Aysel Mammad

Aysel Mammad

Share

Life Coach & Thetahealer

Photos from Aysel Mammad's post 03/24/2020

ABŞ-ın Kaliforniya Ştatının Los Angeles şəhərində yerləşən dünyaca məşhur və bir çox tanınmışların gəlib iştirak etdiyi mərkəzində iştirak etdiyim 1 aylıq Meditasiya proqramını uğurla başa vurub Azərbaycana geri döndüm. May ayına kimi orda olub digər programlara müraciət edəcəkdim, məlum hal hazırda baş verən situasiyaya əsasən bütün kurslar online şəklində tətbiq olunur hal hazırda, digər tərəfdən özümü çox uğurlu hesab edirəm ki, full programı götürdüm və dərslərdə canlı şəklində iştirak edə bildim 🙏

Proqramda bizə müxtəlif meditasiya usulları öyrədildi və üzərimizdə tətbiq olundu. Bu proqram həyatıma yaxşı mənada təsir etdi, həm mərkəzin aurası həm müəllimlərimiz həmçinin də kurs yoldaşlarım həyatıma yeni rəng qatdı, meditasiyalar zamanı ' uşağlıq travmalarımız, ailədə, işdə yaşadığımız problemlər, şəxsi həyat, daxilimizdəki bizi narahat edən suallar və s" bu kimi mövzularla işlədik, onları dəyişdik, təmizləndik və indi rahat şəkildə özümü tam olaraq hazır hiss edirəm bunları seanslarım zamanı tətbiq etməyə 🧘‍♀️ I'm very glad to attended center classes , especially big thanks to for amazing "Kundalini class" and your powerful clean energy & humanity, huge thanks to for spiritual "Reiki" class and all other stuff of this spiritual place.

Photos from Aysel Mammad's post 02/25/2020

Bu həftədən etibarən Kaliforniyanın Los Angeles şəhərində yerləşən mərkəzində Meditasiya dərslərinə start verirəm. Bu mərkəzdə meditasiyanın bütün dərinlikləri praktiv və nəzəri olaraq qrupdakılara tədris olunacaq. Daha ətraflı məlumatlar üçün story+i izləyə bilərsiniz, paylaşımlar olunacaq 🧘‍♀️

Aysel Mammad – life coach & theta healer 11/13/2019

Salam Dostlar,

Sizi website-ım ilə tanış etmək istəyirəm. Sayt tam olaraq ürəyimcədir :) çox rahat və asan şəkildə hər funksiya dizayn olunub. Belə profesional iş ərsəyə gətirdiklərinə görə Morpho komandasına və Afsun Gurbanov-a tam dəstəyinə görə təşəkkürümü bildirirəm.

Aysel Mammad – life coach & theta healer

09/02/2019

Həyatının hansı sahələrində təmizlik etməlisən ?
1. YAŞADIĞIN YER
Sirkəli su ilə təmizlə, ada çayı və dəfnə yarpağını yandır evi təmizlə.
2. İŞLƏDİYİN MƏKAN
Lavanda çiçəyi və ya yağı stolun üstündə olsun.
3. ZEHİN
Hər səhər və axşam meditasiya et.
4. ENERJİ MƏRKƏZİN/ ÇAKRALAR
Ayaqyalın torpağa bas, Çakra meditasiyası et.
5. MÜNASİBƏTLƏR
Negativ enerji verən, enerjini çəkən insanlardan uzaqlaş.
6. BƏDƏNİN
Çoxlu meyvə, tərəvəz ye, su iç və idmanla məşğul ol ( üzgüçülük, yoga, pilates). ___________________________________________________

08/14/2019

My new website coming soon 🔜

Dostlar sizə xoş xəbərim var yeni website üzərində işləyirəm hal-hazırda, tezliklə 🔜
___________________________________________________

Photo by 📷

®

08/05/2019

Qrup halında Meditasiya edərkən 🧘‍♀️ Gün ərzində 2 dəfə səhər oyandıqda və axşam yatmazdan öncə meditasiya (10-15dəq) etmək lazımdır.

Meditasiya sizin beyin neronlarınızı açır özünüzü daha yüngül və gümrah hiss edirsiniz.

Eyni zamanda meditasiya vasitəsiylə istədiyiniz həyatı özünüzə çəkə bilərsiniz.

Bəs siz gün ərzində necə və nəçə dəfə meditasiya edirsiniz?


07/30/2019

Salam gözəl qəlbli insan👋

Mənim adım Aysel Məmmədovadır, 27 yaşım( 05.10.1991) var və tərəzi bürcüyəm ⚖

Mən Life Coach ( Yaşam Koçu) və Thetahealer'em ( Şüuraltı müalicə edirəm). Bu üzrə Amerika, Avstraliya və Turkiyədə bir çox kurs və seminarlarda iştirak etmişəm.

Həftədə 3 dəfə idmanla məşqul oluram işdən sonra, səhərləri işə başlamazdan öncə Yoga 🧘‍♀️ edirəm, bacardığım qədər təmiz havada tək gəzməyi, "contemporary mood" rəqs💃 etməyi və spontan şəkildə bir səyahət planı hazırlayıb səyahət etməyi çox sevirəm. İşdən boş vaxt tapan kimi öz sahəm üzrə kitablar oxuyuram,mütaliə edirəm və hətta kitab yazmağa başlamışam📖 eyni zamanda da YOUTUBE ( kanalım: Aysel Mammad) videoları çəkirəm.

Mən - özünü inkişaf etdirməyin fanatıyam.Daima inkişaf edirəm, oxuyuram,öyrənirəm, daima həyatımda nəfəs aldığım müddətdə yeni və faydalı biliklər öyrənməyə qəlbən və zehnən açığam. Hal hazırda da udemy.com saytından online dərslər alıram ( Life Coaching, Reikki və Access Bar üzrə). ___________________________________________________

Mənim missyam Nədir ?

İstəyirəm ki, dünyada daha çox sevinc və hüzur olsun.İnsanlar daxili hüzurlarını və həyatdan nə istədiklərini tapsınlar, içlərindəki " MƏN"i tapsınlar və öz seçimlərini qərarlarını rahat və azad şəkildə verməyi öyrənsinlər. Həyatlarında baş verən heçnəyə görə peşman olmasınlar, həyat dərslərini alsınlar,bağışlasınlar özlərini və başqalarını və içdən gülümsəyərək həyatlarını öz enerji frekansında olan insanlarla yaşasınlar 😇🙏 İndi SƏN özün haqqında yaz rəydə tanış olaq səninlə🙋‍♀️

Want your business to be the top-listed Gym/sports Facility in Los Angeles?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Los Angeles, CA