3 seçim var:
1. Xidməti sizdən almaq.
2. Həmin işi özü görmək.
3. Heç etməmək.
Məsələn, daşınmaz əmlak, hüquq, PR, telemarketinq, borc yığımı, interyer dizaynı, fast-food, vergi xidmətləri, konsultasiya və daha yüzlərlə sahədə müştərinin qarşısında bu seçim mövcuddur. Deməli, sizin ən böyük rəqibiniz həmişə eyni xidməti göstərən başqa şirkət deyil.
Bəzən ən böyük rəqibiniz müştərinin özüdür. Çünki müştəri öz-özünə deyə bilər: “Bunu özüm də edə bilərəm.” Və əgər müştəri sizin xidmətinizlə eyni nəticəni , yaxud sizə yaxın nəticəni özü əldə edə bilirsə, artıq qarşınızda çox ciddi bir rəqib var.Ona görə sahibkarın əsas sualı:
“Mən rəqiblərimdən nə ilə fərqlənirəm?”olmaqla bitməməlidir. Daha vacib sual budur:
“Müştəri bunu niyə özü etməsin?
Əgər bu suala güclü cavabınız yoxdursa, probleminiz rəqibiniz deyil. Probleminiz müştərini
Jala Maliki
Xidmət biznesini qurmaq və böyütmək istəyən mütəxəssislərlə işləyirəm.
Əvvəl sahibkar kimliyini, sonra biznes sistemini birlikdə qururuq. Xidmətlər 👇🏻
Hiss edirsən ki, daha çox potensialın var, amma sanki nəsə səni saxlayır?
→ Hədəfin var, amma ya tıxanmış hiss edirsən, ya da növbəti addımı necə atacağını bilmirsən.
→ Sanki hər şeyi edirsən, amma nəticə gəlmir. Özünü ifadə etməkdə çətinlik çəkirsən, ya da səsini eşitmirsən.
→ Bu hiss sənə tanışdırsa — səbəb çox vaxt xaricdə deyil. Daxildədir. Mən nə edirəm? Səninlə birlikdə bu daxili səssiz mane
Müştəriyə ekspertliyini satmağa çalışan ekspertlər sürətli şəkildə xəyal qırıqlığına uğrayırlar.
Zamanla bu xəyal qırıqlıqları ekspertlərdə müştərilərinə qarşı qəzəb də yaradır. Hətta bəzən onlarla aqressiv danışdıqlarını özləri belə hiss etmirlər.
Daxildə idarə oluna bilməyən xəyal qırıqlığından yaranmış kədər və qəzəb isə satışa aparacaq qərarları verməyə imkan vermir. Adətən bu vəziyyətə düşmüş ekspert, müştəriyə özünü sübut etməyə enerji sərf edərək yerində saymağa davam edir.
Mən bu vəziyyətə düşmüş ekspertlərlə ilkin olaraq satış strategiyası üzərində yox, emosional fonu dəyişmək üzərində çalışıram. Daha sonra isə müştəri ilə düzgün münasibət qurması üçün lazım olan bacarıqların inkişafına fokuslanıram.
İnsanın xarakteri 1 gündə formalaşmadığı üçün 1 gündə də dəyişməz.
İnsanın dəyişimi üçün mərhələli inkişaf prosesi lazımdır və hər insan da bu prosesdən keçməyə könüllü olmaya bilər.
İndi biz bunu biləcəyik və gözləntilərimizi də buna uyğun quracağıq ki, sonradan illüziyamız dağılanda qəlbimiz qırılmasın.
Əgər biz şəxsi inkişafımızı ən başından bu illüziya ilə edirdiksə, yəni “mən dəyişərək başqalarını da dəyişəcəyəm” düşüncəsi ilə irəliləyirdiksə, o zaman buraya da baxmaq lazımdır:
“Mənim bu nəzarət ehtiyacımın arxasında nə var?”
Qeyd: Hər zaman dediyim kimi, buralara özümüzü daha yaxından görmək üçün baxırıq, qınamaq üçün yox. 🤍
Məsələ yetərsizliyə qalib gəlmək deyil, ona yer aça bilməkdir.
Beləliklə, insan “yetərincə yaxşı” olma vəziyyətinə keçməyə başlayır. Daha sonra isə biznesdə — fərqi yoxdur, sahibkarsan, yoxsa peşəkar mütəxəssis — xidmət yaratmaq, xidməti təqdim etmək və bazarı hiss etmək daha asan olur.
Unutmayaq ki, biznes və ya peşəkar karyera qurmaq insanın kimliyindən başlayır.
Performansının arxasında duran sistemi yaxşılaşdırmadan nəticəyə təsir etmək mümkün deyil.
✨Mən də məhz bu kimlik sisteminin inkişafı və gücləndirilməsi üçün fərdi seanslar keçirirəm.✨
03/08/2026
Rəylərə “TG” yazaraq podcastın linkini əldə edə bilərsiniz. ✨
Qorxunun heç bir halda əcələ faydası olmur. Qorxu bizə sadəcə riski idarə etmək və daha ehtiyatlı davranmaq üçün yol göstərən bir duyğudur.
Ola bilər ki, riski görürük, amma onu necə idarə edəcəyimizi bilmirik. Çünki bu mövzu ilə bağlı təcrübəmiz yoxdur və ya girişmək istədiyimiz sahə bizim üçün yenidir.
Belə hallarda təcrübəli bir şəxsdən dəstək almaq kifayət edir.
Yoxsa riski görəndə qorxub geriyə çəkilmək və bunu “Yerində otur, bu sənlik deyil!” mesajı kimi qəbul etmək yox.
Diqqət eqoda olduqda insanın yaratmaq məqsədi özünün önəmli hiss etməsi olur. Gəlin razılaşaq ki, müştərilərin bizi önəmli hiss etdirmək kimi bir borcu da yoxdur.
Özünü önəmli hiss etmək üçün daxili sistemi özün yaratmalısan . Bununla bağlı peşəkar dəstək üçün DM-ə ‘DƏYƏR’ yaz səninlə detallı məlumatı paylaşaq.
03/07/2026
İnformasiya bizim sürətli şəkildə istehlak edə biləcəyimiz bir şey deyil. Əgər bunu etməyə çalışırıqsa, əslində yalnız özümüzü aldadırıq.
Sürətlə inkişaf edən bir çox sistemə baxın — onların əksəriyyəti dayazdır. Məhz bu dayazlıq da ilk çətinlikdə dağılır.
Bu səbəbdən insanın ən başda özünüdərk mövzularında dərinləşə bilməsi lazımdır. Daha sonra isə maraq göstərdiyi sahələrdə dərinləşərək gerçək fayda ortaya qoya bilər.
Mən bir şəxsi inkişaf mütəxəssisi olaraq sizə “fast food” üslubunda inkişaf təklif etmirəm.
Uzunmüddətli şəkildə məmnun qalacağınız yol üçün qərar verdikdə, yazın, başlayaq.
20/06/2026
Keçmiş bir HR olaraq , bu şirkətin həm maaş sistemini, həm maddi/qeyri-maddi motivasiya sistemlərini çox bəyənirəm.
Gələcəkdə belə bir şirkət sahibi olmağı , manifestləyirəm.
Minlərlə insanın sevgi ilə , həvəs ilə çalışdığı bir şirkətin sahibi olmaq möhtəşəm bir hiss olmalıdır 😍
Kliknij tutaj, aby odebrać Sponsorowane Ogłoszenie.
Lokalizacja
Kategoria
Strona Internetowa
Adres
Klimeckiego
Kraków
30-705